18 Mart 2025 08:10
3683
SİYASƏT
A- A+
Qarabağda bayram havası

Qarabağda bayram havası


Artıq Novruz tonqalları bütün Azərbaycanda qalanır


"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir".

Ötən il martın 18-də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir qərinəlik həsrətin ardından Novruz bayramının bütöv Azərbaycanda keçirilməsindən doğan qürurunu bu sözlərlə dilə gətirmiş, xalqımızla sevinc hisslərini bölüşmüşdü.

Qarabağın xilaskarı vaxtilə Xankəndidə xalqımıza qarşı erməni şovinistləri tərəfindən mənfur planların başladıldığı bu meydanda bayram tonqalını alovlandırmaqla, bu meydana Zəfər meydanı adı verməklə bir daha dünyaya Qarabağın əzəli və əbədi  Azərbaycan torpağı olduğunu çatdırmışdı: "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. ...Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən "Zəfər meydanı" adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır". 


"Novruz tonqalı da son təmizləmə işlərini görür"


Ancaq bu zəfər günlərinə çatmaq üçün haqq uğrunda çıxdığımız və xeyli əzablardan keçən, mənfur düşmənlə ölüm-dirim savaşı aparmalı olduğumuz uzun bir sınaq yolunu da keçdik... 

1988-ci ildə Xankəndidə erməni quldurlarının başlatdığı separatizm xalqımıza çox müsibətlər yaşatdı. Həmin il fevralın 13-dən Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başlamışdı və proses fevralın 20-nə qədər kütləvi şəkildə davam etdirilmişdi. Fevralın 20-də isə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq vilayətin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdilər.  Həmin bədnam qərarın qəbul edildiyi tarixdən sonra erməni quldurları daha geniş əl-qol açaraq xalqımızı deportasiyalarla, kütləvi qətllərlə, soyqırımları ilə yenidən üz-üzə qoydular, torpaqlarımıza açıq şəkildə iddia etməyə, ardınca isə işğala başladılar. Ermənistanın başlatdığı təcavüzkar müharibə nəticəsində bir milyona yaxın vətəndaşımız dədə-baba yurdlarından didərgin salınaraq məcburi köçkünə çevrildi. Həmin dövrdə Xocalıda və daha neçə-neçə yurdlarımızda xalqımıza qarşı soyqırımları, qətliamlar törədildi.

Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzlə üz-üzə qaldığı həmin bədnam tarixdən - 1988-ci ilin fevralından 2023-cü ilin sentyabrına qədər ötən 35 illik zaman ərzində xalq olaraq çox faciələrlə üzləşdik, amma sınmadıq, haqq mübarizəsindən bir addım belə çəkilmədik. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində Qarabağda şanlı zəfər qazanmaqla torpaqlarını işğaldan qurtardı. 2023-cü ildə cəmi 23 saat çəkən antiterror tədbirləri ilə separatizm diz çökdürüldü, suverenliyimiz təmin edildi, Konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə mindi.  İkiəsrlik erməni faşizminin başı birdəfəlik  əzildi.

2023-cü ildə Qalib sərkərdə İlham Əliyev Azərbaycan bayrağını Xocalıda, Xocavənddə, Əsgəranda dalğalandırdı. Qarabağın xilaskarı İlham Əliyev müqəddəs bayrağımızı Xankəndinin mərkəzi meydanında dalğalandıraraq, "Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - deyə dünyaya bəyan etdi. 

Salnamələrimizə qızıl hərflərlə yazılan bu tarixi hadisə cəfəng "miatsum" ideyasını da birdəfəlik cəhənnəmə göndərdi. Çünki erməni şovinistləri bu meydanda ayağa qalxaraq Azərbaycan xalqına qarşı cinayət əməllərinə başlamışdılar. Buna görə də Xankəndidə bu meydanda bayrağımızın ucaldılması torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn oğul və qızlarımızın ruhunun şad olması demək idi.

Ötən ilin martında müzəffər lider İlham Əliyev tərəfindən Xankəndidə bütöv, abad, firavan zəfər ölkəsi Azərbaycanın rəmzi olan Novruz tonqalı alovlandırıldı. Həmin vaxt Prezident İlham Əliyev uğurla keçirilmiş antiterror tədbirlərinin beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğunu söylədi: "Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür".


Vətən ətirli bahar 


Biz düz üç onillik boyu bu günlərin həsrətini çəkmişdik. 1990-cı illərin əvvəllərində müstəqillik qazanan xalqımız milli bayramlarını daha təmtəraqlı, ürəyi istəyən kimi yenicə qeyd etməyə başlamışdı ki, bu sevinci çox çəkmədi... Olmazın müsibətlərə tuş gəldi, torpaqlarımızın itkisi, insanlarımızın məcburi köçkün düşməsi, ard-arda yaşanan soyqırımlar, şəhid xəbərləri işıqlı günlərimizin üzərinə qara kölgə kimi çökdü...

Ötən müddətdə xalq olaraq başımıza gələn müsibətlərə sinə gərməyə çalışdıq, milli adət-ənənəmizin, mənəvi dəyərlərimizin unudulmaması üçün el bayramlarımızı, Novruzu təmtəraqla olmasa da, keçirməyə çalışdıq. Amma ürəyimizdəki Vətən yarası heç zaman qaysaq bağlamadı, bayramlarımızı qəlbimizdə olan buruqluq hissi ilə keçirdik. Bu illər ərzində keçmiş məcburi köçkünlərimizin ağrı-acıları isə ikiqat oldu. Onlar didərgin salındıqları dədə-baba yurdlarında vaxtilə keçirdikləri bayramların yaratdığı kədər hissindən qurtulmaq üçün xatirələrlə ovunmağa çalışdılar. Yaşlılar Qarabağda, Şərqi Zəngəzurda doğulmayan yeni nəsli - nəvə-nəticələrini çatılan tonqalların başına yığıb Kəlbəcərdə, Laçında, Cəbrayılda, Qubadlıda, Füzulidə, Ağdamda... çərşənbələrin, Novruzun necə qeyd edildiyindən, bayram adət-ənənələrdən həvəslə söz açdılar. O xoş çağları hələ də unuda bilməyən insanlarımız bayram günlərində acı gözyaşları tökdülər... Bunun necə ürəkdağlayan hiss olduğunu isə sözlərlə təsvir etmək mümkünsüzdür...  

Ancaq belə kədərli günlərimiz arxada qalıb. Azərbaycanın başındakı duman, çən-çiskin dağılıb elimiz zəfər ab-havasına köklənib. Bayram dualarımız çin olub, biz bütöv vətənə qovuşmuşuq. 

Bu qüruru, xoşbəxtliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, canlarını bu torpağa qurban verən müqəddəs şəhidlərimiz xalqımıza ərməğan ediblər. Keçmiş məcburi köçkünlərimizin yurd həsrəti bitib qayıdış sevincləri başlayıb. Qarabağ və Şərqi Zəngəzura ay-ulduzlu, üçrəngli bayraqlarımızla bəzədilmiş qayıdış karvanları yola düşür, o yurdlarda işığı yanan ocaqların sayı gündən-günə artır. Qısa zaman ərzində on mindən çox sakininə qovuşan torpaqlarımızda yeni körpələr dünyaya göz açır, toylar çalınır, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir, bir sözlə, həyat qaynayır...  

İndi yaşıl libaslı bahar fəsli yurdumuza bir başqa növraqla qədəm qoyur. İlıq nəfəsli yazın gəlişi ruhumuza dinclik yayır, Xankəndidən Bakıya, Laçından Astaraya, Xocalıdan Zaqatalaya, Naxçıvandan Qusara... qədər bütün Azərbaycanda çatılan Zəfər, Novruz tonqallarının şölələri xalqımızın hər bir üzvünün qəlbinə sevinc saçır... 

Göylərdən nur ələnir,  arzularımız çiçək açır... xalqımız bayram sevincini Zəfər qürurunun yaratdığı təsvirəgəlməz coşqu ilə qeyd edir... 

Düz beşinci ildir ki, el-obamıza qədəm qoyan gül-çiçəkli bahardan Vətən ətri gəlir... 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!