02 Sentyabr 2026 14:14
1172
Qəbullar
A- A+
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik.

Bildiyiniz kimi, aprel ayndan etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir.

Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir.

Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən “ŞƏT plyus” formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur.

Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur.

Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz.

Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram.

***

Sonra Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq çıxış edərək dedi:

-Zati-aliləri, cənab Prezident İlham Əliyev.

Mən Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn prokurorlardan ibarət Çin nümayəndə heyətinə rəhbərlik edirəm. Baş prokuror Kamran Əliyev bizim prokurorluq orqanları ilə mübadiləyə və əməkdaşlığa çox böyük önəm verir, dostluğu və əməkdaşlığı gücləndirmək üçün hər iki prokurorluq orqanlarını güclü təşviq edir.

Bu səfərdə mən Azərbaycana gələn nümayəndə heyətinə rəhbərlik edirəm. Bu, iki lider arasında hərtərəfli strateji tərəfdaşlığın təşviqi məqsədilə mühüm ortaq anlaşmanı həyata keçirmək və iki ölkənin prokurorluq orqanları, məhkəmə sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün atılan konkret addımdır.

İki gün əvvəl mən Milli Məclisin sədri Sahibə Qafarova, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdüm. Görüşlərimiz çox məhsuldar oldu. “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakınızdan sonra məni və nümayəndə heyətimi qəbul etmək üçün dəyərli vaxtınızı ayırmağınız məni məmnun edir. Mən buna görə Sizə prokurorluq orqanları adından və öz adımdan səmimi minnətdarlığımı ifadə etmək istəyirəm.

Səfərdən əvvəl Sədr Si Cinpinə Azərbaycana səfər çərçivəsində nümayəndə heyətimizin tərəfinizdən qəbul olunacağı barədə məruzə etdim. Sədr Si Cinpin səmimi salamlarını və arzularını Sizə çatdırmağımı məndən xahiş etdi.

Cənab Prezident, Çin və Azərbaycan səmimi dostlar, bərabərhüquqlu tərəfdaşlar və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran ölkələrdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin möhkəm təməlini qoyub. İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkə qarşılıqlı hörmət, ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə, həmçinin qarşılıqlı faydaya əsaslanan münasibətlərə sadiq qalaraq, dərin dostluğun və qarşılıqlı etimadın formalaşmasına nail olub.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

09:26
14 Sentyabr

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

09:25
14 Sentyabr

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

08:21
14 Sentyabr

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

07:22
14 Sentyabr

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

06:23
14 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!