18 Sentyabr 2026 08:10
190
SİYASƏT
A- A+
Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir

Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir


Qafqaz Albaniyasının tarixi-mədəni irsi çoxəsrlik Azərbaycan dövlətçiliyinin, etnogenezinin və maddi mədəniyyətinin fundamental sütunlarından biri, ölkənin qədim tarixi-etnik kimliyinin ayrılmaz tərkib hissəsidir. Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət strategiyasında bu irsin qorunması, elmi əsaslarla fundamental şəkildə araşdırılması və beynəlxalq miqyasda obyektiv tanıdılması prioritet istiqamətlərdən birinə çevrilib. 

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İSGƏNDƏROV qəzetimizə açıqlamasında deyib ki, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki alban xristian-memarlıq nümunələrinin mövcud vəziyyəti tarixi ədalətin və hüquqi varisliyin bərpası kontekstində həm siyasi, həm də humanitar-akademik baxımdan müstəsna aktuallıq kəsb edir: "Qafqaz Albaniyasına aid maddi-mədəniyyət abidələri, kilsə və monastrlar Azərbaycan xalqının tarixi-mədəni mülkiyyətidir. Dövlət bu abidələrin orijinal tarixi-etnik kimliyini qorumağı və hər hansı kənar müdaxiləyə qarşı elmi-siyasi iradə nümayiş etdirməyi dövlət siyasətinin mərkəzi xətti kimi müəyyənləşdirib. Regionda onilliklər boyu subyektiv ideoloji iddialarla yürüdülən erməniləşdirmə siyasəti təkcə ərazi ekspansiyasına deyil, həm də bölgənin qədim aborigen sakinlərinin mədəni-tarixi izlərini epiqrafik və arxetipik olaraq silməyə yönəlib. Azərbaycan ərazisindəki xristian-alban məbədləri üzərində "bərpa" adı altında aparılan manipulyasiyalar nəticəsində orijinal bədii-estetik elementlər təhrif edilib, memarlıq quruluşu dəyişdirilib və daş sənədlər saxtalaşdırılıb. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində aşkarlanan maddi sübutlar, Ermənistanın bölgədə həyata keçirdiyi psevdo-tarixi rekonstruksiya və süni köklərin yaradılması fəaliyyətini tam ifşa edib. Ərazidə aşkarlanmış xüsusi daş emalatxanalarında qeyri-qanuni daş ustaları tərəfindən qədim qəbir daşları və xaçdaş (xaçkar) formalarında yeni abidələr istehsal olunub, onların üzərinə əski arxaik epiqrafik mətnlər, işarələr və xristian simvolları həkk edilib. Bu yeni istehsal olunmuş daş materiallarına qədimlik effekti vermək məqsədilə onlar sirkə turşusu (sirkə esensiyası) və xüsusi aqressiv kimyəvi məhlullarla dolu vannalarda saxlanılıb. Bu kimyəvi proses nəticəsində daşın səthində sürətli süni eroziya, struktur aşınması və rəng dəyişikliyi (patina təbəqəsi) formalaşdırılıb. Beləliklə, süni şəkildə qocaldılmış bu saxta materiallar Kəlbəcər və digər işğal altında olmuş Azərbaycan ərazilərində torpaq altına basdırılaraq, gələcək arxeoloji və siyasi iddialar üçün saxta maddi-mədəniyyət sənədləri kimi dövriyyəyə daxil edilməyə hesablanıb".

A.İsgəndərov qeyd edib ki, tarixi-hüquqi retrospektivdə xristian-alban irsinin mənimsənilməsi prosesinin institusional əsası 1836-cı ildə çar Rusiyasının Sinod fərmanı ilə Alban Avtokefal Kilsəsinin rəsmi statusunun ləğv edilməsi və onun bütün mülkiyyətinin, arxivlərinin Eçmiədzin Erməni Qriqorian Kilsəsinə verilməsi ilə qoyulub. Bu tarixi qəsb prosesinə qarşı Azərbaycan dövlətinin apardığı hücum diplomatiyası və obyektiv elmi metodologiya nəticəsində Xudavəng, Gəncəsər və Ağoğlan kimi monastr komplekslərinin əsl tarixi-etnik kimliyi dünya miqyasında müdafiə olunur. Bu abidələrin memarlıq arxitekturasındakı altar sistemindən tutmuş alban xaçlarının spesifik formalarına qədər olan konstruktiv fərqlər onların Qriqorian kilsə strukturundan tamamilə müstəqil inkişaf etdiyini sübut edir. Məhz bu elmi həqiqətlərə əsaslanaraq və alban irsinin təbliği məqsədilə  "Alban yolu" adlı şərti ad verilmiş karvan yollarını birləşdirən bir turizm marşrutu hazırlanıb, sayt, kitablar və beynəlxalq xəritə üzərinə daşınmış formada geniş ictimaiyyətə təqdim olunub. Həmin layihə təkcə Qarabağ ərazisi ilə məhdudlaşmayıb, eyni zamanda Balakən-Zaqatala-Qax, Şəki-Oğuz-Qəbələ və İsmayıllı-Quba-Dərbənd istiqamətlərini də əhatə edərək kompleks və unikal bir mədəni landşaft sistemi formalaşdırır. Nümunə olaraq, marşrut boyunca yerləşən erkən Orta əsrlər xristian sövmələri (şapelləri) ilə yerli islam memarlığına xas dörd sütunlu "namazqılan"  tikililəri arasındakı struktur oxşarlıqlar, abidələrin vahid yerli mədəniyyətin və dünyagörüşünün məhsulu olduğunu faktlarla təsdiqləyir. Bu struktur bənzərlik təsadüfi olmayıb, regionda islam dini yayıldıqdan sonra da yerli sənətkarların qədim alban memarlıq məktəbinin mühəndislik ənənələrini davam etdirdiyini göstərir. 

"Şəki və Qax rayonlarındakı qədim kilsələrin inşasında istifadə olunan çay daşları və kərpic düzümü texnikası ilə sonrakı dövrlərə aid məscid və karvansaraların bənzər tikinti materialları, bölgədə vahid etnik-mədəni varisliyin qırılmadığını maddi faktlarla təsdiqləyir.

Prezident İlham Əliyev Kəlbəcərdəki kilsələrin qədim Qafqaz Albaniyasına məxsus olduğunu, 1830-cu illərdə çar Rusiyasının alban kilsəsini ləğv edərək mülkiyyətini erməni Qriqorian kilsəsinə verdiyini, bununla da tarixi irsin mənimsənildiyini vurğulamışdır. Dövlət başçısının regional və beynəlxalq platformalarda Qafqaz Albaniyası mövzusunu gündəmə gətirməsi strateji əhəmiyyət daşıyır. Qəbələnin qədim paytaxt olması və udi xalqının məskunlaşma arealı olması bu rəmzi xarakteri gücləndirir. Heydər Əliyev Fondunun dəstəyi ilə Kiş, Çotari və Müqəddəs Məryəm Ana kilsələrində aparılan bərpa işləri multikulturalizm modelinin təzahürüdür. Udi xalqının tarixi mirası qorunur, alban kilsəsinin erməni kilsəsindən fərqli simvollara malik olduğu qeyd edilir. Azad edilmiş ərazilərdəki məbədlər bərpa olunur və alban dili udilər tərəfindən qorunur.

Nəticə etibarilə, Qafqaz Albaniyası irsinin qorunması regional saxtakarlıklara qarşı elmi barrikada və ölkənin qlobal sülhə sadiqliyinin sübutu olmaqla yanaşı, Kəlbəcərdəki Gəncəsər məbədi üzərində yer alan qoç fiquru və səkkizguşəli ulduz simvolları, Qarabağdakı məbədlərdə alban xanımlarının "xatun"  kimi titullaşdırılması, eləcə də fundamental "Alban tarixi"  əsərində Şəki hakimi Səhl ibn Sumbatın xaqan titullu Mehranilər nəslindən olduğunun qeyd edilməsi kimi faktiki məqamlar bu irsin bilavasitə Azərbaycan xalqının maddi-mənəvi sərvəti olduğunu elmi şəkildə sübut edir", - deyə deputat əlavə edib.

Komitə sədri vurğulayıb ki, nəticə etibarilə, Prezident İlham Əliyevin rəsmi çıxışlarında tez-tez bəyan etdiyi tarixi həqiqətlər beynəlxalq müstəvidə yürüdülən saxtakar təbliğat maşınını tamamilə iflasa uğradıb. Dövlət başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe Qafqaz Albaniyası irsinin gələcək nəsillərə orijinal formada ötürülməsinin ən mühüm təminatıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib  

09:11
18 Sentyabr

"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"

09:10
18 Sentyabr

Neft-kimya sənayemizin böyük dayağı

09:00
18 Sentyabr

Sınaqlardan qalib çıxan kəmər

08:50
18 Sentyabr

İldə 200 milyon kilovat-saatlıq günəş işığı

08:40
18 Sentyabr

Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir

08:30
18 Sentyabr

Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir

08:20
18 Sentyabr

Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir

08:10
18 Sentyabr

Milli Məclisin komitə iclaslarında

08:00
18 Sentyabr

F.F.Mustafayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:47
18 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
18 Sentyabr

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:45
18 Sentyabr

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə 

01:44
18 Sentyabr

Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

01:44
18 Sentyabr

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

01:43
18 Sentyabr

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə

01:42
18 Sentyabr

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə  

01:40
18 Sentyabr

BİLDİRİŞ

01:40
18 Sentyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı müsabiqə keçirir

01:39
18 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO  

21:50
17 Sentyabr

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

21:48
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!