18 Sentyabr 2026 08:20
188
SİYASƏT
A- A+
Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir

Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir


Azərbaycan dövləti sülhpərvər dövlətdir, bu prinsipi həyata keçirilən siyasəti və atdığı addımları ilə nümayiş etdirir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün əldə olunmasına xidmət edən üçtərəfli sənədi imzalaması və hər bir beynəlxalq tədbirlərdə sülhə sadiq qalmağımızı söyləməsi buna misal ola bilər. İndi Azərbaycan xeyirxah addım ataraq Ermənistana neft və neft məhsullarının, eləcə də Rusiyadan ixrac olunan qida məhsullarının dəmir yolu vasitəsilə Ermənistana daşınmasına dəstək göstərir. Bunu dəyərləndirmək və qiymətləndirmək əvəzinə son vaxtlar Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən media resurslarında Azərbaycana qarşı təxribatçı yazılar dərc olunur, fikirlər səsləndirilir. 

2026-cı il sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist qüvvələrini  və media orqanlarını ciddi narahat edib. Səfərdə iştirak edən ayrı-ayrı dövlətlərin səfirlərini hədəfə alan Ermənistan mətbuatı sərsəm iddialar və ittihamlarla çıxış edir. Həm də qeyd olunur ki, guya Qarabağda yerləşən Gəncəsər, Xudavəng və digər dini-mədəni abidələrdə vəziyyət yaxşı deyil. Təbii ki, bu cür sərsəm fikirlər əsassızdır. Ən azı ona görə ki, Azərbaycan  azsaylı xalqların dini və mədəni irsinin qorunmasında maraqlıdır  və bütün bunları  beynəlxalq ictimaiyyətə təqdim edilməsinə açıqdır. Ölkəmizə səfər edən hər bir xarici qonaq işğaldan azad edilmiş ərazilərdə olarkən məbədlərin, tarixi abidlərin qədimliyinin qorunub, saxlandığının əyani şahidi olurlar. İşğaldan azad edilmiş ərazilərə səfər etmiş 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatik nümayəndə abidələrlə yerində tanış oldular və erməni mətbuatında yer alan cəfəng fikirlərin əsassız olduğunu əyani şəkildə gördülər. Həm də diplomatlar heyranlıqla onu müşahidə etdilər ki, 30 illik işğal dövründə ermənilərin məhv etdikləri ərazilər Azərbaycanın gücü və qüdrəti ilə  yenidən dirçəlir və cənnətməkana çevrilir. 

Azərbaycan ərazisində yerləşən kilsələr, sinaqoqlar və Qafqaz Albaniyasına aid məbədlər dövlət tərəfindən qorunur. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq, bərpa, tikinti işləri ilə paralel olaraq müxtəlif dinlərə məxsus abidələr, mədəniyyət ocaqları təmir olunur, ətrafda səliqə-sahman yaradılır. Bu siyasət ölkəmizin multikultural dəyərlərinə, dini tolerantlıq ənənələrinə və mədəni müxtəlifliyə hörmətinin təzahürüdür. Ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatları Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı bu münasibəti bilavasitə müşahidə etdilər. Xarici diplomatlar Azərbaycanın müxtəlif dinlərin daşıyıcıları olan məbədlərə, sinaqoqlara, abidələrə  münasibətini yerində gördükcə ermənilərin qara niyyətli təbliğatının əsassız olduğuna şahidlik etdilər. Tarixi Azərbaycan əraziləri olan Ermənistanda isə xalqımıza məxsus zəngin mədəni irs məhv edilib və ya müxtəlif eybəcər dəyişikliklər edilərək özününküləşdirilməsinə cəhdlər olunub. Halbuki indiki Ermənistan ərazisinin hər çığırında, daşında, qayasında, yaşayış məskənlərində  Azərbaycan  xalqına məxsus zəngin maddi-mədəni irsin izləri var. Bu izləri silmək istəsələr də, mümkün olmayacaq. Ən azı ona görə ki, həmin mədəni irsin yeri, görünüşü və tarixini  təsdiq edən qədim yazılar elekton kitabxanalarda, eləcə də müxtəlif ölkələrin arxivlərində saxlanılmaqdadır. Ermənistan mövcud reallıqları qəbul etmək və azərbaycanlıların əsrlər boyu Qərbi Azərbaycan ərazilərində yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Bununla indiki Ermənistan ərazisində azərbaycanlıların guya heç vaxt yaşamaması barədə saxta təsəvvür yaratmağa cəhd göstərir. Ona görə də ermənilər yüzlərlə tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini məhv ediblər, toponimlərin kütləvi şəkildə dəyişdirilməsinə nail olublar. Ermənistandakı revanşist qüvvələrin diplomatların səfərinə qara eynəkdə baxmaları diqqəti Qərbi Azərbaycanda dağıdılmış mədəni irsdən yayındırmaq və Azərbaycanı hədəfə almaq cəhdidir. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. 

İrəvanda yerləşən Dəmirbulaq məscidinin, Sərdar məscidinin və digər tarixi məkanların, abidələrin taleyi ilə bağlı bu günə qədər Ermənistan açıq və aydın mövqe ortaya qoymayıb, halbuki sözügedən tarixi tikililərin Azərbaycan xalqına məxsus olması barədə, dünyanın əksər arxivlərində, o cümlədən Ermənistanın ensiklopediyasında çoxsaylı faktlar göstərilib, şəkillər, yazılar dərc olunub. Ermənistanın hakim zümrəsi isə revanşistlər kimi fəaliyyət yolu tutaraq Azərbaycan xalqına məxsus tarixi obyektlərin məhv edilməsinə dəstək veriblər. Hətta Ermənistan parlamentinin sədri Ruben Rubenyan Koçaryan, Sarkisyan və digər revanşitlər kimi fikirlər səsləndirir. Təbii ki, Ruben Rubenyanın açıqlaması qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi özlüyündə revanşizm əhvali-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir. Halbuki o zaman hərbi təxribatları bilavasitə Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı. Hələ də Paşinyanın və ətrafında olanların məsələyə münasibət bildirməmələri onların Ermənistan  mediasında təxribatçı yazıların dərc olunmasına və R.Rubenyanlar vasitəsilə fikirlərin səslənməsini koordinasiya etdiklərini göstərir. Araşdırmalar da təsdiq edir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.  Bu da haqlı olaraq Azərbaycan cəmiyyətində qəzəb yaradıb, hiddət doğurub. Qərbi Azərbaycan İcmasının bəyanatı Azərbaycan xalqının qəzəbinin və hiddətinin hansı səviyyədə olduğunu açıq şəkildə ortaya qoyur. Bəyanatda qeyd olunur ki, bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxması müşahidə olunur: "Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş edib".

Qərbi Azərbaycan İcmasının bəyanatında o da qeyd olunur ki, zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, "miatsum" siyasətinə sürükləmiş, qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaradıb. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır. 

Qısaca onu demək olar ki, təxribatçı mövqe sərgiləmək sülh gündəliyinin yazılması dövründə vəziyyətin gərginləşməsinə xidmət edə bilər. Bundan itirən və böyük fəlakətlərə düçar olan isə revanşist mövqe sərgiləyən Ermənistan olacaq. Bunu əyani sübut kimi 2020-ci il 44 günlük Vətən müharibəsini və 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat çəkən antiterror əməliyyatları zamanı Ermənistan ordusunun tamamilə məhv edilməsini və Ermənistanın məhvə sürükləməsinin bir addımlığında olmasını misal göstərə bilərik. Ona görə də yaxşı olardı ki, Ermənistanın Paşinyan hakimiyyəti sülh gündəliyinə səmimi olsun, pərdəarxası hiyləgər addımlar atmaqdan çəkinsin. 


Eldar İBRAHİMOV,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin İntizam komissiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib  

09:11
18 Sentyabr

"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"

09:10
18 Sentyabr

Neft-kimya sənayemizin böyük dayağı

09:00
18 Sentyabr

Sınaqlardan qalib çıxan kəmər

08:50
18 Sentyabr

İldə 200 milyon kilovat-saatlıq günəş işığı

08:40
18 Sentyabr

Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir

08:30
18 Sentyabr

Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir

08:20
18 Sentyabr

Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir

08:10
18 Sentyabr

Milli Məclisin komitə iclaslarında

08:00
18 Sentyabr

F.F.Mustafayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:47
18 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
18 Sentyabr

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:45
18 Sentyabr

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə 

01:44
18 Sentyabr

Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

01:44
18 Sentyabr

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

01:43
18 Sentyabr

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə

01:42
18 Sentyabr

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə  

01:40
18 Sentyabr

BİLDİRİŞ

01:40
18 Sentyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı müsabiqə keçirir

01:39
18 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO  

21:50
17 Sentyabr

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

21:48
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!