17 Sentyabr 2026 17:53
207
SİYASƏT
A- A+
SABAH.city-nin imkanlarından səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik  

SABAH.city-nin imkanlarından səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik  


Azərbaycanda rəqəmsal transformasiya və süni intellektin tətbiqi artıq ayrı-ayrı sahələrin deyil, bütövlükdə dövlətin inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilir.

Bu baxımdan yeni istifadəyə verilmiş SABAH.city innovasiya şəhərciyinin yaradılmasını xüsusi qeyd etmək istəyirəm. Burada universitetlərin, elmi-tədqiqat laboratoriyalarının, texnologiya şirkətlərinin və startapların vahid ekosistemdə birləşdirilməsi ölkəmizdə elmin iqtisadiyyata və real xidmətlərə inteqrasiyası üçün yeni imkanlar yaradır.

Hesab edirəm ki, bu imkanlardan səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik. 

Bu məqsədlə SABAH.city-nin bazasında “Səhiyyə və Süni İntellekt Mərkəzi" yaradılmasını təklif edirəm. Mərkəzin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların səhiyyədə praktik tətbiqini sürətləndirmək, yerli tibbi texnologiyaların hazırlanmasını təşviq etmək və universitet–xəstəxana–texnologiya şirkəti əməkdaşlığını institusional səviyyəyə qaldırmaq ola bilər.

Burada bir neçə prioritet istiqaməti xüsusilə qeyd etmək istəyirəm.

Birincisi, süni intellekt əsaslı erkən diaqnostika sistemlərinin hazırlanmasıdır. Radiologiya, onkologiya, kardiologiya, oftalmologiya və patologiya kimi sahələrdə süni intellekt həkimin qərarını dəstəkləyən mühüm vasitəyə çevrilə bilər.

İkincisi, Azərbaycan səhiyyəsinin böyük məlumat bazasının analitik imkanlarının inkişaf etdirilməsidir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində ölkəmizdə çox böyük həcmdə tibbi məlumat formalaşır. Şəxsi məlumatların qorunması və tibbi sirr tələbləri təmin edilməklə anonimləşdirilmiş məlumatlardan xəstəliklərin epidemiologiyasının, xidmətlərə tələbatın və səhiyyə xərclərinin proqnozlaşdırılmasında istifadə etmək mümkündür.

Üçüncüsü, Azərbaycan dilində tibbi süni intellekt həllərinin yaradılmasıdır. Həkimlərin klinik qərarverməsinə yardım edən sistemlər, tibbi sənədlərin avtomatik hazırlanması, elektron tibbi qeydlərin analizi və pasiyentlərin maarifləndirilməsi üçün yerli dil modellərinin hazırlanması strateji əhəmiyyət daşıyır.

Dördüncüsü, yerli HealthTech startaplarının dəstəklənməsidir. Gənc mühəndislər, proqramçılar və həkimlər birlikdə tibbi cihazlar, telemedisin sistemləri, mobil səhiyyə tətbiqləri və süni intellekt məhsulları yarada bilərlər. Perspektivli layihələr pilot olaraq TƏBİB-in və müəyyən tibb müəssisələrində sınaqdan keçirilə, effektivliyi sübut olunan həllər isə daha geniş tətbiq edilə bilər.

Beşincisi, bu mərkəz tibb və texnologiya təhsilinin inteqrasiyasına xidmət etməlidir. Gələcəyin həkimi yalnız klinik biliklərə deyil, rəqəmsal səhiyyə, tibbi məlumatların analizi və süni intellekt haqqında baza biliklərinə də malik olmalıdır.

Burada Azərbaycan Tibb Universitetinin, digər ali məktəblərin, TƏBİB-in, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin, SABAH.city-nin, texnologiya şirkətlərinin və özəl tibb sektorunun əməkdaşlığı üçün vahid platforma yaratmaq mümkündür.

Eyni zamanda hesab edirəm ki, süni intellektin səhiyyədə tətbiqi yalnız texnoloji məsələ deyil. Pasiyent məlumatlarının məxfiliyi, alqoritmlərin təhlükəsizliyi, klinik məsuliyyət, etik prinsiplər və insan nəzarəti paralel şəkildə hüquqi və institusional çərçivəyə salınmalıdır. Süni intellekt həkimi əvəz edən deyil, onun imkanlarını genişləndirən və qərarverməsini dəstəkləyən vasitə olmalıdır.

Azərbaycanın qarşısında burada çox mühüm imkan var. Biz yalnız xaricdə hazırlanmış tibbi texnologiyaları alan ölkə olmaqla kifayətlənməməli, öz tibbi süni intellekt məhsullarını yaradan və gələcəkdə onları region ölkələrinə ixrac edə bilən ekosistem qurmağa çalışmalıyıq.

SABAH.city-də belə bir Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılması bu istiqamətdə konkret və perspektivli addım ola bilər. Düşünürəm ki, aidiyyəti dövlət qurumları və universitetlərin iştirakı ilə bu təşəbbüsün konsepsiyasının hazırlanması məsələsini müzakirə edə bilərik.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:54
17 Sentyabr

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

18:52
17 Sentyabr

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:50
17 Sentyabr

General Keyn: “ABŞ ordusu Ay yaxınlığında döyüş əməliyyatlarına hazırlaşmalıdır”   

18:48
17 Sentyabr

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib  

18:48
17 Sentyabr

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq

18:46
17 Sentyabr

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb  

18:45
17 Sentyabr

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb 

18:43
17 Sentyabr

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

18:42
17 Sentyabr

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb  

18:38
17 Sentyabr

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

18:37
17 Sentyabr

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi  

18:32
17 Sentyabr

Lerikdə zəlzələ olub

18:30
17 Sentyabr

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib 

18:12
17 Sentyabr

Böyük Qayıdışın kiçik biznesləri  

18:09
17 Sentyabr

Alimlər buğda məhsuldarlığını 50 faizdən çox artırmağın yolunu tapıblar  

18:03
17 Sentyabr

SABAH.city-nin imkanlarından səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik  

17:53
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub YENİLƏNİB

17:11
17 Sentyabr

Süni intellekt düzgün idarə olunmazsa ciddi təhlükələr yarada bilər  

16:48
17 Sentyabr

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNİB

16:43
17 Sentyabr

Rəqəmsal dünyanın sürətlə dəyişən ritmində ABB yeni uğura imza atıb

16:42
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!