13 Avqust 2026 18:50
228
SİYASƏT
A- A+
Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 


Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə respublikanın dövlət büdcəsindən və muxtar respublikanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılıb.

Bu, dövlətimizin başçısının regiona yönəlmiş sistemli və ardıcıl siyasətinin bariz nümunəsidir. Qeyd edək ki, bu maliyyə paketi, 2023–2027-ci illəri əhatə edən dövlət proqramlarının məntiqi davamıdır. Ayrılan investisiya Naxçıvanın modernləşdirilməsində yeni bir strateji mərhələnin əsasını qoyur. Maliyyə paketi konseptual olaraq aşağıdakı sahələr keyfiyyət dəyişikliklərinə hədəflənir:

- Naxçıvanın infrastruktur bazasının möhkəmləndirilməsi,

- Naxçıvanın ölkənin ümumi inkişafına töhfəsinin gücləndirilməsi.

Detallar üzrə gözlənilən inkişaf dinamikası mənzərəni daha aydın şəkildə göstərir.

Belə ki, regionda məşğulluğu artırmaqla əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan yaradılması bu Sərəncamın əhatə dairəsində prioritet təşkil edir.

Dövlətimizin başçısı İlham Əliyev avqustun 11-də Naxçıvanda səfərdə olarkən Azərbaycan Televiziyasına müsahibəsində bildirib: “Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır”.

Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni hotel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Müsahibədəki ştrixlər və ardınca imzalanan Sərəncam göstərir ki, Naxçıvanla bağlı proqram təkcə sosial, məşğulluq sahəsini deyil, eyni zamanda:

- nəqliyyat yollarının şaxələndirilməsini,

- bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini,

- abadlıq-quruculuq işlərini,

- təhsil infrastrukturunun yenilənməsini də nəzərdə tutur.


Nəqliyyat infrastrukturu üzrə


Bildirək ki, Naxçıvan Muxtar Respublikasında nəqliyyat imkanlarının genişləndirilməsi prioritetdir. 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır. Bu yenilənmə və şaxələnmə Zəngəzur dəhlizinin perspektivi ilə daha böyük əhəmiyyət qazanır. Bununla da, Naxçıvan regional inkişafın məntiqinə uyğun olaraq xarici investisiyalar üçün münbit yer olacaq.

Digər tərəfdən, 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yolları əsaslı təmir ediləcək. Bu, 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edir.


Enerji statusu dəyişir


Naxçıvanın enerji xəritəsindəki yeri, onu idxal edən tərəfdən ixrac potensialına keçid edən statusunu rəsmiləşdirir.

Naxçıvanda 15,6 MVt-lıq yeni SES-in inşasına ayrılan vəsait (66 milyon manat) regionun enerji müstəqilliyini təmin etməklə ölkənin yaşıl enerji hədəflərinə xidmət edir. Bölgədə tikintisi sürətlənən Günəş və su elektrik stansiyaları Naxçıvanı təmiz enerji mərkəzinə çevirir.


Bərpa-quruculuq


Bərpa-quruculuq işləri ilə əlaqədar Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2 min 164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3 min 87 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılıb.

Eləcə də istilik qazanxanalarının əsaslı şəkildə yenidən qurulması, sosial-məişət infrastrukturunun təkmilləşdirilməsi ilə minlərlə ailənin mənzil-kommunal təminatının keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu məqsədlə 9 milyon manat ayrılıb.


Təhsilin inkişafı naminə vəsait


Təhsil sahəsinə ayrılan diqqətin artırılması da ölkənin regiondakı mövqeyini gücləndirir. Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasına təhsil sahəsinin yenidən qurulması üçün ümumilikdə 45 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Vəsaitin 25 milyon manatı Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə ayrılır.

Daha 20 milyon manat vəsait isə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə xərclənəcək.


Yekun


Prezident İlham Əliyevin müvafiq Sərəncamı Naxçıvanla əlaqədar nəticəəsaslı yekunlar çıxarır. Belə ki, ayrılan 258 milyon manatlıq maliyyə paketi Naxçıvanı dayanıqlı iqtisadi artım mərkəzinə çevirəcək strateji yanaşmaya əsaslanır.

Sənaye və yaşıl enerji sahələrinə qoyulan investisiyalar muxtar respublikanın idxaldan asılılığını minimuma endirməyi hədəfləyir. Bundan sonra onun ixrac potensialını strateji səviyyəyə qaldırılması qarşıya məqsəd qoyulur. Yol-nəqliyyat strukturunun Zəngəzur dəhlizi kontekstində yenilənməsi isə Naxçıvanı regional logistik qovşağa çevirməklə onu xarici sərmayələr üçün cəlbedici məkana çevirir.

Sosial infrastrukturun və təhsil mühitinin eyni vaxtda modernləşdirilməsi insan kapitalının keyfiyyətini artırmağa birbaşa xidmət edir. Bu, demoqrafik statistik göstəricilərin yüksəldilməsi üçün mühüm amildir.

Beləliklə, Prezident İlham Əliyevin Sərəncamı Naxçıvanın uzunmüddətli iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, onun Azərbaycanın ümumi daxili məhsulundakı payını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

18:35
13 Avqust

Gürcüstanlı gənclər Diaspor Gənclərinin VII Yay Düşərgəsindən zəngin təəssüratlarla qayıdıblar

18:30
13 Avqust

Sabahdan Bakıda 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır 

18:25
13 Avqust

Böyük Britaniyada sığınacaq axtaranların daha bahalı ərazilərdə yerləşdirilməsi planlaşdırılır

18:20
13 Avqust

Naxçıvanın yeni inkişaf modeli: iqtisadi tərəqqi və geniş logistik imkanlar

18:15
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!