13 Avqust 2026 14:40
168
İQTİSADİYYAT
A- A+
Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışlarında və təməlqoyma mərasimində iştirak etmələri ölkə rəhbərliyinin muxtar respublikanın sosial-iqtisadi inkişafını hər zaman diqqətdə saxladığının bariz nümunəsidir. Naxçıvanda  həyata keçirilən irimiqyaslı layihələrin, eləcə də bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin nəzərdə tutulması Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək və naxçıvanlıların sosial rifahının yüksəldilməsinə böyük təkan verəcək. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə ƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Naxçıvanın enerji, nəqliyyat, təhsil və bir çox sahələrinin inkişafına maliyyə vəsaitinin ayrılması muxtar respublikanın regionun geoiqtisadi mərkəzinə çevrilməsinə yönəlmiş bir addımdır: “Dövlət başçısı Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Naxçıvanın Azərbaycanla yanaşı regionun nəqliyyat mərkəzinə çevriləcəyini xüsusi vurğuladı. Coğrafi cəhətdən Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması muxtar respublikanın təhlükəsizliyini ön plana çıxarır. Ölkə başçımızın Əlahiddə Ordunun yaradılmasını, yeni komanda qüvvələrinin formalaşdırılmasını və ən müasir hərbi texnika ilə təmin edilməsini xüsusi vurğulaması isə göstərir ki, Naxçıvanın müdafiə qabiliyyəti dövlətimizin strategiyasının fundamental istiqamətlərindən biri olaraq qalır. Prezident Naxçıvanın hərbi təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyinin də təmin olunmasının olduqca vacib bir amil olmasını da xüsusi  vurğuladı”. 

Ekspert qeyd edib ki, muxtar respublikada Sənaye Parkının yaradılması və onun tərkibində 300 meqavat gücündə İstilik Elektrik Stansiyasının inşası barədə qərar olduqca önəmli bir addımdır. Naxçıvanda bərpaolunan enerji sahəsində böyük layihələr reallaşdırılıb. Belə ki, inşa edilmiş Günəş Elektrik Stansiyasının gücünün ən azı 500 meqavat, gələcəkdə isə 1000 meqavata çatdırılması “yaşıl enerji” siyasətinin uzunmüddətli və dayanıqlı olmasından xəbər verir, eyni zamanda, enerji ixracını da reallaşdırır. “Yaxın zamanda Naxçıvanın qonşu ölkələrə enerji ixrac edəcəyi önəmli bir hadisə olacaq. Ötürücü xətlərin çəkilişindən sonra Naxçıvandan Türkiyə və İranla yanaşı, Avropaya da “yaşıl enerji” ixrac olunacaq ki, bu da Azərbaycanın “yaşıl enerji” ixracı coğrafiyasını daha da genişləndirəcək. Azərbaycan dünyada neft və qaz ixrac edən ölkə kimi tanınsa da, qısa zamanda Avrasiya məkanında “yaşıl enerj”i ixracatçısı olan vacib dövlət kimi tanınacaq. Bu məsələdə Naxçıvan enerji strategiyamızın mühüm bir hissəsi olacaq”, – deyə o əlavə edib.. 

K.Əliyeva bildirib ki, müasir dünyada səmərəli nəqliyyat xəritəsi strateji bir amil kimi qiymətləndirilir. Bu baxımdan Naxçıvan olduqca əlverişli coğrafi mövqedə yerləşir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən böyük imkanlara malik olması barədə də fikirlər səsləndirdi. Şərqlə Qərbi birləşdirən Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi məhz Naxçıvandan keçir və bu marşrut Avropa ilə Asiyanı birləşdirən iqtisadi cəhətdən ən səmərəli nəqliyyat yoludur. “Horadiz-Ağbənd avtomobil yolu isə demək olar ki, hazırdır və dəmir yolunun Ermənistan sərhədinə qədər çəkilməsi,  eyni zamanda, Naxçıvan dəmir yol infrastrukturunun bərpasına başlanması Azərbaycanın öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin sübutudur. Ermənistan da öz ərazisindən keçən dəmir yolu infrastrukturunu yaratmağa təşəbbüs göstərməlidir”, – deyə o bildirib.

Naxçıvan dəmir yolunun yaxın gələcəkdə yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması barədə Prezident İlham Əliyevin söylədiyi fikirlərin mühüm iqtisadi mesaj olduğunu deyən ekspert vurğulayıb ki,  yükdaşımanın həcminin artırılması tək Naxçıvan və Azərbaycanın deyil, ümumilikdə Avrasiya məkanının iqtisadi tərəqqisinə xidmət edəcək. Avropa İttifaqı nümayəndələrinin Naxçıvana səfərləri də, təşkilatın Naxçıvan dəmir yol layihəsinə böyük maraq göstərdiklərini sübut edir.  

K.Əliyeva deyib ki, Naxçıvan, həmçinin qədim tarixi köklərə malik, bəşəriyyətin mənəvi irs xəzinəsinə daxil edilən məbədləri qoruyub saxlayan, Azərbaycan xalqının mədəni irsini yaşadan, eyni zamanda, dünyaya dahi şəxsiyyətlər bəxş edən bir diyardır: “Bu diyar Heydər Əliyev kimi bir şəxsiyyəti Azərbaycana bəxş edib. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu olmaqla yanaşı, ölkəmizin nüfuzunu dünyada qaldıran dahi liderdir”.

Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri, oradan verdiyi mesajlar bu bölgənin yaxın zamanda Avrasiyanın geosiyasi və geoiqtisadi mərkəzinə çevriləcəyindən xəbər verir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!