23 İyul 2026 19:17
267
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər bir daha göstərdi ki, Azərbaycan Avropanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipi əsasında ardıcıl şəkildə inkişaf etdirir.

Azərbaycan ilə Almaniya arasında “İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda gələcək illər üçün konkret əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir. Strateji gündəliyin formalaşdırılması göstərir ki, Azərbaycan artıq Avropada etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, siyasi və iqtisadi dialoqda da söz sahibi olan ölkələrdən birinə çevrilib.

Almaniya Avropa İttifaqının iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biridir. Belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizə olan etimadın və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin real nəticəsidir. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

İqtisadi sahədə əldə olunan razılaşmalar da diqqətəlayiqdir. Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin və biznesə verilən dövlət dəstəyinin göstəricisidir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələri daha da dərinləşdirəcək, yeni iş yerlərinin açılmasına və texnologiya transferinə əlavə imkanlar yaradacaq.

Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun daha bir təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının onlarla tərəfdaşına etibarlı enerji təminatı təqdim edir və eyni zamanda yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.

Nəqliyyat və logistika sahəsində Azərbaycanın qazandığı üstünlüklər də Almaniya ilə münasibətlərdə yeni imkanlar yaradır. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin müasir limanları, dəmir yolları və avtomobil magistralları Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və təhlükəsiz daşımaların əsas hissəsini təmin edir. Almaniyanın bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir.

Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması məsələsi də xüsusi yer tutdu. Azərbaycan hərbi-siyasi müstəvidə öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırmaq üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Regionun gələcəyi kommunikasiyaların açılmasından, iqtisadi inteqrasiyadan və qarşılıqlı etimadın möhkəmlənməsindən keçir. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət mövqeyini bir daha nümayiş etdirir.

Almaniyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, ölkəmiz Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirəcək. Bu, həm iqtisadi inkişafımıza, həm də regional sabitliyə mühüm töhfə verəcək.

Bu səfər bir daha nümayiş etdirdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən və uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini ardıcıl şəkildə gücləndirir. Ölkəmiz bu gün təkcə enerji ixracatçısı deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi və nəqliyyat platforması, regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur. Məhz bu reallıq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və dövlətimizin strateji baxışının ən parlaq göstəricisidir.

 

Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

19:17
23 İyul

“Brent” neftinin qiyməti 100 dolları ötüb

18:39
23 İyul

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

17:54
23 İyul

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

16:24
23 İyul

Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib  

15:27
23 İyul

Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb

14:57
23 İyul

Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib

14:56
23 İyul

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb

14:47
23 İyul

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

14:41
23 İyul

Dövlət Neft Fondunun qızıl ehtiyatları 178 min ton olub

14:24
23 İyul

Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub

14:18
23 İyul

Dövlət Neft Fondunun aktivləri açıqlanıb

14:05
23 İyul

Emin Ağalarov: Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir

13:12
23 İyul

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

12:42
23 İyul

Azərbaycanın marşrut coğrafiyasını genişləndirməsi Orta Dəhlizi Avrasiya ticarətinin aparıcı xəttinə çevirir

12:29
23 İyul

Sabah Bakıda hava günəşli olacaq

12:14
23 İyul

IEA: Bu il qlobal elektrik enerjisinə tələbat 3,6 faiz artacaq

11:47
23 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:36
23 İyul

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 33 min 120 plan yeri ayrılıb

11:34
23 İyul

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb

11:23
23 İyul

Lavrov və Rubio Ukrayna nizamlanmasını və ikitərəfli münasibətləri müzakirə ediblər

11:19
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!