23 İyul 2026 08:21
156
SİYASƏT
A- A+
Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Tərəflərin mətbuata bəyanatları göstərdi ki, Bakı və Berlin artıq əməkdaşlığı yalnız iqtisadi əlaqələr çərçivəsində deyil, strateji dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, regional sabitlik və Avropa–Cənubi Qafqaz münasibətlərinin inkişafı kontekstində qiymətləndirirlər.

Görüşün ən mühüm siyasi nəticəsi imzalanan Birgə Bəyannamə oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin institusional əsaslarının gücləndirilməsini, strateji dialoq mexanizminin yaradılmasını, iqtisadi əməkdaşlığın dərinləşdirilməsini və müxtəlif sahələr üzrə işçi qruplarının fəaliyyətə başlamasını nəzərdə tutur. Bəyannamə göstərir ki, Almaniya Azərbaycanı təkcə enerji tərəfdaşı kimi deyil, həm də Cənubi Qafqazın aparıcı dövləti və Avropa ilə Asiyanı birləşdirən etibarlı tərəfdaş kimi qiymətləndirir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun vurğulanması idi. Dövlət başçısı bildirdi ki, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb və hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu, xüsusilə son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycanın strateji əhəmiyyətinin daha da artdığını göstərir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq və gələcəkdə Azərbaycanın bərpaolunan enerji potensialının Avropa bazarına çıxarılması perspektivi də iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.

İqtisadi əməkdaşlıq da görüşün əsas istiqamətlərindən biri oldu. Azərbaycanda fəaliyyət göstərən 200-dən artıq Almaniya şirkətinin mövcudluğu, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində əldə olunan razılaşmalar göstərir ki, iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə keçir. Xüsusilə sənaye, rəqəmsal texnologiyalar, logistika, nəqliyyat infrastrukturu və yaşıl enerji sahələrində Almaniya şirkətlərinin iştirakının genişlənməsi gözlənilir.

Çıxışın mühüm hissəsi regional sülh prosesi ilə bağlı idi. Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin paraflanmasını və Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni 30 ildən artıq davam etmiş münaqişənin başa çatmasının siyasi təsdiqi kimi qiymətləndirdi. Dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan sülh razılaşmasından dərhal sonra praktiki əməkdaşlıq addımlarına başlayıb. Ermənistanın enerji təhlükəsizliyinə dəstək məqsədilə yanacaq təminatının həyata keçirilməsi və Azərbaycan ərazisindən tranzit daşımalarının başlaması yeni regional münasibətlər modelinin formalaşdığını göstərən mühüm göstəricilər kimi təqdim edildi. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə əməkdaşlıq və qarşılıqlı fayda prinsipinə üstünlük verdiyini nümayiş etdirir.

Federal Kansler Fridrix Mertsin bəyanatı da bu baxımdan xüsusi diqqət çəkdi. Kansler Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını tarixi hadisə kimi qiymətləndirərək Almaniyanın və Avropa İttifaqının bu prosesə dəstəyini ifadə etdi. Onun fikrincə, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması Avropanın təhlükəsizlik və iqtisadi maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Almaniyanın regiona marağının yalnız enerji məsələləri ilə məhdudlaşmadığını, həm də uzunmüddətli siyasi sabitlik və iqtisadi inteqrasiya məqsədlərinə xidmət etdiyini göstərir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat-logistika imkanlarına da xüsusi diqqət ayırdı. Orta Dəhlizin inkişafı, Azərbaycanın Orta Asiya ilə Avropa arasında körpü rolunun güclənməsi və nəqliyyat infrastrukturunun genişləndirilməsi Almaniya üçün də yeni iqtisadi imkanlar yaradır. Bu, həm Avropanın təchizat zəncirlərinin şaxələndirilməsi, həm də Avrasiya məkanında yeni iqtisadi marşrutların formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Çıxışın digər mühüm mesajı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçməsi ilə bağlı idi. Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərliyinin Azərbaycana son səfərlərini münasibətlərdə yeni dinamikanın göstəricisi kimi qiymətləndirərək Almaniyanın bu prosesdə aparıcı rol oynadığını vurğuladı. Bu, Azərbaycanın Avropa ilə münasibətlərində qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modelinin daha da möhkəmləndiyini göstərir.

Ümumilikdə, Berlin görüşü və imzalanmış Birgə Bəyannamə Azərbaycan–Almaniya münasibətlərinin yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də Avropa enerji təhlükəsizliyi, regional sülh, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını nümayiş etdirdi. Verilən mesajlar göstərir ki, tərəflər siyasi dialoqu institusional əsasda genişləndirmək, iqtisadi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf etdirmək və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda uzunmüddətli tərəfdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan - Almaniya strateji tərəfdaşlığında yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti

11:08
23 İyul

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!