23 İyul 2026 16:24
258
SİYASƏT
A- A+
Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

İyulun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Partiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Tahir Budaqov tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslanan Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin bu əlaqələrin inkişafına xüsusi önəm verdiklərini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat iqtisadiyyat, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.

Tahir Budaqov Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyini bildirərək, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətini qeyd edib. O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın, o cümlədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və gənclər arasında əlaqələrin inkişafının münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin İnformatika və Tədqiqatlar Departamenti direktorunun müavini Kanq Şuay səmimi qəbula görə təşəkkür edərək, səfərin onlarda xoş təəssürat yaratdığını bildirib.

O, Azərbaycan-Çin münasibətlərinin hər iki ölkə liderinin siyasəti nəticəsində bütün sahələr üzrə uğurla inkişaf etdiyini, Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Hakim partiyalar arasında işbirliyinin əhəmiyyətindən bəhs edən Kanq Şuay səfər çərçivəsində keçirilən görüşlərin iki ölkə və partiyalar arasında tərəfdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyini bildirib.

Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Görüşdə yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin İçərişəhərə, Dənizkənarı Milli Parka, “Sea Breeze” istirahət mərkəzinə, Mərkəzi Nəbatat Bağına, Bakı Gənclər Mərkəzinə, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Dövlət Bayrağı Muzeyinə və Heydər Əliyev Mərkəzinə ziyarətləri də təşkil olunub. ÇKP nümayəndələri, həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Operetta inciləri” konsert proqramını izləyiblər və Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

19:17
23 İyul

“Brent” neftinin qiyməti 100 dolları ötüb

18:39
23 İyul

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

17:54
23 İyul

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

16:24
23 İyul

Ağdam Sənaye Parkının rezidenti tərəfindən Qazaxıstana 8 min cüt xüsusi işçi ayaqqabısı ixrac edilib  

15:27
23 İyul

Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb

14:57
23 İyul

Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib

14:56
23 İyul

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb

14:47
23 İyul

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

14:41
23 İyul

Dövlət Neft Fondunun qızıl ehtiyatları 178 min ton olub

14:24
23 İyul

Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub

14:18
23 İyul

Dövlət Neft Fondunun aktivləri açıqlanıb

14:05
23 İyul

Emin Ağalarov: Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir

13:12
23 İyul

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

12:42
23 İyul

Azərbaycanın marşrut coğrafiyasını genişləndirməsi Orta Dəhlizi Avrasiya ticarətinin aparıcı xəttinə çevirir

12:29
23 İyul

Sabah Bakıda hava günəşli olacaq

12:14
23 İyul

IEA: Bu il qlobal elektrik enerjisinə tələbat 3,6 faiz artacaq

11:47
23 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:36
23 İyul

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 33 min 120 plan yeri ayrılıb

11:34
23 İyul

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb

11:23
23 İyul

Lavrov və Rubio Ukrayna nizamlanmasını və ikitərəfli münasibətləri müzakirə ediblər

11:19
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!