02 Sentyabr 2026 13:30
502
CƏMİYYƏT
A- A+
Səhiyyə komitəsi sədrinin müavini: "Tibb işçisinə investisiya, əslində, vətəndaşa göstərilən tibbi xidmətə investisiyadır"

Səhiyyə komitəsi sədrinin müavini: "Tibb işçisinə investisiya, əslində, vətəndaşa göstərilən tibbi xidmətə investisiyadır"


Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatını yalnız sosial xarakterli qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirmək lazımdır. Əlbəttə, ilk növbədə, bu qərar həkimlərimiz, tibb bacılarımız və bütövlükdə səhiyyə işçiləri üçün sevindirici hadisədir. Tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Lakin məsələnin daha geniş və uzunmüddətli tərəfi var. Bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah vətəndaşa göstəriləcək tibbi xidmətə edilən investisiyadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, səhiyyənin ən qiymətli resursu nə bina, nə də tibbi avadanlıqdır. Ən qiymətli resurs insandır. Müasir xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək müəyyən maliyyə imkanları daxilində mümkündür. Lakin yüksək səviyyəli həkimin, tibb bacısının, anestezioloqun, neonatoloqun, cərrahın və digər mütəxəssislərin yetişdirilməsi uzun illər tələb edir. Bu səbəbdən peşəkar kadrların sistemdə qorunması hər bir ölkənin səhiyyə siyasətinin əsas strateji məsələlərindən biridir.

Rəşad Mahmudovun sözlərinə görə, yeni yanaşmanın mühüm cəhətlərindən biri əməkhaqqı siyasətinin kadr ehtiyacları ilə əlaqələndirilməsidir. Xüsusilə regionlarda çatışmayan və səhiyyə sisteminin fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan ixtisasların daha ciddi stimullaşdırılması gələcəkdə kadrların ölkə üzrə daha balanslı yerləşməsinə imkan verə bilər. Bu, olduqca vacib məsələdir. Çünki səhiyyədə bərabərlik yalnız hər yerdə xəstəxana binasının olması demək deyil. Həqiqi bərabərlik vətəndaşın harada yaşamasından asılı olmayaraq ehtiyac duyduğu keyfiyyətli tibbi yardıma vaxtında çata bilməsidir. Bunun üçün isə regionlarda yalnız infrastruktur deyil, həmin infrastrukturu işlədə biləcək peşəkar insan resursu da olmalıdır.

Əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi gənc həkimlərin regionlarda işləməyə marağını artıra, artıq orada çalışan təcrübəli mütəxəssislərin sistemdə qalmasına kömək edə bilər. Uzunmüddətli perspektivdə bunun nəticəsi paytaxta olan tibbi miqrasiyanın və bəzi xidmətlər üzrə böyük mərkəzlərin üzərinə düşən əlavə yükün azalması ola bilər. Vətəndaş bir sıra tibbi xidmətləri yaşadığı bölgədə ala bildikdə həm vaxt, həm ailə büdcəsi, həm də bütövlükdə səhiyyə sistemi baxımından ciddi üstünlüklər yaranır.

Deputat bildirib ki, digər mühüm məsələ əməkhaqqı artımı ilə tibbi xidmətin keyfiyyəti arasındakı əlaqədir. Əlbəttə, yalnız maaşı artırmaqla tibbi xidmətin keyfiyyətinin avtomatik yüksələcəyini düşünmək doğru olmazdı. Keyfiyyət çoxkomponentli anlayışdır. Buraya davamlı tibbi təhsil, klinik protokollara əməl olunması, pasiyent təhlükəsizliyi, müasir texnologiyalara çıxış, düzgün idarəetmə, iş şəraiti və fəaliyyətin obyektiv qiymətləndirilməsi daxildir.

Lakin bütün bunların mərkəzində yenə insan dayanır. Əməyinin qarşılığını aldığını, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin motivasiyası və sistemə bağlılığı da fərqli olur. Buna görə əməkhaqqı islahatının gələcək mərhələlərdə peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və xidmət keyfiyyəti ilə uzlaşdırılması Azərbaycan səhiyyəsində yeni əmək və keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər.

“Son illərdə Azərbaycanda səhiyyənin maddi-texniki bazasının yenilənməsi, yeni tibb müəssisələrinin yaradılması və icbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşmə və təşkilati modeli əhəmiyyətli dərəcədə dəyişib. İndi isə bu inkişafın növbəti mühüm istiqamətlərindən biri həmin sistemin əsas daşıyıcısı olan insan kapitalının gücləndirilməsidir.

Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən əməkhaqqı islahatının əhəmiyyəti yalnız bugünkü sosial nəticələrlə ölçülməməlidir. Onun real strateji nəticələri qarşıdakı illərdə peşəkar kadrların sistemdə qorunması, regionlarda mütəxəssis təminatının yaxşılaşması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə özünü göstərməlidir.

Nəticə etibarilə, bu qərarın mərkəzində tibb işçisi dayansa da, onun son ünvanı Azərbaycan vətəndaşıdır. Bu gün həkimə və tibb işçisinə yaradılan daha yaxşı şərait sabah Bakıda olduğu kimi, ölkənin ən ucqar kənd və rayonunda yaşayan vətəndaşın da daha əlçatan, təhlükəsiz və keyfiyyətli tibbi xidmət almasına xidmət etməlidir”, - deyə Səhiyyə komitəsinin sədr müavini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!