15 Sentyabr 2026 15:15
2401
Təhsil
A- A+
“PAŞA Holding”dən yeni tədris ilinə sosial töhfə  

“PAŞA Holding”dən yeni tədris ilinə sosial töhfə  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarının yeni tədris ilinə hazırlığına dəstək göstərib. Şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12 mindən çox ailənin birinci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin edib.

Sosial təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsildə daha bərabər imkanların yaradılmasına, aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsinə və onların yeni tədris ili ilə bağlı maliyyə yükünün azaldılmasına yönəlib. Layihə çərçivəsində uşaqlara məktəb çantası, məktəbli forması və digər zəruri tədris ləvazimatları təqdim olunub. Hazırlanan dəstlər Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

“PAŞA Holding” tərəfindən həyata keçirilən bu təşəbbüs şirkətin korporativ sosial məsuliyyət istiqamətindəki fəaliyyətinin davamı olmaqla yanaşı, cəmiyyətə dəyər yaratmaq və inklüziv inkişafı təşviq etmək prinsiplərinə əsaslanır. Sosial tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu kimi layihələr aztəminatlı ailələrin dəstəklənməsinə, uşaqların təhsil imkanlarının genişləndirilməsinə və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verir.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

14:34
08 Noyabr

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

14:32
08 Noyabr

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib 

14:28
08 Noyabr

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

14:26
08 Noyabr

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!

14:21
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir 

14:20
08 Noyabr

Xalqımız Zəfər parkını ziyarət edir

14:17
08 Noyabr

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

14:12
08 Noyabr

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

14:11
08 Noyabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

14:10
08 Noyabr

Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

13:53
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

13:52
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

13:50
08 Noyabr

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

13:35
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq 

13:25
08 Noyabr

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi 

13:25
08 Noyabr

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

13:24
08 Noyabr

Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  

13:20
08 Noyabr

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar 

13:10
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!