08 Noyabr 2026 14:10
196
SİYASƏT
A- A+
Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib


8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.

Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Ziyarət zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, eləcə də hərtərəfli dəstəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

14:34
08 Noyabr

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

14:32
08 Noyabr

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib 

14:28
08 Noyabr

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

14:26
08 Noyabr

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!

14:21
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir 

14:20
08 Noyabr

Xalqımız Zəfər parkını ziyarət edir

14:17
08 Noyabr

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

14:12
08 Noyabr

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

14:11
08 Noyabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

14:10
08 Noyabr

Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

13:53
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

13:52
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

13:50
08 Noyabr

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

13:35
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq 

13:25
08 Noyabr

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi 

13:25
08 Noyabr

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

13:24
08 Noyabr

Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  

13:20
08 Noyabr

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar 

13:10
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!