08 Noyabr 2026 13:53
222
SİYASƏT
A- A+
Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

 

8 Noyabr - Zəfər Günü xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və ərazi bütövlüyümüzün bərpasının rəmzidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan tarixində yeni dövrün başlanğıcı oldu. Bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə kifayətlənmədi, həm də ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar yaratdı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq işləri həmin tarixi Qələbənin davamı, onun iqtisadi, sosial və mənəvi müstəvidə təntənəsidir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızda şəhərlər, kəndlər, tarixi abidələr, yaşayış məntəqələri və infrastruktur obyektləri dağıdılmış, yerlə yeksan edilmişdi. Bir zamanlar həyatın canlandığı yurd yerləri xarabalığa çevrilmiş, minlərlə insan doğma ocağından didərgin düşmüşdü. Lakin Azərbaycan xalqı heç vaxt doğma torpaqlarına qayıdacağına inamını itirmədi. Hər bir məcburi köçkünün qəlbində yaşatdığı yurd həsrəti Vətən müharibəsində qazanılan Qələbə ilə sona çatdı. İndi həmin torpaqlarda yüksələn binalar, salınan yollar, istifadəyə verilən infrastrukturlar, məktəblər, xəstəxanalar və istehsal müəssisələri Azərbaycanın gücünü, xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir.

Noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin mahiyyətini və tarixi əhəmiyyətini xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqı bu gün azad Qarabağda qurub-yaradır, öz torpaqlarının sahibi olduğunu bütün dünyaya nümayiş etdirir: “Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq. İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik”.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış şəhər və kəndləri yenidən bərpa etmək deyil, həm də burada müasir və dayanıqlı həyat şəraiti yaratmaqdır. Dövlət başçısının rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələri, sosial obyektlər, nəqliyyat infrastrukturu və iqtisadi müəssisələr kompleks şəkildə yenidən qurulur. Müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr bölgənin iqtisadi potensialının reallaşdırılmasına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Bununla da işğal dövründə həyatın dayandığı bu torpaqlarda yeni inkişaf mərhələsinin əsası qoyulur, doğma yurda qayıdan sakinlərin burada rahat və təhlükəsiz yaşaması üçün zəruri şərait yaradılır.

Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü də bu tarixi prosesin növbəti əlamətdar hadisəsi oldu. Dövlət başçısının sakinlərlə söhbəti zamanı səsləndirdiyi fikirlər həm Zəfərin mənəvi mahiyyətini, həm də həyata keçirilən quruculuq siyasətinin əsas məqsədini aydın ifadə etdi. Prezident İlham Əliyev bildirdi: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik”.

Dövlət başçısının şəhidlərimizin əziz xatirəsi ilə bağlı söylədiyi fikirlər də xüsusi məna daşıyır. Prezident vurğuladı ki, onların xatirəsinə ən böyük hörmət əlaməti Qarabağın və Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir. Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən hər bir layihə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Yeni salınan hər bir kənd, istifadəyə verilən hər bir məktəb, doğma ocağına qayıdan hər bir ailə şəhidlərimizin uğrunda mübarizə apardığı arzuların gerçəkləşdiyini göstərir.

Prezident İlham Əliyevin noyabrın 7-də Ağdam, Xankəndi və Şuşaya səfəri çərçivəsində iştirak etdiyi açılış və təməlqoyma mərasimləri də quruculuq prosesinin geniş miqyasını nümayiş etdirdi. Bir vaxtlar tamamilə dağıdılmış Ağdam bu gün müasir sənaye, səhiyyə və yaşayış infrastrukturu ilə yenidən formalaşır. Dövlət başçısının Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olması, Ağdam Sənaye Parkında “ASMC” MMC-nin metal məmulatları istehsalı müəssisəsinin və “Komfy” MMC-nin ortopedik döşək istehsalı müəssisəsinin açılışlarında iştirakı bölgənin iqtisadi potensialının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardır. Bu müəssisələrin yaradılması yalnız istehsal imkanlarının genişləndirilməsi baxımından deyil, həm də yeni iş yerlərinin açılması, yerli iqtisadi fəallığın artırılması və Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyası baxımından əhəmiyyətlidir.

Sosial infrastrukturun inkişafı da Böyük Qayıdışın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin Ağdam Rayon Mərkəzi Xəstəxanasının binasında aparılan tikinti işləri ilə tanış olması əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsinə verilən önəmin göstəricisidir. Müasir səhiyyə müəssisələrinin yaradılması insanların doğma torpaqlarında rahat yaşamasına, sağlamlığının qorunmasına və bölgədə uzunmüddətli məskunlaşmanın təmin edilməsinə xidmət edir.

Qarabağın dirçəlişində təhsil və elmin inkişafına da xüsusi diqqət yetirilir. Noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak etmələri bunun bariz nümunəsidir. Yeni təhsil ocaqlarının yaradılması gələcək nəsillərin müasir bilik və bacarıqlara yiyələnməsi üçün geniş imkanlar açır. Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlinin qoyulması, universitetin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılması da bölgənin elm, təhsil və səhiyyə mərkəzinə çevrilməsi istiqamətində mühüm hadisələrdir. Bu layihələr Qarabağda intellektual potensialın gücləndirilməsinə, elmi tədqiqatların və innovativ fəaliyyətin inkişafına xidmət edəcək. Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılması isə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması baxımından əhəmiyyət daşıyır.

Noyabrın 7-də əsaslı yenidənqurmadan sonra Xankəndi Stadionunun açılışı da xüsusi rəmzi məna kəsb edir. İdman infrastrukturu insanların sağlam həyat tərzinin təşviqi ilə yanaşı, bölgənin ictimai və sosial həyatının canlanmasına töhfə verir. Xankəndidə universitetin, səhiyyə müəssisələrinin və idman obyektlərinin inkişaf etdirilməsi şəhərin Azərbaycanın mühüm mədəni, elmi və ictimai mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır.

İşğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Yenidən qurulan şəhər və kəndlər, yaradılan müasir infrastruktur, istifadəyə verilən sosial və iqtisadi obyektlər, fəaliyyətə başlayan təhsil və səhiyyə müəssisələri bu torpaqlarda həyatın hərtərəfli bərpasına xidmət edir. Doğma yurdlarına qayıdan insanların məskunlaşması, məşğulluğunun təmin edilməsi və rahat yaşayışı üçün yaradılan şərait isə Böyük Qayıdışın real nəticələrini göstərir. Bu gün Azərbaycan dünyaya mühüm bir həqiqəti nümayiş etdirir. Xalqımız öz torpaqlarını azad etmək qüdrəti ilə yanaşı, onları yenidən dirçəltmək iradəsinə də malikdir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

14:34
08 Noyabr

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

14:32
08 Noyabr

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib 

14:28
08 Noyabr

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

14:26
08 Noyabr

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!

14:21
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir 

14:20
08 Noyabr

Xalqımız Zəfər parkını ziyarət edir

14:17
08 Noyabr

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

14:12
08 Noyabr

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

14:11
08 Noyabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

14:10
08 Noyabr

Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

13:53
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

13:52
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

13:50
08 Noyabr

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

13:35
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq 

13:25
08 Noyabr

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi 

13:25
08 Noyabr

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

13:24
08 Noyabr

Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  

13:20
08 Noyabr

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar 

13:10
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!