08 Noyabr 2026 13:20
284
SİYASƏT
A- A+
Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  

Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  


Prezident İlham Əliyevin G20 Liderlər Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin göstəricisidir. Bu, Azərbaycanın qlobal iqtisadi və siyasi proseslərdə iştirak imkanlarının genişləndiyini nümayiş etdirir. 

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında diqqətə çatdırdı ki, G20 dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən ən mühüm beynəlxalq əməkdaşlıq platformalarından biridir. Buraya dünyanın ən böyük iqtisadiyyatlarına malik dövlətlərlə yanaşı, Avropa İttifaqı və Afrika İttifaqı da daxildir. G20 iştirakçılarının dünya ümumi daxili məhsulunun təxminən 85 faizini, dünya əhalisinin isə təqribən üçdə ikisini təmsil etməsi bu platformanın qlobal miqyasını aydın göstərir. “G20-nin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada dünya iqtisadiyyatının gələcəyi, maliyyə sabitliyi, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, ərzaq təminatı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və digər strateji məsələlər müzakirə olunur. Burada formalaşan razılaşmaların və siyasi mövqelərin dünya iqtisadiyyatına, maliyyə bazarlarına və beynəlxalq münasibətlərə ciddi təsiri olur”, – deyə o əlavə etdi.

Deputat bildirdi ki, Azərbaycan G20-nin daimi üzvü olmasa da, bu platforma ilə əməkdaşlıq təcrübəsinə malikdir. Müxtəlif ilərdə ölkəmiz ev sahibi dövlətin dəvəti ilə sammit və nazir səviyyəli toplantılarda iştirak edib. Bu platformada təmsil olunmaq rəsmi Bakıya milli maraqlarımızı beynəlxalq səviyyədə ifadə etmək və yeni əməkdaşlıq istiqamətlərini müzakirə etmək imkanı verir.

K.Nurullayeva vurğuladı ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini şərtləndirən bir sıra amillər mövcuddur: “Ölkəmiz Xəzər hövzəsinin mühüm enerji təchizatçılarından biridir. Eyni zamanda, Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm mövqeyə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolunu artırır. Enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələri və regional bağlantılar G20 sammitinin gündəliyi ilə birbaşa əlaqəlidir.  Bu baxımdan, Azərbaycanın təcrübəsi və mövqeyi beynəlxalq müzakirələrə əlavə töhfədir”. 

Deputat bildirdi ki, digər mühüm məsələ investisiya imkanlarıdır. G20 sammiti çərçivəsində aparılacaq ikitərəfli görüşlər ölkəmizə yeni sərmayələrin cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində tərəfdaşlıqların genişləndirilməsi üçün əlverişli şərait yaradır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

14:34
08 Noyabr

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

14:32
08 Noyabr

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib 

14:28
08 Noyabr

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

14:26
08 Noyabr

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!

14:21
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir 

14:20
08 Noyabr

Xalqımız Zəfər parkını ziyarət edir

14:17
08 Noyabr

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

14:12
08 Noyabr

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

14:11
08 Noyabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

14:10
08 Noyabr

Zəfərin qüdrəti Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində öz əksini tapır  

13:53
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

13:52
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

13:50
08 Noyabr

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

13:35
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq 

13:25
08 Noyabr

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi 

13:25
08 Noyabr

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

13:24
08 Noyabr

Prezidentin G20-yə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir  

13:20
08 Noyabr

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar 

13:10
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!