03 Mart 2020 00:53
4014
Mədəniyyət
A- A+
Od çərşənbəsi

Od çərşənbəsi


Yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaq... Novruz bayramına qədərki dörd çərşənbəni tədqiqatçılar bununla əlaqələndirirlər. Uzun illərdir ki, bu çərşənbələrdən ikincisi Od çərşənbəsi kimi qeyd edilir. Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Üskü gecəsi, Adlı çərşənbə, Ocaq çərşənbəsi, Atəş çərşənbə, Xıs çərşənbə, Xızır çərşənbə də deyirlər.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması ifadə olunur. İlk bəşər övladları odu, ocağı, Günəşi yalnız istilik, sağlamlıq gətirdiyinə, təbiəti canlandırdığına görə sevib, əzizləməyiblər, həm də onları şərdən qoruyacağına, xeyirin qələbə çalacağına inanıblar. Qədimdən od insanı yaşadığı yerə, obaya bağlayıb. Azərbaycan xalqı qədim zamanlardan, yurd salıb binələndiyi yerə çox zaman ocaq deyib. Ocağı işığın, istiliyin, birliyin, bərabərliyin, ümidin, xoşbəxtliyin rəmzi hesab edib. Əcdadlarımızın oda sitayişi, şərəfinə şənliklər təşkil etdikləri, ocaq qarşısında səcdəyə durub oyun və ayinlər keçirdikləri bir çox mənbələrdə də əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında "yallı” gedən insan təsvirləri bunun ən maraqlı nümunələrindəndir.

Odla bağlı bir sıra inanclarımız bu gün də yaşadılır. Bir çox yerlərdə indi də müqəddəs tutulan ziyarətgahlara ocaq deyirlər. Bəzi bölgələrimizdə gəlin köçən qızlar ata evindən çıxanda onları ailənin və ya nəslin ağsaqqalı üç dəfə yanan çırağın ətrafında dolandırır. Gəlin yeni evinə, ocağına yanan çıraqla gedir. Bu adət-ənənələrə xüsusi diqqətlə əməl olunur. Çalışırlar ki, çıraq bəy evinədək sönməsin. Çünki gəlinin ardınca çıraq aparılması xoşbəxtlik rəmzi hesab olunur.

İnanclara görə, atəşə su tökmək, oda, ocağa pis söz söyləmək olmaz. İnsan odu, ocağı, Günəşi əzizləyərsə, çətinlikləri azalar, suların donu açılar, buzlar əriyər, təbiət isinməyə başlayar.

Od çərşənbəsində tonqal qalama mərasimi o biri çərşənbələrdən daha möhtəşəm keçirilir. Tonqal elə yerdə yandırılırdı ki, hər tərəfdən görünsün. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayıb, el tonqalın başına yığışarmışlar. Qız-gəlinlər odun şərəfinə nəğmələr söylərmişlər.

Çərşənbə tonqalı, adətən, yaş ağacdan qalanmır. Folklorşünaslar bildirirlər ki, əcdadlarımız yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəmə toxunacağına inanıblar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanırdılar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmirlər. Tədqiqatçılar qeyd edirlər ki, bəzi bölgələrdə tonqala üzərlik də atar, bununla bədnəzərdən qorunacaqlarına inanırdılar.

Qədimdə Od çərşənbəsində qonum-qonşular yasda olan ailənin həyətində tonqal yandıraraq bununla həmin ailəni yasdan çıxarıblar. Tədqiqatçılar bildirirlər ki, qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa odu çıxarıb xüsusi yerdə saxlayardılar və qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.

Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalanması da inanclarımızla bağlıdır. Bunu həyətə keçənlərin özləri ilə pis niyyət, ağırlıq gətirə bilməmələri üçün ediblər. Çünki qara qüvvələri odun məhv edə biləcəyinə inam xalq düşüncəsində bu gün də yaşayır.

Unudulmamış adət-ənənələrimizdən biri də Od çərşənbəsində tonqal qalayıb, üç dəfə "Ağırlığım, uğurluğum odda yansın” - deyib odun üstündən tullanmaqdır. İnanca görə, bununla xəstəliklərdən xilas olmaq, azar-bezardan qurtulmaq mümkündür.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır.

Od çərşəbəsində ocağı boş qoymazlar. Həmin gün süfrəyə şirniyyatlarla dolu xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. Bu adət-ənənəyə riayət etməklə insanlar ilin bərəkətli olacağına inanırlar.

Od çərşənbəsinin qədim ayin və mərasimlərindən biri "Qodu-qodu” oyunudur. Bu mərasim Günəşi çağırmaq, ondan istilik diləmək üçün icra olunur. Kənd cavanları qırmızı rənglə bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzirlər.

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir.

Qoymayın ağlamağa.

Mərasim zamanı bu nəğməni oxuyar, evlərdən bayram paylarını alarlar.

Od çərşənbəsində Boz ay ömrünü yarılayır. Bundan sonra təbiət bütün canlılara baharın gəlişini hiss etdirməyə başlayır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!