02 İyun 2025 18:50
470
DÜNYA
A- A+
Nigeriyada mina partlaması nəticəsində 9 nəfər həlak olub

Nigeriyada mina partlaması nəticəsində 9 nəfər həlak olub


Nigeriyanın şimal-şərqindəki Borno əyalətində "Boko Haram" yaraqlılarının yerləşdirdiyi minanın partlaması  nəticəsində 9 nəfər ölüb.

KİV-in məlumatına görə, Borno əyalət parlamentinin sədri Əbdülkərim Lavan partlayışın Quzamala rayonundakı Mairari kəndindəki avtobus dayanacağında baş verdiyini bildirib. O, partlayıcı qurğunun “Boko Haram” üzvləri tərəfindən qoyulduğunu təsdiqləyib.

Lavan bildirib ki, insident nəticəsində 9 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

O, həmçinin xatırladıb ki, Mairari kəndi Quzamala rayonunda mülki hakimiyyətin iki dəfə əhalini geri qaytardığı yeganə qəsəbədir. Lakin silahlıların yeni hücumları səbəbindən sakinlər yenidən kəndi tərk etmək məcburiyyətində qalıblar.

“Boko Haram” Nigeriyada 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir və 2009-cu ildən on minlərlə insanın ölümünə səbəb olan irimiqyaslı terror aktları həyata keçirir.

2015-ci ildən yaraqlılar fəaliyyət sahələrini genişləndirib və qonşu ölkələrdə - Kamerun, Çad və Nigerdə hücumlar həyata keçirməyə başlayıblar. Çad gölü bölgəsində “Boko Haram”ın hücumları nəticəsində ən azı 2000 nəfərin öldüyü təxmin edilir.

Ölkədəki terror və silahlı qarşıdurmalar yüz minlərlə insanı evlərini tərk etməyə məcbur edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!