28 Avqust 2026 09:10
152
Mədəniyyət
A- A+
Müəllim, alim, ictimai xadim

Müəllim, alim, ictimai xadim


Nurlana Əliyeva bu üç şərəfli peşəni özündə birləşdirməyi bacarmışdı


İnsanın həyatında elə məqamlar olur ki, onun gələcək taleyini müəyyənləşdirir. Bu tale bəzən ailədən, bəzən məktəbdən, bəzən də uşaqlıq illərində yaranan maraq və meyillərdən asılı olur. Nurlana Əliyevanın ömür yoluna müəllim ailəsində aldığı tərbiyə, məktəb illərində Azərbaycan dili və ədəbiyyatına göstərdiyi maraq işıq saçmışdır. 

Onun həyat yolu ötən əsrin ikinci yarısından başlayaraq, müstəqil Azərbaycanın sonrakı inkişaf mərhələlərinə qədər uzanan böyük bir zaman kəsiyindən keçib. Bu illər isə Azərbaycanın təhsilində, elmində və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir. 

Nurlana xanımın həyatının böyük bir hissəsi Azərbaycan təhsili ilə bağlı olub. Müəllim kimi fəaliyyətə başlayıb, sonralar uzun illər təhsil müəssisəsinə rəhbərlik edib, filologiya elmləri doktoru, professor kimi elmi fəaliyyət göstərib, ali məktəb rektoru olub. Eyni zamanda ictimai-siyasi həyatdan kənarda qalmayıb, Azərbaycan qadınının cəmiyyətdə rolunun artması üçün çalışıb.

Nurlana Əliyeva 1946-cı il avqustun 28-də Gəncədə dünyaya gəlmişdir. Uşaqlıqdan evdə təhsillə, məktəblə bağlı söhbətlər, müzakirələr eşitmiş, o üzdən mütaliəni sevmiş, uşaqlıq xəyalları, gələcəklə bağlı arzuları kitablar aləmində pərvazlanmışdır. Kiçik yaşlarından ata-anası ona həm də iradəli, əzmkar və qətiyyətli olmağı aşılamışdır. 

Orta təhsilini Gəncədəki Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə alan Nurlana Əliyeva yalnız dərslərini yaxşı oxuması ilə deyil, həm də ictimai fəallığı ilə seçilib. Məktəb illərində Azərbaycan dili və ədəbiyyatına maraq göstərməsi onun gələcək peşə seçiminə də təsir göstərib. O illər yaranan bu maraq sonralar Nurlana xanımın həm müəllimlik fəaliyyətinin, həm də elmi yaradıcılığının mayası olmuşdur.

Nurlana Əliyeva müəllim olmaq istəyirdi. Beynində əlində jurnal sinfə daxil olması, dərs dediyi günlərin xəyalını qururdu. Elə bu xəyalla da orta məktəbi bitirib Bakıya gəlmiş, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə vermişdir. Qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanmışdır. Universitet illəri onun dünyagörüşünün formalaşması, filoloji biliklərinin dərinləşməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm mərhələ olmuşdur. 


Müəllimlikdən başlanan yol


Nurlana xanımın uzun illər davam edən fəaliyyətinin təməlində müəllimlik dayanıb. 1969-cu ildə ali təhsilini başa vurandan sonra Bakıdakı 134 nömrəli məktəbdə müəllim işləyib. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi Nurlana Əliyeva Bakı Maliyyə-Kredit Texnikumunda da həmin fənləri tədris edib. 1990-cı ilin dekabrından isə Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumuna rəhbərlik etməyə başlayıb. Sonralar Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərən bu təhsil müəssisəsinin inkişafına xeyli əmək sərf edib.

Həmin illər ölkənin ictimai və siyasi həyatında böyük dəyişikliklər baş verirdi. Bu mürəkkəb dövrdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi təhsil sisteminin qarşısında da yeni vəzifələr qoymuşdu. Milli təhsil ənənələrinin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin yeni tələblər əsasında qurulması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyırdı. Nurlana xanımın rəhbərlik etdiyi Pedaqoji Kollec belə bir mərhələdə müəllim hazırlığının mühüm ünvanlarından biri idi. Kollecin müəllim heyəti yaxşı başa düşürdü ki, məktəbəqədər və ibtidai təhsil üçün kadr hazırlığı təhsil sisteminin ən mühüm istiqaməti sayılır. Çünki gələcək ibtidai sinif müəllimlərinin peşə hazırlığının səviyyəsi onların sonrakı pedaqoji fəaliyyətinə, deməli, minlərlə uşağın təlim və tərbiyəsinə birbaşa təsir göstərir. Bunu isə kollektivə Nurlana Əliyeva aşılamışdı. Onun rəhbərliyi dövründə kollecdə təlim və tədrisin təşkili, pedaqoji prosesin təkmilləşdirilməsi, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil mühitinin yenilənməsi istiqamətində xeyli işlər görülmüşdür. Dövrün tələblərinə uyğun olaraq təlimin forma və metodlarının təkmilləşdirilməsi, təhsil prosesinə yeni yanaşmaların gətirilməsi diqqət mərkəzində olmuşdur.

Amma Nurlana xanımın kollecdəki fəaliyyəti bununla məhdudlaşmırdı. O, orta ixtisas təhsilinin problemləri və inkişaf yolları barədə dövri mətbuata məqalələr yazır, pedaqoji kadr hazırlığı ilə bağlı məsələlərə münasibət bildirirdi.


Ədəbiyyatşünas alim


Nurlana Əliyevanın çoxşaxəli fəaliyyətində elmi yaradıcılıq da xüsusi yer tutmuşdur. O, alim kimi pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan ədəbiyyatının, xüsusilə Azərbaycan nəsrinin müxtəlif problemlərini araşdırmışdır. "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edən N.Əliyeva sonrakı elmi fəaliyyətində Azərbaycan nəsrinin 1960-1980-ci illər mərhələsinin tədqiqi ilə məşğul olmuşdur. Həmin illərin Azərbaycan nəsri ədəbiyyat tariximizdə özünəməxsus mərhələ təşkil edir. O dövrün nəsrində insanın mənəvi aləmi, cəmiyyətlə münasibəti, kənd və şəhər həyatında baş verən dəyişikliklər, milli və bəşəri dəyərlər mühüm mövzulardan idi. 

Nurlana Əliyevanın tədqiqatında qəhrəman və üslub probleminin önə çəkilməsi onun ədəbiyyata bədii-estetik bütövlük kimi yanaşdığını göstərirdi. Bu səbəbdən 2003-cü ildə müdafiə etdiyi "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları" mövzusunda doktorluq dissertasiyasını alimin uzunmüddətli elmi axtarışlarının nəticəsi kimi də qəbul etmək olar. Amma  Bakı Dövlət Universitetində (BDU) professor kimi fəaliyyət göstərmiş N.Əliyevanın elmi fəaliyyəti yalnız  araşdırmalarla məhdudlaşmamışdır. O, eyni zamanda Azərbaycan filologiyasının gələcək tədqiqatçı nəslinin yetişdirilməsi prosesində də iştirak etmişdir. Nurlana xanım həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış Dissertasiya Şurasının üzvü olmuşdur.


Qələm adamı


Nurlana Əliyeva kamil publisist idi. 12 kitabın və 200-dək elmi-publisistik məqalənin müəllifi olan alimin yazılarında müxtəlif illərdə cəmiyyət üçün aktual olan mövzulardan bəhs edilir. Onun publisistikasında ilkin olaraq Azərbaycan ədəbiyyatı və nəsri əsas yer tutsa da, zaman keçdikcə mövzu dairəsi genişlənmişdir. Təhsil, milli-mənəvi dəyərlər, Azərbaycan dövlətçiliyi, Heydər Əliyevin siyasi fəaliyyəti, ölkənin inkişaf yolu, qadınlarımızın ictimai həyatda rolu kimi məsələlər alimin yazılarında geniş təhlil olunmuşdur.

Nurlana Əliyevanın 2019-cu ildə nəşr edilən "Qüdrətli Azərbaycan naminə" kitabında Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif mərhələləri, Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu, müasir Azərbaycanın ictimai-siyasi inkişafı ilə bağlı məsələlərdən danışılır. Kitabda Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Azərbaycan qadınlarının ictimai fəaliyyəti və Qarabağ həqiqətləri də yer alır. Onun bir il sonra - 2020-ci ildə nəşr edilən "Azərbaycanı dəyişən məhəbbət" adlı kitabında isə Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycanın milli oyanışı, sosial-iqtisadi inkişafı, dövlətçilik məsələləri və müasir Azərbaycan dövlətinin inkişaf istiqamətləri barədə düşüncələri toplanıb. Bu kitablar Nurlana Əliyevanın yaradıcılıq dünyasının genişliyini, onun ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdən kənarda qalmadığını göstərir.


"Adın şərəflidir sənin, ey qadın"

 

Nurlana Əliyevanın ictimai fəaliyyətində Azərbaycan qadınının cəmiyyətdəki rolu xüsusi yer tuturdu. O, qadınların ailə və məişət məsələləri ilə yanaşı, elm və təhsildə, idarəçilikdə, ictimai-siyasi həyatda da fəal iştirak etməsinin vacibliyini vurğulayırdı. Bu mövzu onun həm publisistik yazılarında, həm də çıxışlarında qırmızı xətt kimi keçirdi. Alimin 2009-cu ildə qələmə aldığı "Heydər Əliyev və Azərbaycanda qadın siyasəti" məqaləsində isə qadın siyasəti ilə dövlətçilik məsələləri əlaqəli təhlil olunmuşdur. 

Yeri gəlmişkən, qeyd edək ki, Nurlana Əliyevanın ictimai-siyasi fəaliyyətində ən mühüm və uzunmüddətli mərhələlərdən biri Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasına rəhbərlik etməsi olub. O, bu ictimai vəzifəyə 2009-cu il aprelin 25-də YAP Qadınlar Şurasının respublika konfransında seçilmişdir. Nurlana xanım 12 il bu ictimai  vəzifədə qadınların bütün sahələrdə fəallığının artması, seçkilərdə iştirakının təşviqi, humanitar və xeyriyyə tədbirlərində iştirakı, beynəlxalq qadın təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərlə məşğul olmuşdur.


Yeni etimad, yeni vəzifələr


2016-cı ildə Nurlana Əliyevanın fəaliyyətində yeni mərhələ başladı. Həmin il o, Bakı Slavyan Universitetinin rektoru təyin edildi. Bu təyinata qədər Nurlana xanım, qeyd etdiyimiz kimi, uzun illər orta ixtisas təhsilinin xüsusiyyətlərini dərindən mənimsəmiş, elmi fəaliyyətində Azərbaycan ədəbiyyatının müxtəlif problemlərini araşdırmış, ali məktəbdə çalışmışdı. Üstəlik, Pedaqoji kollecə rəhbərlik etdiyi vaxtlar təhsil idarəçiliyində böyük təcrübə qazanmışdı. Alim və professor olması isə ona ali təhsil mühitini yaxından tanımaq imkanı vermişdi.

N.Əliyeva rektor kimi fəaliyyətinin ilk günlərindən universitetin tədris, maddi-texniki və struktur məsələlərinə diqqəti artırdı. Universitetin maddi-texniki bazasının gücləndirilməsi, təmir işlərinin aparılması, tədris prosesində yeni islahatların tətbiqi, struktur bölmələrinin yenilənməsi və ştat məsələləri ilə bağlı işlərin həyata keçirilməsi yeni rektorun gündəlik fəaliyyətinin əsas istiqamətləri sırasında oldu.

Bakı Slavyan Universitetinin özünəməxsus xüsusiyyətlərindən biri xarici, xüsusilə slavyan ölkələrinin ali təhsil müəssisələri ilə əlaqələri idi. Bu səbəbdən Nurlana Əliyeva universitetin həmin istiqamətdə əməkdaşlığının davam etdirilməsinə və inkişafına xüsusi yanaşırdı.

Onun bu ali təhsil ocağına 5 illik rəhbərliyi dövründə universitet elmi, mədəni və diplomatik tədbirlərin keçirildiyi məkanlardan biri kimi də tanındı. Nurlana Əliyeva belə tədbirlərdə təhsil və elmin inkişafı, multikulturalizm, beynəlxalq əməkdaşlıq, milli-mənəvi dəyərlər və Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı məruzələrlə çıxış edirdi.


Ömrün silinməz izləri


Nurlana Əliyevanın uzun illər ərzində təhsil və elm sahələrində, ictimai həyatda göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2004-cü ildə Əməkdar müəllim fəxri adına və 2008-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.

Nurlana Əliyeva 80 yaşının tamamına az qalmış - 2026-cı il iyulun 1-də vəfat edib. 

Məlum bir həqiqət var: insan ömrünün mənası yaşanan illərin sayı ilə deyil, gördüyü işlər, cəmiyyətə göstərdiyi xidmətin mahiyyəti ilə ölçülür. Nurlana Əliyeva da belə bir ömür yaşayıb. Müəllim işləyib, pedaqoji təhsil müəssisələrinə rəhbərlik edib, elmi araşdırmalar aparıb, kitablar yazıb, onlarla elmi-publisistik məqalə qələmə alıb, Azərbaycan qadınının ictimai fəallığının yüksəlməsi üçün çalışıb. Bir sözlə, o, müəllim, alim və ictimai xadim kimi yaddaşlarda  silinməz iz qoyub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ərdəbil sevdalı Rübabə xanım

09:59
28 Avqust

Sözün, sənətin və iradənin birləşdiyi film - "Qəzəlxan"

09:52
28 Avqust

Yeni mərhələ, regional rəqabət və mövcud potensial

09:45
28 Avqust

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

09:38
28 Avqust

Azərbaycanın suyu da dərmandır, "Qalaaltı" kimi

09:31
28 Avqust

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

08:49
28 Avqust

Revanşizmin çöküşü: Ermənistanda keçmiş rejimin qalıqları təmizlənir

08:42
28 Avqust

Tarix üzərində yeni şəhərlər salınır

08:35
28 Avqust

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

08:28
28 Avqust

Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

08:21
28 Avqust

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

08:14
28 Avqust

"Orta dəhliz dünya üçün əhəmiyyətlidir"

08:07
28 Avqust

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

08:00
28 Avqust

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

07:15
28 Avqust

Bu ilin ikinci Ay tutulması başlayıb

07:04
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!