27 Avqust 2026 09:20
328
Mədəniyyət
A- A+
Bakı Kristal Zalı - Azərbaycanın müasir memarlıq rəmzi

Bakı Kristal Zalı - Azərbaycanın müasir memarlıq rəmzi


Bakı Kristal Zalını (Baku Crystal Hall) müasir Azərbaycanın mədəniyyət, memarlıq və strateji şəhərsalma rəmzi də hesab etmək olar. Xəzər dənizinin sahilində, Bakı buxtasının ən gözəl nöqtəsində tikilən bu möhtəşəm saray təkcə paytaxtın vizual simasını dəyişməyib, həm də şəhərin urbanizasiya dinamikasına güclü təkan verib. 

İnşa edildiyi gündən etibarən həm unikal memarlıq üslubu, həm də ətraf ərazilərin infrastrukturunu yenidən formalaşdırmaq gücü ilə dünya mətbuatının diqqət mərkəzində olan kompleks, Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək potensialının ən bariz nümunəsidir. Keçirilən hər bir beynəlxalq müsabiqə, idman yarışı və dünya ulduzlarının konsertləri həm Bakı Kristal Zalının statusunu artırır, həm də şəhər mühitinin inkişafında mühüm rol oynayır.


Yüksək səviyyədə təşəbbüs və himayə


Kompleksin tikintisi birbaşa ölkə rəhbərliyinin təşəbbüsünün və strateji baxışının nəticəsidir. Azərbaycan 2011-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsində qələbə qazandıqdan sonra paytaxtda beynəlxalq standartlara cavab verən müasir bir arenanın tikilməsi zərurəti yaranmışdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 11 iyul 2011-ci ildə "Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında" xüsusi sərəncam imzalandı. Layihənin qısa müddətdə və uğurla reallaşdırılmasında keçiriləcək müsabiqənin Təşkilat Komitəsinə rəhbərlik edən birinci xanım Mehriban Əliyevanın müstəsna rolu olmuşdur. Onun birbaşa nəzarəti və rəhbərliyi altında aparılan hazırlıq işləri sayəsində şəhərsalma praktikasında nadir görünən nəticə əldə edildi. Almaniyanın məşhur "Alpine Bau Deutschland AG" şirkəti tərəfindən idarə olunan tikinti işləri rekord müddətdə - cəmi 8 aya tamamlandı. 2012-ci ilin may ayında qapılarını açan arena 57-ci "Avroviziya" Mahnı Müsabiqəsinə yüksək səviyyədə evsahibliyi edərək Bakını qlobal urbanizasiya xəritəsində qabaqcıl şəhərlərdən biri kimi nümayiş etdirdi. Konsert arenası təkcə funksionallığı ilə deyil, həm də estetik görünüşü ilə heyranlıq doğururdu.

Yeri gəlmişkən qeyd edək ki, müasir şəhərsalma prinsiplərinə görə, böyük ictimai obyektlərin inşası həm də ətraf mühitlə inteqrasiya olunmalı və şəhəri funksional olaraq böyütməlidir. Bakı Kristal Zalının layihələndirilməsi paytaxtın cənub girişinin simasını kökündən dəyişdi. Bu kompleksin inşası Dənizkənarı Milli Parkın yeni bulvar və Bayıl bulvarı xətləri ilə birləşərək genişlənməsinə birbaşa təkan verdi. Nəticədə bulvarın ümumi uzunluğu təxminən 4 kilometrdən 16 kilometrə qədər artırıldı. Belə bir genişlənmə şəhər əhalisinə on minlərlə kvadratmetr yeni piyada və rekreasiya zonası qazandırdı. Kompleksə və Dövlət Bayrağı Meydanına yönələn yeni yollar, genişləndirilmiş prospektlər və geniş parkinq sahələri şəhərin cənub qapısında nəqliyyat axınını tənzimləyən mühüm infrastruktur elementlərinə çevrildi. 

Bir faktı da qeyd edək ki, müasir şəhərsalma elmində irihəcmli memarlıq layihələri həm də şəhər iqtisadiyyatını canlandıran güclü maliyyə mühərriki ("urban economic engine") rolunu oynayır. Bakı Kristal Zalı paytaxtın qeyri-neft sektorunun, xüsusilə xidmət və turizm sahəsinin inkişafında zəncirvari effekt yaratdı. Kompleks ölkədə işgüzar və mədəni turizmin (MICE - Görüşlər, İntensivlər, Konfranslar və Sərgilər) əsas platformasına çevrildi. Beynəlxalq tədbirlər zamanı paytaxta axın edən xarici qonaqlar mehmanxana, nəqliyyat və iaşə sektorunun gəlirlərini birbaşa artırırlar. Arenanın həm gündəlik idarəolunması, həm də irimiqyaslı şoular zamanı texniki, logistik və xidmət sahələrində minlərlə yerli mütəxəssis və gənc iş yerləri ilə təmin olunur.

XXI əsrin şəhərsalma trendləri tikililərin ətraf mühitlə harmoniyasını və davamlığını ("sustainability") əsas meyar kimi götürür. Bakı Kristal Zalı və onun yerləşdiyi ərazi "yaşıl şəhər" (green urbanism) prinsiplərinə tam cavab verir. Arenanın ucaldıldığı ərazi keçmişdə gəmi təmiri zavodlarının və neft tullantılarının yerləşdiyi ekoloji baxımdan gərgin və sənaye təyinatlı depressiv bir zona idi. Layihə çərçivəsində ərazi tamamilə təmizlənmiş, torpaq və sahil suları ekoloji reabilitasiyadan keçirilmişdir.

Yeni Bulvar xətti boyunca salınan yaşıl kəmər şəhərin karbon qazı emissiyasını azaldır və sahil boyu mikroiqlimi müsbət istiqamətdə dəyişir. Bakı Kristal Zalı funksionallığı ilə yanaşı, paytaxtın gecə siluetinə tamamilə yeni rəng qatan bir memarlıq şedevridir.

Kristal və brilyant dizayn adını almış kompleksin ümumi tikinti sahəsi 30 958 kvadratmetr, daxili arenasının sahəsi isə 10 964 kvadratmetrdir. Arenanın xarici strukturu kəsik brilyant formalarını xatırladan xüsusi panellərdən yığılmışdır. Fasada quraşdırılmış 80000-dən çox işıq diodu (LED) lampası və 2500-dən artıq proyektor binanı gecələr nəhəng bir ekrana çevirir. Bu sistem "ağıllı şəhər" (Smart City) konsepsiyasının şəhər işıqlandırılmasında ilkin və ən böyük tətbiqlərindəndir. 23 000 nəfərə qədər tamaşaçı tutumu olan daxili zalın tamamilə sütunsuz dizayn edilməsi isə müasir mühəndisliyin ən böyük uğurlarındandır və qonaqlar üçün maneəsiz vizual sahə yaradır. 


Qlobal tədbirlərin mərkəzi və "Bilbao effekti"


Şəhərsalmada obyektlərin "davamlığı" onların gələcəkdə necə istifadə olunacağı ilə ölçülür. Kristal Zal "Avroviziya"dan sonra 2015-ci ildə I Avropa Oyunları və 42-ci Şahmat Olimpiadası kimi tarixi idman yarışlarına yüksək səviyyədə evsahibliyi etdi. Cennifer Lopez, Rihanna, Kristina Aguilera kimi dünyaşöhrətli ulduzların burada keçirilən konsertləri Bakının regional miqyasda böyük bir mədəniyyət mərkəzi olduğunu göstərdi.

2012-ci ildə "Avroviziya" zamanı Kristal Zalın görüntüləri dünya üzrə 100 milyondan çox insan tərəfindən canlı izlənildi. Şəhərsalma elmində buna "Vizual brendinq" deyilir, yəni bina təkbaşına bir şəhərin qlobal reklam çarxına çevrildi. Xüsusi vurğulanmalıdır ki, arena tamamilə inklüziv şəhərsalma (unversal dizayn) prinsiplərinə uyğun tikilib. Fiziki məhdudiyyətli insanların arenaya maneəsiz daxil olması üçün panduslar, liftlər və zal daxilində xüsusi izləmə zonaları mövcuddur. Bu da obyekti "hər kəs üçün əlçatan şəhər" konsepsiyasının nümunəsinə çevirir.

Dünyada bir çox olimpiada və ya böyük tədbir arenası müsabiqə bitdikdən sonra istifadəsiz qalır və şəhər büdcəsinə yük olur. Buna şəhərsalmada "ağ fil" effekti deyilir. Kristal Zal isə bu günə qədər aktiv istifadə olunmaqla bu mənfi trendi sındırmış və Bakının daimi yaşayan mədəniyyət obyektinə çevrilmişdir.

Müasir urbanizasiya və şəhərsalma üzrə ekspertlər qeyd edirlər ki, Bakı Kristal Zalı şəhərsalma elmində "Bilbao effekti"-nin (böyük və unikal bir mədəniyyət obyektinin inşası vasitəsilə bütöv bir depressiv sənaye zonasının və şəhər iqtisadiyyatının dirçəldilməsi) Azərbaycandakı ən uğurlu tətbiqidir. Bu gün Bakı Kristal Zalı, sadəcə, bir konsert zalı deyil, o, paytaxtımızın memarlıq təkamülünü, düzgün şəhərsalma planlamasını və şəhərimizin qonaqpərvər, müasir dünya meqapolislərindən birinə çevrilməsini sübut edən canlı bir abidədir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

14:10
27 Avqust

Lənkəranda Yeni Azərbaycan Partiyasının sıraları genişlənir  

14:06
27 Avqust

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

14:03
27 Avqust

Saxta markalara qarşı nəzarət sərtləşdirildi: minlərlə litr alkoqol dövriyyədən çıxarıldı  

13:59
27 Avqust

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

13:37
27 Avqust

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

13:36
27 Avqust

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

13:01
27 Avqust

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

12:47
27 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:39
27 Avqust

Laçında unudulmaz kino günləri başa çatıb  

12:31
27 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb  

12:22
27 Avqust

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub  

12:19
27 Avqust

Bu gün Ümumdünya Göllər Günüdür

12:03
27 Avqust

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

12:02
27 Avqust

Nepalda daşqın səbəbindən çox sayda insan itkin düşüb

11:49
27 Avqust

Robert Köçəryan iki aylıq müddətə həbs edilib  

11:35
27 Avqust

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

11:33
27 Avqust

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib  

11:29
27 Avqust

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb  

11:23
27 Avqust

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan  

11:17
27 Avqust

Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir  

11:09
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!