28 Avqust 2026 09:38
132
İQTİSADİYYAT
A- A+
"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?


Dövlət Turizm Agentliyinin tabeliyindəki "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 2026-cı ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 104 min 929 turist ziyarət edib. Onlardan 12 min 145 nəfəri yerli, 92 min 784 nəfəri əcnəbi vətəndaşlardır. Qoruğu ziyarət edən xarici turistlər arasında Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, İsrail, Çin, Qazaxıstan, Almaniya və Əlcəzair vətəndaşları üstünlük təşkil ediblər.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, cari ilin yeddi ayı ərzində "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ödənişsiz ziyarət edənlərin sayı isə 8 min 241 nəfər olub. Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhid ailəsinin birinci dərəcəli üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Restoranlarda servis haqqı olmalıdırmı?

10:27
28 Avqust

ANA

10:20
28 Avqust

Qızıl və gümüş ucuzlaşıb

10:18
28 Avqust

Neft qiymətləri azalır

10:16
28 Avqust

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

10:14
28 Avqust

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

10:13
28 Avqust

Azərbaycan nefti 92 dollardan baha satılır

10:12
28 Avqust

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

10:11
28 Avqust

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

10:09
28 Avqust

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

10:06
28 Avqust

Ərdəbil sevdalı Rübabə xanım

09:59
28 Avqust

Sözün, sənətin və iradənin birləşdiyi film - "Qəzəlxan"

09:52
28 Avqust

Yeni mərhələ, regional rəqabət və mövcud potensial

09:45
28 Avqust

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

09:38
28 Avqust

Azərbaycanın suyu da dərmandır, "Qalaaltı" kimi

09:31
28 Avqust

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!