29 İyul 2026 20:30
173
SİYASƏT
A- A+
Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub 

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub 


Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən “MESOB” dövlət xidməti mərkəzində olub.

Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir “bir pəncərə” platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən “MESOB” dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.

Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Prezidenti hökumətdə yeni kadr dəyişikliklərini təsdiqləyib

20:44
29 İyul

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub 

20:37
29 İyul

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub 

20:30
29 İyul

UEFA FIFA ilə bağlı yeni bəyanat yayıb  

20:23
29 İyul

Dövlət Proqramının qalibi: Məqsədim xaricdə qazanacağım bilik və təcrübəni Azərbaycanda tətbiq etməkdir  

20:14
29 İyul

Dünya ikincisi olan güləşçi: Mənim gələcəyim qabaqdadır, ruhdan düşmək olmaz

20:07
29 İyul

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

20:00
29 İyul

Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb

19:55
29 İyul

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib

19:50
29 İyul

Gender məsələləri üzrə məsul şəxslər üçün rəqəmsal bacarıqların artırılmasına dair təlim keçirilib

19:42
29 İyul

Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub

19:28
29 İyul

Gürcüstanın Baş prokuroru: Əməkdaşlıq və beynəlxalq hüquqi yardım sahəsində çox uğurlu nəticələrimiz var

19:21
29 İyul

Mütəxəssis: Müntəzəm kitab oxuyan uşaqların dərsdə daha uğurlu olduqları müşahidə edilir

19:14
29 İyul

UNODC: İnsan alverinin qurbanları arasında qadınlar və qızlar daha çoxdur

19:07
29 İyul

Fransa bu ilin birinci yarımilində məlumat sızmalarından ən çox zərər görən Avropa ölkəsi olub

19:00
29 İyul

Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

18:55
29 İyul

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

18:50
29 İyul

Akademik: Vətəndaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi vacibdir

18:42
29 İyul

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçib

18:35
29 İyul

Zimbabvedə təqribən 210 milyon il əvvələ aid yeni dinozavr növünün qalıqları tapılıb

18:28
29 İyul

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

18:21
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!