29 İyul 2026 17:50
126
SİYASƏT
A- A+
Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir 

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir 


Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə qeyd olunub ki, Efiopiya ticarət, investisiya, turizm kimi sahələrdə Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərin Efiopiya üçün də uğurlu nümunə təşkil etdiyi vurğulanıb.

Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının Azərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.

O, xüsusilə "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması və Azərbaycanın bu məsələdə göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirərək, bu modelin artıq Efiopiyanın regionlarında qurulduğunu və bununla dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırıldığını diqqətə çatdırıb.

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini və ölkəmizin uğurlu təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirən Aqeqnehu Teşager ölkəsinin 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibliyi edəcəyini xatırladıb və bu sahədə də Azərbaycanın təcrübəsindən bəhrələnəcəklərini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyanın son illərdə bir çox sahələrdə nəzərəçarpan uğurlar qazandığını bildirib. O, ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə parlamentlərarası əlaqələr də nəzərdən keçirilib. Parlament sədrləri, dostluq qrupları arasında qarşılıqlı səfərlərin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfələri vurğulanıb. Eyni zamanda, parlament komitələri, dostluq qrupları və parlament aparatları arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Federasiya Palatasının sədri Azərbaycanın fəal parlament diplomatiyası həyata keçirdiyini və bir çox beynəlxalq parlament təşkilatlarında aktiv təmsil olunduğunu bildirib. Spiker Sahibə Qafarova bu platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Aqeqnehu Teşager Milli Məclisin sədrinin səfərinin çox mühüm bir dövrə təsadüf etdiyini, bir müddət əvvəl Efiopiyada 7-ci parlament seçkilərinin uğurla keçirildiyini bildirib və seçkilərin nəticələri haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçib

18:35
29 İyul

Zimbabvedə təqribən 210 milyon il əvvələ aid yeni dinozavr növünün qalıqları tapılıb

18:28
29 İyul

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

18:21
29 İyul

Türkiyə İranla sərhəddə çəkilən divarı tamamlayır

18:14
29 İyul

“YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb

18:07
29 İyul

Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-ci ildönümü ilə bağlı poçt markası buraxıla bilər

18:00
29 İyul

Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək

17:55
29 İyul

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir 

17:50
29 İyul

Professor: Azərbaycan həm regional, həm də daha geniş geosiyasi müstəvidə sabitlik amili kimi çıxış edir 

17:42
29 İyul

Altı ayda “AzerGold”un ixrac gəlirləri 26 faizdən çox artıb

17:35
29 İyul

İlin birinci yarısında Azərbaycanın qızıl ixracından gəliri 40 faizdən çox artıb

17:28
29 İyul

Altı ayda SOCAR-ın idarəsi 120 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

17:21
29 İyul

ABŞ Senatı Kleytonu Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqlədi

17:14
29 İyul

Büşra Zeynep Özdemir: Azərbaycanın infrastruktur layihələri Orta Dəhlizin gələcəyini müəyyənləşdirir

17:07
29 İyul

Dövlət Xidmətinin rəisi Goranboyda vətəndaşların müraciətlərini dinləyib

17:00
29 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

16:55
29 İyul

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti görüş keçirilib

16:54
29 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ  

16:50
29 İyul

Ağdamda yanğın genişlənib 

16:42
29 İyul

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

16:35
29 İyul

AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumu hazırlanacaq

16:28
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!