17 Noyabr 2026 08:15
540
SİYASƏT
A- A+
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni əməkdaşlıqlar üçün zəmin yaradır

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni əməkdaşlıqlar üçün zəmin yaradır


Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlərin əsası müstəqillik əldə edildikdən sonra qoyulub. 1994-cü və 1998-ci illərdə imzalanmış sənədlərin davamı olan yeni bəyannamə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə edir. "Bəyannamənin əsas siyasi mesajlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir. Sənəddə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmalara və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlara müsbət münasibət ifadə olunur. Birləşmiş Krallıq Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə dəstəyini qeyd edir. Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilir. Bura hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir. Birləşmiş Krallıq ABŞ və Almaniyadan sonra üçüncü ən böyük NATO-ya vəsait xərcləyən, nüvə silahı olan ölkədir, onun hərbi xərcləri 2024-cü ildə rekord həddə - 84,2 milyard dollara çatıb. Hərbi dəniz qüvvələri üzrə strateji gücə malikdir. Tarixi xatırlasaq, Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Həmin vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi", - deyə o bildirdi. 

Deputat hesab edir ki, yeni Strateji Tərəfdaşlıq haqqında Bəyannamə kontekstində Böyük Britaniya hərbi təlim, texnologiya və institusional əməkdaşlıq vasitəsilə kibertəhlükəsizliyə, ümumilikdə, müdafiə imkanlarının gücləndirilməsinə töhfələr verə bilər. Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər sırasında yer alır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələri iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət çəkir. 

P.Vəliyeva qeyd etdi ki, Azərbaycanın "Şərq-Qərb" nəqliyyat dəhlizində və Orta dəhliz marşrutunda artan rolu ölkəmizin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir: "Bu kontekstdə Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər. BP ilə üç onillikdir ənənəvi enerji üzrə davam edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq bu gün "yaşıl enerji" keçidi ilə də ikitərəfli tərəfdaşlığın mühüm komponentlərindən birinə çevrilib. Azərbaycanın bərpaolunan enerji potensialı, enerji marşrutlarının şaxələndirilməsi və "yaşıl iqtisadiyyat"a keçid istiqamətində həyata keçirdiyi siyasət Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya imkanları ilə uzlaşdırıla bilər. "Yaşıl maliyyə" mexanizmləri, aşağıkarbonlu texnologiyalar və enerji infrastrukturu üzrə əməkdaşlıq həm iqtisadi artıma, həm də iqlim məqsədlərinə töhfə verər. Bu sahədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi də diqqətəlayiqdir. Komissiya siyasi səviyyədə müəyyən edilmiş prioritetlərin konkret iqtisadi layihələrə və praktiki nəticələrə çevrilməsi üçün mühüm platforma rolunu oynaya bilər".

Deputat vurğuladı ki, Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi əməkdaşlığın üç əsas istiqamətini - təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilmiş məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib

14:27
17 Noyabr

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

12:07
17 Noyabr

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

11:37
17 Noyabr

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

11:11
17 Noyabr

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

11:09
17 Noyabr

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın

11:06
17 Noyabr

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

11:05
17 Noyabr

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

11:02
17 Noyabr

Qızıl və gümüş bahalaşıb

11:00
17 Noyabr

Neft ucuzlaşır

10:59
17 Noyabr

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək

10:58
17 Noyabr

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər

10:57
17 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:55
17 Noyabr

Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb

10:44
17 Noyabr

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq

10:37
17 Noyabr

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik

10:37
17 Noyabr

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb

10:35
17 Noyabr

Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıq məsələləri müzakirə edilib

08:35
17 Noyabr

"Şəhərsalma və Memarlıq İli" Lənkəran üçün düşərli olub 

08:30
17 Noyabr

Şəfa görmək istəyən Naftalana gəlsin

08:25
17 Noyabr

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

08:20
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!