17 Noyabr 2026 11:09
433
CƏMİYYƏT
A- A+
Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Okeanlar atmosferə atılan karbon qazının getdikcə daha böyük hissəsini udur, quruda – meşələr, torpaqlar və digər təbii ekosistemlərdə isə karbonun xalis mənimsənilməsi artmır. Bu nəticə ABŞ-nin Kaliforniya Universitetinin San Dieqo şəhərində yerləşən Skripps Okeanoqrafiya İnstitutunun alimlərinin apardığı yeni tədqiqatda öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırma 30 ildən artıq müddətdə atmosferdə oksigen və karbon qazının səviyyəsinə dair aparılan ölçmələrə əsaslanır. Tədqiqatçılar müəyyən ediblər ki, 1990-2019-cu illərdə okeanlar ildə orta hesabla 2,8 milyard ton karbon qazı udub. Bu, həmin dövrdə qalıq yanacaqların istifadəsindən yaranan karbon emissiyalarının təxminən 35 faizinə bərabərdir. Araşdırmaya görə, okeanların karbon udma qabiliyyəti hər onillikdə daha da güclənib. Bununla belə, quru ekosistemlərində eyni tendensiya müşahidə olunmayıb. Meşələr, torpaqlar və digər quru sahələri qeyd olunan dövrdə ildə orta hesabla 1 milyard ton karbon qəbul edib ki, bu da qalıq yanacaq emissiyalarının təxminən 13 faizini təşkil edir. Üstəlik, quru ekosistemlərinin karbon udma göstəricisi onilliklər üzrə əhəmiyyətli dəyişikliklərə məruz qalıb və 2009-cu il ətrafında pik həddə çatdıqdan sonra ümumilikdə azalmağa başlayıb.

Alimlər bildirirlər ki, bu nəticələr karbonun təbii dövranını modelləşdirən bir sıra kompüter modellərinin proqnozları ilə üst-üstə düşmür. Həmin modellərdə atmosferdə karbon qazının və azotun artmasının bitkilərin inkişafını stimullaşdırdığı, bunun da quruda karbon udulmasını gücləndirdiyi ehtimal olunur. Lakin yeni müşahidələr quru ekosistemlərinin bu baxımdan gözlənildiyi qədər effektiv olmadığını göstərir.

Tədqiqatın aparıcı müəllifi Erik Morqan bildirib ki, quru ekosistemlərinin artan karbon qazı səviyyəsinə gözlənilən şəkildə uyğunlaşmaması təəccüblüdür. Onun sözlərinə görə, əldə olunan məlumatlar quruda karbon udma sisteminin kifayət qədər həssas və kövrək ola biləcəyini göstərir. Araşdırmada okeanların karbon udmasının da müəyyən mənfi nəticələrə səbəb olduğu vurğulanır. Atmosferdən daha çox karbon qazının mənimsənilməsi okean suyunun turşulaşmasını sürətləndirir. Bu proses dəniz ekosistemlərinə və xüsusilə karbonatəsaslı skelet və qabıqlara malik canlılara mənfi təsir göstərə bilər. Bundan əlavə, alimlər gələcəkdə okeanların karbon udma səmərəliliyinin zəifləyə biləcəyini istisna etmirlər. Belə ki, isti su daha az karbon qazı saxlaya bilir. Eyni zamanda, səth sularının isinməsi onların dərin okean qatları ilə qarışmasını çətinləşdirir. Nəticədə karbonun uzun müddət atmosferdən uzaqlaşdırılması prosesi zəifləyə bilər.

Alimlərin fikrincə, yeni nəticələr iqlim modellərinin təkmilləşdirilməsi və qlobal istiləşmənin məhdudlaşdırılması üçün emissiyaların azaldılması strategiyalarının hazırlanması baxımından əhəmiyyətlidir. Çünki atmosferə atılan karbon qazının təbii ekosistemlər tərəfindən hansı həcmdə udulduğunun düzgün qiymətləndirilməsi gələcək iqlim dəyişikliklərinin proqnozlaşdırılmasında mühüm rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib

14:27
17 Noyabr

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

12:07
17 Noyabr

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

11:37
17 Noyabr

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

11:11
17 Noyabr

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

11:09
17 Noyabr

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın

11:06
17 Noyabr

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

11:05
17 Noyabr

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

11:02
17 Noyabr

Qızıl və gümüş bahalaşıb

11:00
17 Noyabr

Neft ucuzlaşır

10:59
17 Noyabr

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək

10:58
17 Noyabr

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər

10:57
17 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:55
17 Noyabr

Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb

10:44
17 Noyabr

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq

10:37
17 Noyabr

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik

10:37
17 Noyabr

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb

10:35
17 Noyabr

Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıq məsələləri müzakirə edilib

08:35
17 Noyabr

"Şəhərsalma və Memarlıq İli" Lənkəran üçün düşərli olub 

08:30
17 Noyabr

Şəfa görmək istəyən Naftalana gəlsin

08:25
17 Noyabr

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

08:20
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!