17 Noyabr 2026 17:56
120
DÜNYA
A- A+
Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  


 Microsoft keçən həftə Outlook, Exchange və bir sıra digər vacib ofis proqramlarının fəaliyyətini iflic edən qlobal nasazlığın köklü səbəblərini müəyyən edib.

Ofis proqram təminatı sahəsinin nəhəngi ilkin hesabat yayımlayıb. Hesabatda şirkət xidmətlərinin 24 saat ərzində sıradan çıxmasına səbəb olan üç amil göstərilib: aylar əvvəldən mövcud olan bir proqram xətası, daxili əlaqələrdəki nasazlıqlar və server tutumu məsələləri. Microsoft rəhbərlərinin sözlərinə görə, bu amillərin hər biri ayrı-ayrılıqda asanlıqla aradan qaldırıla bilərdi, lakin onların birləşməsi aradan qaldırılması daha çətin olan ciddi bir nasazlığa yol açıb.

“Microsoft”un "Copilot", "Agents" və "Platform" üzrə icraçı vitse-prezidenti Çarlz Lamanna "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, iyul ayından bəri mövcud olan gizli bir nasazlıq və ya qüsur Microsoft serverlərinin həddindən artıq yüklənməsinə və cavab verməməsinə səbəb olub.

Lamanna qeyd edib ki, şirkətin adətən iki şəbəkə şlüzü (gateway) – yəni ayrı-ayrı sistemləri birləşdirən və məlumat mübadiləsinə imkan verən giriş-çıxış nöqtələri mövcuddur. Lakin bunlardan biri "Microsoft Teams" üçün işləmədiyindən əsas şlüz həddindən artıq yüklənib. Bundan əlavə, əvvəlki gündən qalma, bununla əlaqəsi olmayan başqa bir problem səbəbindən şirkətin server gücünün 14%-dən çoxu da sıradan çıxmışdı.

Lamannanın sözlərinə görə, şirkət xətanı aradan qaldırmaqda çətinlik çəkib, çünki xəta aylar əvvəl yaranıb, ona görə də qüsuru aradan qaldırmaq üçün son dəyişikliyi geri qaytarmaq asan olmayacaq.

Analitiklər bildirirlər ki, Microsoft"dakı qlobal nasazlıq şirkətlərin tək bir əməliyyat sistemindən nə dərəcədə asılı olduqlarını nəzərdən keçirmələri zərurətini önə çıxarır.

"NCC Group" şirkətinin kiberkəşfiyyat və insidentlərə reaksiya üzrə vitse-prezidenti Mett Hall qeyd edib ki, bu, təkcə kiberdayanıqlılığın deyil, həm də biznes dayanıqlılığının vacibliyini göstərən bariz nümunədir. Xəstəxanaların, məktəblərin və digər mühüm xidmət sahələrinin bundan təsirlənməsi, səbəbindən asılı olmayaraq, sistem nasazlığının nə qədər genişmiqyaslı təsirə malik ola biləcəyini nümayiş etdirir.

Qeyd edək ki, ötən həftə “Microsoft”un bri sıra proqramlarında problemlər yaranmışdı və istifadəçilər hesablarından istifadə edə bilmirdilər.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

17:48
17 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17:47
17 Noyabr

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:46
17 Noyabr

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

Aktyorlara rəqəmsal surətləri ilə bağlı daha çox hüquqlar veriləcək

17:29
17 Noyabr

Vadden dənizi təhlükədə olan ümumdünya irsi siyahısına düşə bilər  

17:21
17 Noyabr

İş adamlarının diqqəti Azərbaycana yönəldi

17:17
17 Noyabr

Florensiyada Azərbaycan imzası   

17:14
17 Noyabr

Bəşəriyyətin iqlim sınağı

17:09
17 Noyabr

ABŞ-də bir sıra banklarda problem yaranıb

17:00
17 Noyabr

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

16:31
17 Noyabr

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq 

16:26
17 Noyabr

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

16:23
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!