03 Noyabr 2026 11:45
177
DÜNYA
A- A+
Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  


Fransada prefekturalar əhalini mümkün böyük böhranlara hazırlıqlı olmağa çağıraraq, 72 saatlıq fövqəladə hallar çantasının vacibliyini yenidən gündəmə gətirib.

AZƏRTAC xəbər verir ki, ölkə hakimiyyəti vətəndaşlara evdə və ya asanlıqla götürülə bilən çantada ən azı üç gün müstəqil yaşamaq üçün zəruri ehtiyatlar saxlamağı tövsiyə edir. Bu, fövqəladə vəziyyətdə əhalinin təcili təxliyəsi və ya xilasedicilər gələnədək evdə qalmaq göstərişi veriləcəyi hallar üçün nəzərdə tutulub. Bununla belə, sosial şəbəkələrdə bəzi istifadəçilər bu çağırışların narahatlıq yaratdığını bildirirlər.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, çantada batareyalı radio, ilk tibbi yardım dəsti, uzun müddət saxlanıla bilən ərzaq, isti geyim, fənər, əsas dərmanlar, nağd pul, içməli su və vacib sənədlərin surətləri olmalıdır. Hökumətin dayanıqlılıqla bağlı məlumat broşüründə isə hər bir vətəndaşın həm özünün, həm də ölkənin təhlükəsizliyinə töhfə verməli olduğu vurğulanır. Qeyd olunur ki, bu hazırlıq çağırışları Avropada və Yaxın Şərqdə müharibələr, ekstremal iqlim hadisələri, pandemiyalar, enerji böhranı və ticarət gərginliklərinin artdığı bir dövrlə əlaqədardır.

Bununla yanaşı, Normandiya və Sena-Dəniz prefekturalarından bildiriblər ki, 72 saatlıq fövqəladə hallar çantası ilə bağlı maarifləndirmə kampaniyası hər il oktyabrın 13-də keçirilən Milli Dayanıqlılıq Gününün davamıdır. Onların sözlərinə görə, mövcud geosiyasi vəziyyət risklərə hazırlaşmağın yeganə səbəbi deyil.

Brötany departamentində də yüzdən çox kommunanı əhatə edən məlumatlandırma kampaniyası həyata keçirilib. Burada əsas diqqət iqlim dəyişikliyinin nəticələrinə, fırtınalara, daşqınlara və elektrik enerjisinin tez-tez kəsilməsinə yönəldilib. Departament prefekturasının nümayəndəsi Kristof Kirqo deyib ki, əvvəlcədən hazırlıqlı olmaq xilasedicilər gələnədək insanların daha təhlükəsiz şəraitdə qalmasına imkan verir.

Qeyd edək ki, 72 saatlıq ehtiyat hazırlamaq tövsiyəsi Fransa ilə məhdudlaşmır. Avropanın bir sıra digər ölkələri də fövqəladə vəziyyətdə xilasedicilər gələnədək əhalinin müstəqil ehtiyaclarını qarşılaya bilməsi üçün oxşar çağırışlar edir.

İsveç, Norveç və Estoniya əhaliyə bir həftəlik ehtiyat saxlamağı, Almaniya isə on gündə kifayət edəcək ərzaq və digər zəruri vasitələr hazırlamağı tövsiyə edir. Böyük Britaniya hökuməti də “Be Ready” kampaniyası çərçivəsində əhaliyə evdə üç günlük içməli su və uzun müddət saxlanılabilən ərzaq ehtiyatı saxlamağı məsləhət görüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

12:40
03 Noyabr

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir  

12:37
03 Noyabr

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  

11:45
03 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
03 Noyabr

Azərbaycanın turizm potensialı Çində tanıdılır

11:34
03 Noyabr

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya  

11:29
03 Noyabr

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT

11:28
03 Noyabr

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:26
03 Noyabr

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!