10 May 2023 18:42
748
SİYASƏT
A- A+
Küveyt mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc edib

Küveyt mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc edib

 

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə Küveytin ərəbdilli kütləvi informasiya vasitələrində - “əl-Nahar”, “əl-Qabas”, “əl-Vasat”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə” qəzetlərində, www.q8-press.com və dasmannews.com elektron xəbər portallarında və ingilisdilli kuwaittimes.com, timeskuwait.com və həmin KİV-lərin sosial şəbəkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə dair geniş məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan və Küveyt xalqlarını və dövlətlərini sıx tarixi, mədəni və dini tellərin bir-birinə bağladığı qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlığı Təşkilatı olub. 1994-cü ildə Azərbaycanla Küveyt arasında diplomatik əlaqələr qurulub, iki ölkə arasında 20-dən artıq hökumətlərarası saziş imzalanıb. Dost ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində ölkə rəhbərlərinin böyük rolu olub. Belə ki, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İKT zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşüb və bununla da iki ölkə arasında əlaqələrin əsası qoyulub. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət başçıları bir-birini öz ölkələrinə səfərə dəvət ediblər. Dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və həmin ilin oktyabr ayında ABŞ-də səmimi görüşlər baş tutub və müzakirələr aparılıb. Küveyt Dövləti münaqişənin ilk illərində azərbaycanlı qaçqınlara humanitar yardımlar göndərib və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib. Azərbaycan Respublikası və Küveyt Dövləti həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan və Küveyt dövlətləri arasında əlaqələrin bünövrəsini qoyan Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Məqalələrdə Ulu Öndər Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində zəngin siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, onun sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 213 iri sənaye müəssisəsi işə salınıb. Keçmiş SSRİ-də ilk kondisioner zavodu 1975-ci ildə Bakıda fəaliyyətə başlayıb, onun məhsulları Kuba, Çin, İran, Misir və Avstraliyaya ixrac olunub. Heydər Əliyev İslam dövlətləri ilə əlaqələrin inkişafına və islam həmrəyliyinə həmişə böyük önəm verib. Onun hələ SSRİ rəhbərliyində çalışarkən - 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri Ulu Öndərin bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olub.

Yazılarda Ulu Öndərini Azərbaycanın müstəqillik illərində siyasi fəaliyyəti barədə də ətraflı məlumat yer alıb. Qeyd edilib ki, SSRİ-nin süqutundan sonra respublikada ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya mövcud olub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Digər tərəfdən, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdi. Həmin ağır dövrdə xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider müstəqil Azərbaycana 10 il rəhbərlik etdi və ölkənin inkişafının, bir çox uğurlarının əsası məhz onun hakimiyyəti dövründə qoyuldu. O, ilk növbədə, hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə sabitlik yaratdı və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər gördü. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində mühüm addımlar atdı. Belə ki, böyük maneələrə baxmayaraq, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, “Üç dənizin əfsanəsi” adlanan və Ulu Öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilərək bu gün də xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verir.

Məqalələrdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin keşməkeşli həyat yolunda və uğurların əldə edilməsində onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın böyük rolu olub. Bu ilin aprelində Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olub. Azərbaycan xalqı bu əlamətdar tarixi də böyük həvəslə qeyd edib.

Materiallarda vurğulanıb ki, bu gün Heydər Əliyevin dövlətçilik kursunu onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın dövlət başçısının 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri ilə ikitərəfli əlaqələr yeni müstəviyə qədəm qoyub. Onun Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşündə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Səfər çərçivəsində Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açılıb və bir sıra hökumətlərarası sazişlər imzalanıb. Dövlət başçıları, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Küveyt Əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl - Kəbir" ordenini, Azərbaycan Prezidenti isə Əmirə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib.

Məqalələrdə o da qeyd olunub ki, gələn il həm də Azərbaycanla Küveyt arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olacaq.

Səfirliyin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev - 100” kitabı da ərəb dilində işıq üzü görüb.

Nəfis tərtib olunmuş kitab Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində ərəb dilində hazırlanıb. Kitabda müasir Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, onun Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah ilə görüşləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, kitabda Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş Küveyt rəsmilərinin və onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə təhsil almış küveytlilərin xatirələri, o cümlədən dünyanın tanınmış liderləri və siyasətçilərinin Ümummilli Lider haqqında söylədikləri fikirlər yer alıb.

Kitab Küveytin ali təhsil ocaqlarına, bu ölkədə fəaliyyət göstərən kitabxanalara, habelə bir sıra nazirliklərə, dövlət orqanlarına və özəl sektor təşkilatlarına göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!