25 Aprel 2023 15:45
1366
Səhiyyə
A- A+
Kofein ürəyə zərərdir - AÇIQLAMA

Kofein ürəyə zərərdir - AÇIQLAMA

 

Gün ərzində enerji içkiləri və qəhvə xüsusilə gənclərin formada olmaq üçün üstünlük verdiyi içkilərdir. Lakin mütəxəssislərin fikrincə, bu içkilərin tərkibindəki kofein sağlamlığa pis təsir edir.
Artıq miqdarda kofein qəbulunun ürəyə zərər verdiyini, bunun xroniki xəstəliklərə səbəb olduğunu bildirən türkiyəli mütəxəssis Polat Canbolat bu barədə deyir ki, kofein qəbul edərkən müəyyən bir miqdarı aşmamağa diqqət yetirmək lazımdır: “Əks təqdirdə bu, orqanizmdə ritm pozğunluqlarına, təzyiqin artmasına və yuxu pozğunluğuna səbəb olur”.


Enerji içkilərinin də zərərli olduğunu söyləyən kardioloq onları alkoqolla qəbul etdikdə daha ölümcül hadisələrə səbəb ola biləcəyini qeyd edir: “Enerji içkisi qəbuluna gənc yaş qrupunda daha çox rast gəlinir. Əgər həyatınızda bir dəfə də olsa, bu içkilərdən istifadə etmisinizsə belə bu, aritmiya, qəfil ürək dayanmasına səbəb ola bilər. Bir sözlə, zərərli olmayacağını deyə biləcəyimiz heç bir doza yoxdur”.
P.Canbolat, həmçinin xəbərdarlıq edib ki, yuxusuzluq, ürək döyüntüsü və titrəmə kimi əlamətləri özlərində aşkarlayanlar ən qısa zamanda həkimə müraciət etməlidirlər.

Səbuhi BAYRAMOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!