03 İyun 2026 11:39
344
CƏMİYYƏT
A- A+
Keniya Ali Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında olub

Keniya Ali Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında olub


Azərbaycanda səfərdə olan Keniya Respublikasının Ali Məhkəməsinin sədri Martha Karambu Koomenin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə akademiyanın müasir infrastrukturu, elmi-akademik mühiti, Beynəlxalq Təlim Mərkəzi və müasir uçuş simulyatorları ilə də tanış olublar.

Daha sonra qonaqlar Milli Aviasiya Akademiyasında tədrisdə iştirak edən hakimlər, professor-müəllim heyəti, hüquqşünas alimlər və tələbələrlə görüşüblər.

Görüşdə çıxış edən akademiyanın prorektoru, professor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin salamlarını çatdırıb və təhsil müəssisəsinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Milli Aviasiya Akademiyası ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biridir və burada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr yüksək hazırlıq səviyyəsi ilə ölkə üzrə seçilirlər. O, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov isə Milli Aviasiya Akademiyasının rəhbərliyinə öz minnətdarlığını bildirərək, akademiya ilə Ali Məhkəmə arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən bu növ görüşlərin, master-klasların keçirilməsinin faydalarından bəhs edib.

Keniyanın Ali Məhkəməsinin sədri Martha tələbələr qarşısında ölkəsində məhkəmə sistemi, həyata keçirilən məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və məhkəmə qərarlarının qəbulunda süni intellektin tətbiqi mövzularında geniş məruzə ilə çıxış edib.

Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev çıxış edərək ölkələr arasında yaradılmış ikitərəfli əlaqələrdən və məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsindən bəhs edib.

Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin müəllimi Murad Orucov çıxış edərək fakültə haqqında ətraflı məlumat verib. O, fakültədə təhsil alan tələbələr, ixtisas istiqamətləri, eləcə də professor-müəllim heyəti, tədrisə cəlb edilmiş hakimlər, prokurorluq orqanlarının əməkdaşları və vəkillər barədə geniş məlumatı qonaqların diqqətinə çatdırıb. Bununla yanaşı, Milli Aviasiya Akademiyasında yaradılmış məhkəmə simulyasiya otağı, akademiyanın nəzdində hüquq ixtisasları üzrə fəaliyyət göstərən Dissertasiya Şurası barədə qonaqlara məlumat verilib.

Qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə təhsil ocağının rektoru, akademik Arif Paşayevə təşəkkür edib, akademiyada yaradılmış müasir elmi-tədris mühitinin gənc mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!