03 İyun 2026 11:41
299
İQTİSADİYYAT
A- A+
Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib  

Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib  


Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmudla baş tutan görüşdə Azərbaycanla Banqladeş arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Enerji təhlükəsizliyinin təmin edilməsində təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanaraq neft və LNG tədarükü istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə SOCAR ilə Banqladeş şirkətləri arasında mövcud əməkdaşlığın genişləndirilməsi, LNG tədarükü və uzunmüddətli enerji tərəfdaşlığının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. D-8 formatında enerji əməkdaşlığının vacibliyi qeyd olunub.

Almaniyanın VNG AG şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüşdə isə qaz tədarükü, enerji keçidi və aşağı karbon həlləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qlobal enerji bazarında mövcud vəziyyət, enerji böhranı fonunda təchizat təhlükəsizliyi, bazarların şaxələndirilməsi və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkədə həyata keçirilən enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemləri və enerji sisteminin modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanda artıq 11 sənaye miqyaslı Günəş və külək enerjisi layihəsi icra edilir və bu layihələr yaxın illərdə ölkənin quraşdırılmış gücündə əhəmiyyətli paya sahib olacaq. Qeyd olunub ki, bərpaolunan enerji layihələri nəticəsində həm təbii qaz qənaəti təmin edilir, həm də ixrac imkanları genişlənir. Eyni zamanda, şəbəkənin gücləndirilməsi və enerji sisteminin dayanıqlığı üçün investisiyalar artırılır. Həmçinin gələcək enerji sistemində hidrogen, biometan və digər alternativ enerji mənbələrinin rolu, Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti qeyd olunub, bu istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!