03 İyun 2026 11:28
159
SİYASƏT
A- A+
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib 

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib 


Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib. Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar. Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Belarusa səfər çərçivəsində Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” ilə tanış olub. Azərbaycan Ticarət Evində “Made in Azerbaijan” brendi altında təqdim edilən məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

“Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarında istehsal olunan məhsullara baxış keçirən Baş nazirin müavini yerli istehsalın təşviqi və ticarət infrastrukturunun inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Belarusun Nazirlər Kabinetində görüş zamanı Azərbaycan nümayəndə heyətini salamlayan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır. Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.

A.Turçin sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.

Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edib.

Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan və Belarus arasında münasibətlərin zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O qeyd edib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.

N.Petkeviç sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindən olduğunu vurğulayıb. Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri də müzakirə olunub.

İclasda çıxış edən Samir Şərifov vurğulayıb ki, Azərbaycan-Belarus münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir. O qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların icrasının təmin edilməsində mühüm rol oynayır.

S.Şərifov bildirib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon ABŞ dollarına çatıb. Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

S.Şərifov Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu platforma Azərbaycan məhsullarının Belarus bazarında təşviqinə, ixracın genişlənməsinə və biznes əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində traktor, yük avtomobili, kommunal və xüsusi texnika istehsalını uğurla davam etdirir.

Tərəflər, həmçinin Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub. Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 faizdən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti və idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə “POJSNAB” arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə imzalanıb.

İclasın yekununda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə qətiyyətlərini bir daha təsdiqləyiblər.

Növbəti, 17-ci Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan-Belarus biznes-forumu keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

12:51
03 İyun

Şuşanın su təchizatı və kanalizasiya sistemi yenidən qurulub

12:45
03 İyun

Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur

12:44
03 İyun

Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

12:43
03 İyun

Ukrayna Rusiya ərazisində bir sıra mühüm obyektlərə zərbələr endirib

12:41
03 İyun

Zahid Oruc: "Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar

12:40
03 İyun

Samir Şərifov: Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 11 faizdən çox artıb

12:40
03 İyun

Belarus rəsmisi Azərbaycanla əməkdaşlıq münasibətlərinin əsas inkişaf istiqamətlərini açıqlayıb

12:39
03 İyun

Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

12:38
03 İyun

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO  

12:33
03 İyun

Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib

12:07
03 İyun

Baş nazir: Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının strateji artım nöqtəsidir

11:59
03 İyun

DİN: Axtarışda olan 187 nəfər saxlanılıb

11:46
03 İyun

“Qarabağ”ın sabiq futbolçusu 41 yaşında vəfat edib

11:44
03 İyun

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli olacaq

11:42
03 İyun

Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib  

11:41
03 İyun

Keniya Ali Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında olub

11:39
03 İyun

Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

11:31
03 İyun

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib 

11:28
03 İyun

Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir

11:21
03 İyun

Kanada Siqh Federasiyasının sədri: Bakıda şahidi olduğumuz beynəlxalq həmrəylik böyük əhəmiyyət kəsb edir  

11:19
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!