12 Sentyabr 2026 18:50
1502
CƏMİYYƏT
A- A+
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə olub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcərdə işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Kəlbəcərə qayıdışla bağlı hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərin işğal tarixinə toxunub, sakinlərin yaşadığı faciələrdən, məcburi köçkünlük ağrılarından və doğma torpaqdan ayrılmağın acısından bəhs edib. O, Kəlbəcərin uzun müddət mühasirədə saxlanıldığını, dinc əhaliyə qarşı amansız cinayətlər törədildiyini və insanların ağır sınaqlarla üzləşdiyini diqqətə çatdırıb. Prezidentin köməkçisi bu gün doğma Kəlbəcərə qayıdışın xalqımız üçün böyük qürur və tarixi əhəmiyyət daşıyan bir hadisə olduğunu vurğulayıb. Hikmət Hacıyev əlavə edib ki, bu gün həmin ağrılı xatirələrin yerini böyük qürur və sevinc hissi tutur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, dirçəlir və tarixi simasını bərpa edərək, Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir”.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və soydaşlarımız doğma yurdlarına qayıdırlar. O qeyd edib ki, Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3396 fermerə məxsus 148 min 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilməsi arıçılığa marağın göstəricisidir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək, yerli arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir: “İnanıram ki, dövlət dəstəyi və birgə səylər nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya bazarlarında mövqeyini daha da möhkəmləndirəcək”.

Festival konsert proqramı ilə davam edib.

Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Arıçıların istehsal etdiyi bal və digər arıçılıq məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!