12 Sentyabr 2026 11:15
239
SİYASƏT
A- A+
Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər

Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndələr Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaradağ rayonunda “Gələcəyin arxitekturası: İnsan Kapitalı Liderlik və Süni İntellekt” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

14:05
12 Sentyabr

Səfir: Şuşaya vurulmuşam

13:54
12 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:53
12 Sentyabr

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

13:03
12 Sentyabr

Kəlbəcərin balı və yaylaq mədəniyyəti II Bal Festivalında

12:50
12 Sentyabr

Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkili çox uğurlu addımdır

11:42
12 Sentyabr

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər

11:15
12 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

10:39
12 Sentyabr

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

10:29
12 Sentyabr

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

10:16
12 Sentyabr

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

10:09
12 Sentyabr

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

10:01
12 Sentyabr

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

09:51
12 Sentyabr

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

09:49
12 Sentyabr

Okeanın dibində sirli izlər

09:40
12 Sentyabr

Vikinqlərin gizli gümüş xəzinəsi

09:30
12 Sentyabr

Qədim məzarlarda status nişanələri

09:20
12 Sentyabr

Bilmək istəyirəm

09:10
12 Sentyabr

Ekran arxasındakı təhlükə

09:00
12 Sentyabr

Təxribat törətdilər, layiqli cavablarını aldılar

08:50
12 Sentyabr

Zəfər salnaməçisi

08:40
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!