25 Noyabr 2025 09:10
6389
Oxucu məktubları
A- A+
Keçilməz yeraltı keçidlər

Keçilməz yeraltı keçidlər


Yol infrastrukturunun ən çox diqqətdən kənarda qalan hissələrindən biri də yeraltı piyada keçidləridir. Şəhərin müxtəlif ərazilərində, xüsusən sıx nəqliyyat axını olan prospekt və küçələrdə yerləşən keçidlər bir vaxtlar piyadaların təhlükəsizliyini təmin etmək üçün inşa edilsə də, bu gün onların vəziyyəti də dəyişib, "təyinat"ı da. Baxımsızlıq, laqeyd münasibət və uzun illərdir aparılmayan təmir işləri nəticəsində yeraltı keçidlər artıq insanların istifadə etməkdən çəkinəcəyi bir məkana çevrilib.

Yeraltı keçidlərin bəzilərində quraşdırılmış hansı eskalatora yaxınlaşırsansa ya tamam işləmir, ya da birtərəfli  işləyir. Nəticədə insanlar pilləkənlərdən istifadə etməyə məcbur olurlar. Bu isə xüsusilə yaşlılar, xəstələr və uşaqlı valideynlər üçün çətindir. Biz hələ ağır çantalar, alış-veriş səbətləri ilə pilləkənləri düşüb-qalxmağı demirik. 

Yağışlı havalarda problem daha da böyüyür. Leysan vaxtı bəzi keçidlərdə kiçik  su gölməçələri əmələ gəlir, döşəmə "buz meydançası"na çevrilir. Belə şəraitdə yıxılıb xəsarət almaq isə an məsələsidir. Məsələn, Bakının mərkəzində - "Qış parkı" ərazisindəki keçiddə vəziyyət aşağı-yuxarı belədir. Bəzən keçidlərdə işıqlandırma da normal səviyyədə olmur - bir çox lampa yanmır, bəziləri də zəif işıq verir. Qaranlıq keçidlər isə piyadalar üçün qorxulu filmləri xatırladır. 

Bütün bu çatışmazlıqlar nəticəsində insanlar artıq yeraltı keçidlərdən istifadə etməməyə üstünlük verirlər. Onlar hətta bəzən çox sıx hərəkətli yollarda avtomobil axınını gözardı edərək həyatlarını təhlükəyə atırlar. Bu isə o deməkdir ki, bir çox halda faciə ilə nəticələnən yol qəzalarının başvermə səbəblərindən biri də məhz bu baxımsız keçidlərdir.

Əslində, yeraltı keçidlər şəhərin yol infrastrukturunun göstəricisidir. Təmiz, işıqlı, rahat olan keçidlər təkcə piyadalar üçün təhlükəsiz hərəkət etmək imkanı deyil, həm də şəhər mədəniyyətidir. Lakin bəzi keçidlərdəki hazırkı mənzərə bunun əksini göstərir. Çoxsaylı müraciətə, sosial mediada yayılan şikayətlərə baxmayaraq, bir çox halda aidiyyəti qurumlar ya səthi təmir işləri ilə kifayətlənir, ya da, ümumiyyətlə, problemə göz yumurlar. Unudurlar ki, yeraltı keçidlərin səliqə-sahmana salınması, eskalatorların təmiri, işıqlandırmanın  normallaşdırılması, həmçinin təmizliyin təmin olunması təkcə infrastruktur yox,  həm də ictimai təhlükəsizlik məsələsidir. 


Nərminə ƏSGƏROVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!