07 May 2026 09:00
419
SİYASƏT
A- A+
Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir


Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni geosiyasi reallıqlar fonunda daha geniş və strateji çərçivədə inkişaf etdiyini nümayiş etdirir. Səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji, nəqliyyat və regional bağlantılar gündəliyinin daha da aktuallaşdığını göstərir. Belə ki, Azərbaycanın Avropa Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayan mühüm regional aktorun olması bir daha təsdiqlənib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı qəzetimizə açıqlamasında xatırladıb ki, K.Kallas çıxışında Azərbaycanı Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşı kimi dəyərləndirərək, tərəflər arasında əməkdaşlığın, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal sahələrdə daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib: "Onun sözlərinə görə, Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqəliliyin gücləndirilməsi tərəflərin ortaq strateji maraqlarına cavab verir. Qeyd edilib ki, Brüssel Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə açıqdır. Bu fikirlər göstərir ki, K.Kallas Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqəlilik gündəliyində Azərbaycana xüsusi önəm verir. Nəqliyyat marşrutlarının transformasiyası, Orta dəhlizin artan əhəmiyyəti və Avrasiyada yeni logistika reallıqlarının formalaşması fonunda Azərbaycan Aİ üçün həm də Avropa ilə Asiya arasında strateji mərkəz kimi çıxış edir. Xüsusilə qlobal təchizat zəncirlərində yaranan risklər, ənənəvi marşrutlar üzrə qeyri-müəyyənliklər və alternativ nəqliyyat dəhlizlərinə artan ehtiyac fonunda Orta dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycan həm infrastruktur imkanları, həm də siyasi sabitliyi ilə mühüm tranzit ölkə rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil infrastrukturu, həmçinin regional nəqliyyat layihələri Azərbaycanın Avrasiya bağlantılarında rolunu gücləndirir".

Ekspert qeyd edib ki, enerji sahəsində Azərbaycan Avropa İttifaqı üçün etibarlı və strateji tərəfdaş olaraq qalır. "Cənub qaz dəhlizi" çərçivəsində enerji əməkdaşlığı artıq öz effektivliyini sübut edib. Bununla yanaşı, tərəflər arasında əməkdaşlıq yalnız təbii qazla məhdudlaşmır. Bərpaolunan enerji, "yaşıl enerji" dəhlizləri və Xəzər regionunun enerji potensialının Avropa bazarlarına çıxarılması kimi istiqamətlər Azərbaycan-Aİ münasibətlərinin gələcək gündəliyində xüsusi yer tutur. Bu prosesləri C6 formatı baxımından da qiymətləndirmək vacibdir. Azərbaycanın C6 formatında iştirakı Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yeni institusional və strateji körpünün formalaşmasına imkan yaradır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı üçün həm də Mərkəzi Asiya ilə daha geniş əməkdaşlıq gündəliyinin mühüm iştirakçısıdır. C6 ölkələrinin nəqliyyat, enerji və logistika sahələrində birgə çıxış etməsi regionun beynəlxalq əhəmiyyətini daha da artırır. "Eyni zamanda K.Kallas Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi tarixi imkan kimi qiymətləndirib və bu dinamikanın qorunmasının vacibliyini qeyd edib. O, Avropa İttifaqının etimad quruculuğu tədbirləri və mina təmizləmə fəaliyyəti də daxil olmaqla, sülh prosesini dəstəkləmək üçün müxtəlif alətlərə malik olduğunu bildirib. Bu isə onu göstərir ki, Aİ regionda nəqliyyat və enerji əməkdaşlığı ilə yanaşı, sabitlik və təhlükəsizlik gündəliyinə də önəm verir", - deyə ekspert əlavə edib.

R.Bayramlı vurğulayıb ki, Kaya Kallasın Bakıya səfəri Avropa İttifaqının regiona daha kompleks yanaşmağa başladığını göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, rəqəmsal infrastruktur və Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi artıq bir-birindən ayrı deyil, vahid strateji gündəliyin tərkib hissələri kimi nəzərdən keçirilir. Bu baxımdan Azərbaycan həm Cənubi Qafqazın aparıcı dövləti, həm də C6 məkanını Avropa ilə əlaqələndirən əsas tərəfdaşlardan biri kimi çıxış edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!