07 May 2026 08:25
107
SİYASƏT
A- A+
Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı


Azərbaycan tarixən elm ölkəsi kimi tanınıb. Ölkəmiz indiyə qədər dünya elminə görkəmli alimlər, dünyaşöhrətli elm xadimləri bəxş edib. Elm sahələrinin əksəriyyətində - riyaziyyat, fizika, kimya, geologiya, biologiya, tibb və sair sahələrdə, sözün əsl mənasında, qibtəolunan alimlərimiz olub ki, onların kəşfləri və ixtiraları qlobal elmə tamamilə yeni yanaşmalar gətirib. Azərbaycan elminin və alimlərinin böyüklüyü haqqında aydın təsəvvür yaratmaq üçün konkret ad çəkməyə də ehtiyac yoxdur. Görünən dağa nə bələdçi?

Azərbaycanda elmin inkişaf dövrlərinə qısaca nəzər salsaq, ən böyük elmi nailiyyətlərin sovet dövrünə təsadüf etdiyini görə bilərik. Bu isə birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusilə, elmi innovasiyaların nadir hallarda rast gəlindiyi sosial və humanitar elmlər sahələrində belə tarixi şəxsiyyətin uzaqgörən siyasəti Azərbaycan xalqının tarixi, mədəniyyəti, dili və milli-mənəvi dəyərləri ilə bağlı tədqiqatların aparılmasında mühüm vasitə olmuşdur. Hər şeydən əvvəl, Ümummilli Lider Heydər Əliyevin alimlərə və ələlxüsus gənc tədqiqatçılara qayğısı möhtəşəm və təkrarsız olmuşdur. Məhz bu diqqət sayəsində alimin adı o vaxtdan bəri yüksək qiymətləndirilmiş və onun sözü ən etibarlı mənbə hesab edilmişdir.

Elmi nailiyyətləri dövlət quruculuğunun, milli iqtisadiyyatın və insan cəmiyyətinin inkişafının mühüm tərkib komponentinə çevirən Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə milli elmimizin geniş dəstəkçisi, təbliğatçısı və müdafiəçisi olmuşdur. 

XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında yeni elmi sahələrin və istiqamətlərin meydana çıxması respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdir. Onun uzaqgörənliyi, təşəbbüskarlığı, liderliyi və birbaşa iştirakı sayəsində kimya, neft emalı və neft-kimya sənayesinə investisiyalar əhəmiyyətli dərəcədə artmış və ən qabaqcıl texnologiyalar tətbiq edilmişdir. Bu yeniliklərin hesabına neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdur. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika və biotexnologiya kimi tədqiqat sahələri yaranmışdır. Ulu Öndərin uzaqgörənliyi sayəsində Azərbaycanda onlarla iri sənaye kompleksi - neft emalı, neft-kimya, maşınqayırma və cihazqayırma müəssisələri yaradılmışdır ki, bu da elmin sürətli inkişafına imkan vermişdir.

Məlum olduğu kimi, Sovet İttifaqı qapalı sistem olduğundan, bütün digər sahələrdə olduğu kimi, elmdə də alimlərimizə beynəlxalq əməkdaşlığa, xarici ölkələrin alimləri ilə əlaqələr qurmağa imkan verilmirdi. Lakin Ümummilli Lider fundamental tədqiqatlarda ən vacib elmi nəticələrin birgə beynəlxalq tədqiqatlardan asılı olduğunu başa düşdüyündən, xaricdə təcrübə mübadiləsini, qabaqcıl biliklərin əldə edilməsini və onların ölkə daxilində tətbiqini təşviq edə bilmişdir. Ulu Öndərin dəstəyi ilə Azərbaycan alimləri xaricdə UNESCO və UNIDO kimi beynəlxalq təşkilatlarda ekspert kimi çalışa bilmişlər. Sovet rəhbərliyi bu məsələlərdə, adətən, ittifaq respublikaları arasında ayrı-seçkilik edir və Rusiya, Ukrayna və Belarusdan mütəxəssisləri önə verirdi. Lakin rəsmi Moskva qarşısında sual qoyub, cavab tələb edən təkcə Ümummilli Lider Heydər Əliyev idi: niyə yalnız yuxarıda adıçəkilən respublikalar beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir, yüksək elmi potensiala malik Azərbaycan isə kənarda qalır?

Heydər Əliyev müdrik Lider kimi çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olsa da, neft və qaz hasilatında rekord qeydə alınsa da, neft və qaz emalı sahələrini, ümumilikdə neft-kimya və kimya sənayesini elmi əsaslar üzrə quran yüksəkixtisaslı yerli kadrlar olmadan inkişaf etdirmək, bunun məntiqi sonunda da güclü, rəqabətədavamlı respublika yaratmaq mümkün olmayacaq. 

Ümummilli Liderin tövsiyələrini nəzərə alan müvafiq tədqiqat institutları və digər elmi mərkəzlər bu sahələrdə tədqiqatlarını genişləndirmiş və çoxsaylı uğurlu nəticələrə imza atmışdırlar. 

Heydər Əliyev öz dahiliyi ilə həm istehsal sahələrinin, həm də müvafiq elmi sahələrinin paralel və qarşılıqlı əlaqəli inkişafını təmin edən "optimal inkişaf konsepsiyası" yaratmışdı. Sənaye inkişafı yeni elmi tədqiqatlar tələb etdiyindən və eyni zamanda onu stimullaşdırdığından, bu konsepsiya elmi nəticələrin istehsalatda tətbiqi üçün etibarlı əsas olmuşdur. Qısa müddətdə elmə qoyulan vəsait tətbiq sahəsi üçün əlavə büdcə vəsaitləri formalaşdırmışdı. Bir sözlə, bu gün leksikonumuzda tez-tez işlətdiyimiz elmlə istehsalatın vəhdəti, Ümummilli Liderin böyük ustalığı ilə hələ sovet dövründə yaradılmışdır.

Sovet İttifaqının dağılması ilə tarixi şəxsiyyətin min bir əziyyətlə təşəkkül tapdırdığı Azərbaycan elmi də böyük bir tənəzzülə uğradı. Müstəqilliyin ilk illərində akademik elm tamamilə yaddaşlardan silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Lakin həm qlobal miqyasda, həm də ölkəmizdə davamlı cəmiyyətin formalaşmasında elmin və alimlərin rolunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bu təhlükəni Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtmaqla aradan qaldırdı. İctimai həyatın digər sahələri kimi, elm də yeni inkişaf mərhələsinə qədəm qoya bildi.

Sovet illərində olduğu kimi, müstəqillik illərində də Heydər Əliyevin rəhbərliyi altında elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması və alimlərin cəmiyyətdəki nüfuzunun artırılması üçün mühüm tədbirlər həyata keçirildi. 

Ulu Öndər Heydər Əliyev tərəfindən müdrikcəsinə müəyyən edilmiş və həyata keçirilən elmi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcı formada davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda onun möhkəmlənməsinə və qlobal miqyasda tanınmasına xidmət edir, onun layiqli yerini təmin edir.

Son 10 ildə akademik elmin inkişafı, qlobal elmə inteqrasiyası, elm və təhsil arasında vəhdət yaratmaq, elmin populyarlığını artırmaq və istedadlı gəncləri elmə cəlb etmək üçün mühüm işlər görülmüş və müəyyən uğurlar qazanılmışdır. Müxtəlif elmi-tədqiqat institutlarında aparıcı alimlərin iştirakı ilə beynəlxalq səviyyədə birgə nəzəri fundamental tədqiqatlar aparılır, beynəlxalq laboratoriyalar yaradılır və əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda dərc olunur. Bu nəticələr aparıcı qlobal elmi mərkəzlər tərəfindən qəbul olunur və onlara istinad edilir. Azərbaycan alimləri yalnız xarici həmkarları ilə deyil (hazırda bu, kimya, fizika, geologiya, informasiya texnologiyaları, molekulyar biologiya və tibb sahələrinə aiddir), həm də yerli alimlərimizlə birgə tədqiqatlar aparmağı təklif edən xarici ölkə alimləri ilə əməkdaşlıq etməyə çalışırlar.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı fərmanın böyük əhəmiyyəti oldu. Fərmana əsasən, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırıldı. Eyni zamanda Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, eləcə də elmi müəssisə və təşkilatlarda elmi fəaliyyətin əlaqələndirilməsi və idarə olunması səlahiyyətləri verildi. Beləliklə, yeni islahatlar elmə yanaşmada köklü dəyişiklik, elmi tədqiqatların səmərəliliyinin artırılması, elm və təhsilin tam vəhdətinin yaradılması və ən əsası, Azərbaycan elminin qlobal elmə inteqrasiyasının sürətləndirilməsi zərurətini ortaya qoydu. Bu səbəbdən elmi inkişafda keçmişin çatışmazlıqlarından dərs çıxarmaq və gələcəyə baxmaq lazım idi. Prezidentin məlum fərmanı ölkəmizdə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə keçməsi üçün geniş imkanlar açdı.

Ümummilli Liderin diqqətlə yaratdığı və formalaşdırdığı hər bir sahənin yeni mərhələdə, yeni reallıqlar kontekstində inkişaf etməsi sevindirici haldır. Dövlətimizin başçısı İlham Əliyev dahi şəxsiyyətin iqtisadiyyatın bütün sahələrində qabaqcıl texnologiyalar və yüksəkixtisaslı kadrlarla texnoloji parkların, sənaye məhlə və sənaye komplekslərinin inkişaf etdirilməsi strategiyasını, proqramını və öhdəliyini ardıcıl olaraq davam etdirir.

Bu il Ümummilli Liderin anadan olmasının 103-cü ildönümüdür. Artıq altıncı ildir ki, qürurlu bir millətin qürurlu alimi, müəllimi, həkimi, bir sözlə, ziyalısından sıravi vətəndaşına qədər hamı onun doğum gününü böyük coşqu, sevinc və xoşbəxtliklə qeyd edir. Tarixi şəxsiyyətin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə ərazi bütövlüyümüzü bərpa etdi. Qalib ordumuz xalqla bir olub "dəmir yumruğ"a çevrilərək, millətimizin başına min bir oyun gətirən düşmənin başını əzdi və müəyyən mənada "sınmış qamətimizi" düzəltdi, eyni zamanda bizi məğlub ölkədən qalib ölkə səviyyəsinə qaldırdı. Bununla da yerləşdiyimiz bölgədə Azərbaycan hakimi-mütləq olduğunu təsdiqlədi. Onun diktə etdiyi və xarici ölkələrin hesablaşdığı, qəbul etdiyi tamamilə yeni bir reallıq yaratdı. Bu yeni reallıqları və dünyanın müasir çağrışlarını nəzərə alaraq elmi-tədqiqat müəssisələrimiz, elm adamlarımız azad edilmiş bölgələrin imkanlarına və təbii relyefinə uyğun olaraq elm-təhsil və innovasiya üçbucağının formalaşmasında fəal iştirak etməlidirlər. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin başlatdığı missiyanı davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində təsir gücünə malik güclü dövlətə çevrilib. Ümummilli Liderin inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin əldə etdiyi siyasi dividendlər beynəlxalq aləmdə nüfuzumuzu artırıb, iqtisadi dividendlər isə daha güclü iqtisadiyyata və müdafiə qabiliyyətinin artmasına gətirib çıxarıb. Hər iki amil əldə edilən Böyük Qələbəyə töhfə verib. Bir sözlə, İlham Əliyev parlaq şəxsiyyət Heydər Əliyevin qurtuluşdan tərəqqiyə apardığı ölkəmizi xəyal belə edə bilməyəcəyimiz davamlı bir Qələbəyə daşıyıb.


Əfsun SUCAYEV,

YAP İdarə Heyətinin üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

09:10
07 May

Makron rəsmi Bakının tezislərini təkrarlayır

09:05
07 May

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

09:00
07 May

Azərbaycanın mədəniyyət zirvəsi

08:55
07 May

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

08:50
07 May

Azərbaycanın parlament diplomatiyası

08:45
07 May

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

08:40
07 May

Böyük irsin salnaməsi

08:35
07 May

"Biz Heydər Əliyevdən hər gün öyrənirdik"

08:30
07 May

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

08:25
07 May

Tarixi missiyanın uğurları

08:20
07 May

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

08:15
07 May

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

08:10
07 May

Əbədiyaşar Liderin tükənməz irsi: etibarlı gələcəyin sağlam bünövrəsi

08:05
07 May

Hadisələri qabaqlamaq məharəti

08:00
07 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:22
07 May

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:21
07 May

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:20
07 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:19
07 May

"Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:19
07 May

"Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:18
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!