07 May 2026 09:15
299
İQTİSADİYYAT
A- A+
Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları istehsalı: problemlər, perspektivlər

Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları istehsalı: problemlər, perspektivlər


Hazırda müasir aqrar sektorun qarşısındakı əsas vəzifələrdən biri də davamlı əkinçilik sistemini yaratmaqla torpaqlardan rasional istifadə etmək, onun münbitliyini yaxşılaşdırmaq və qorumaqdır. Bu vəzifələr ekosistemin və insan sağlamlığının qorunması məqsədilə yaradılmış  "Ekoloji əkinçilik"də öz əksini tapır. Bu gün ekoloji əkinçiliklə bağlı dünyada Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (İFOAM) fəaliyyət göstərir.

Bəs bu gün orqanik kənd təsərrüfatına maraq hansı zərurətdən artıb? Cavab sadədir: orqanik kənd təsərrüfatı torpağın münbitliyinin qorunmasına, biomüxtəlifliyin saxlanmasına, su və torpaq ehtiyatlarının mühafizəsinə, pestisid yüklənməsinin azalmasına və insan sağlamlığına xidmət edir. Ekoloji əkinçilik kimyəvi üsullarla alınmış gübrə, pestisid, herbisid və boya maddələrinin, o cümlədən geni dəyişdirilmiş toxumların istifadəsini ləğv etməklə üstünlüyü paxlalı bitkilərə, peyinə, sideratlara, bitki qalıqlarına, üzvi tullantılara, torpağın rasional mexaniki becərilməsinə, xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı bioloji və aqrotexniki üsullardan istifadəyə verir. Bu kimi prinsiplər orqanik heyvandarlıqda da qorunur. Belə ki, orqanik heyvandarlıq sintetik əlavələrdən, antibiotik və hormonlardan imtina etməklə, insan sağlamlığının və ekoloji balansın qorunmasına yönəlmiş təbii yemləməyə əsaslanır. 

Azərbaycanda da orqanik məhsullara maraq artmaqdadır. Lakin mövcud potensiala baxmayaraq, sahənin inkişafı hələ istənilən səviyyədə deyil. Xatırladaq ki, hələ 2008-ci ildə ölkəmizdə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul edilmişdir. Azərbaycanda orqanik kənd təsərrüfatının elmi əsaslarla inkişafında əhəmiyyətli rolu olan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) isə bu sahənin institusional fəaliyyətinə 25 il öncə başlanılmışdır. Uzun illər ADAU-da çalışmış professor Amin Babayev Azərbaycanda ekoloji təmiz (orqanik) kənd təsərrüfatının təşviqi və tətbiqinin elmi əsaslarının işlənməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə böyük töhfələr vermişdir. O, bu sahədəki fəaliyyətinə, o cümlədən elmi tədqiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələrə görə 2017-ci ildə Vahid Dünya Mükafatına (Almaniya) layiq görülmüşdür.

Orqanik kənd təsərrüfatının inkişafında ölkəmizin əlverişli torpaq-iqlim şəraitini və orqanik məhsulların ixrac potensialını nəzərə alaraq, ADAU-da kadr hazırlığı istiqamətində fundamental işlər aparılır. Universitetdə ekoloji əkinçilik sistemləri, natural əkinçilik, permakultura, bioloji, orqanik (üzvi), biodinamik əkinçilik sistemləri və onların əsas prinsipləri, ekoloji əkinçilikdə torpaq münbitliyinin dayanıqlı idarəetmə strategiyaları və digər bu kimi məsələlər haqqında tələbələrə bilik və bacarıqlar aşılanır.

Ölkənin yeganə ali aqrar təhsil müəssisəsində  Aqronomluq fakültəsinin mütəxəssisləri tərəfindən "Ekoloji kənd təsərrüfatının əsasları", "Ekoloji əkinçiliyin əsasları", ""Ekoloji əkinçilik sistemləri" və "Ekoloji məhsul istehsalı texnologiyası" adlı dərsliklər və dərs vəsaitləri hazırlanmışdır. Bundan başqa, 2023-cü ildən etibarən ADAU-nun Tədris-Təcrübə Təsərrüfatında Aqronomluq fakültəsinin Ümumi əkinçilik, genetika və seleksiya kafedrası "Orqanik əkinçilikdə vermikultura və effektiv mikroorqanizmlərin torpağın münbitliyinə və becərilən bitkilərin məhsuldarlığına təsirinin öyrənilməsi" mövzusunda fundamental elmi-tədqiqat işləri aparır. 

Qeyd edək ki, Azərbaycanın müxtəlif torpaq-iqlim zonaları - Aran, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala və Qarabağ iqtisadi rayonlarında orqanik məhsul istehsalı üçün əlverişli şərait var. Bu bölgələrdə orqanik meyvəçilik, tərəvəzçilik, üzümçülük, çayçılıq və arıçılıq üçün potensial imkanlar mövcuddur. Araşdırmalarımızın nəticələri göstərir ki, son illər bəzi iri və orta fermer təsərrüfatları orqanik istehsala keçid etmiş, təsərrüfatlarda ixracyönümlü orqanik məhsul istehsalı təşəbbüsləri artmışdır. Dövlət tərəfindən də bu sahəyə dəstək mexanizmləri gücləndirilmişdir. Bununla belə, ölkədə orqanik kənd təsərrüfatı məhsulları istehsalının payı ümumi istehsalda hələ də istənilən səviyyədə deyil. Orqanik torpaqların ümumi kənd təsərrüfatı torpaqlarına nisbəti də aşağıdır. Ölkəmizdə təxminən 37 min hektar orqanik torpaq sahəsi var və 300-ə yaxın fermer bu sahədə çalışır. Bu onu göstərir ki, ölkəmizdə orqanik sektorun potensialı olsa da, hələ əsas kənd təsərrüfatı sisteminin çox kiçik hissəsidir.

Sağlam qidalanma mədəniyyətinin artması, xüsusən iri şəhərlərdə orqanik məhsullara tələbatın yüksəlməsi bazarın genişlənməsi üçün imkan yaradır. Bu istiqamətdə Azərbaycan coğrafi mövqe və logistika imkanları baxımından rəqabət üstünlüyünə malikdir. Azad edilmiş ərazilərdə torpaq və ekosistemlərin bərpası prosesində orqanik və ekoloji təmiz istehsal modelinin tətbiqi gələcəkdə dayanıqlı kənd təsərrüfatı üçün strateji imkan verir. Bu, regionun "yaşıl aqrar zona" kimi formalaşmasına şərait yarada bilər.

Məlumdur ki, hazırda Azərbaycandan ixrac olunan orqanik məhsullar əsasən nar və nar məhsulları, fındıq, meyvə şirələri, dərman və aromatik bitkilərdir. Əsas ixrac bazarlarımız isə Rusiya, Gürcüstan, digər MDB ölkələri, son illər Yaxın Şərq, Avropa, Çin və Şimali Afrika bazarlarıdır. Azərbaycan bu gün hətta orqanik gübrə istehsal edir və onu qonşu Gürcüstana ixrac edir.

Orqanik məhsul istehsalına dair dəyər zəncirinin həlqələri arasında aparılan araşdırmalar, o cümlədən fermerlərlə keçirilən görüşlər onu deməyə əsas verir ki, ölkəmizdə orqanik məhsulların ayrıca satış şəbəkəsi, logistika və brendinq mexanizmləri hələ tam formalaşmamışdır. Bu istiqamətdə elmi araşdırmaların məhdudluğu, ixtisaslı kadrların azlığı və məsləhət xidmətlərinin çatışmazlığı, fermerlərin maarifləndirilməsinin yetərli olmaması orqanik kənd təsərrüfatında inkişafı ləngidir. Bundan başqa, orqanik məhsulların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması fermerlər üçün həm maliyyə, həm də sənədləşdirmə proseduru baxımdan çətinlik yaradır. Çünki ənənəvi (konvensional) təsərrüfatdan orqanik sistemə keçid 2-3 il zaman tələb edir. Amma bütün bunlara baxmayaraq, ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. 11 iqlim zonasından 9-u, kifayətedici aqroiqlim ehtiyatı, ildə 2-3 dəfə məhsul götürmək imkanı onu deməyə əsas verir ki, bu sahədə  ölkəmizdə böyük potensial mövcuddur. Qalır onlardan istifadə etmək. Sonda onu da qeyd edək ki, orqanik kənd təsərrüfatı yalnız alternativ istehsal modeli deyil, həm də ölkənin ekoloji təhlükəsizliyi, torpaq resurslarının qorunması və uzunmüddətli aqrar strategiyasının mühüm tərkib hissəsidir. Düzgün planlaşdırılmış strategiya və elmi əsaslı yanaşma ilə Azərbaycan bu sahədə regional liderə çevrilə bilər.


Fariz ƏLƏKBƏROV,

ADAU-nun  dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

22:19
10 May

Premyer Liqa: "Neftçi"dən asan qələbə

21:46
10 May

Nikol Paşinyan: Qarabağ bizim deyildi  

21:18
10 May

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı  

20:19
10 May

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

20:03
10 May

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

19:48
10 May

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

18:43
10 May

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

18:29
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

17:55
10 May

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

16:51
10 May

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

16:48
10 May

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!