07 May 2026 08:40
320
SİYASƏT
A- A+
Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə


Qlobal və regional siyasətdə baş verən sürətli dəyişikliklər fonunda Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bu transformasiyaların mühüm göstəricisinə çevrilir. Bakı və Roma uzun illərdir strateji tərəfdaşdır. 2014-cü və 2020-ci illərdə iki ölkə arasında imzalanmış sənədlər münasibətlərin möhkəm əsasını formalaşdırsa da, son dövrdə əməkdaşlıq real məzmunla zənginləşib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, Ciorcia Meloninin ölkəmizə səfəri mövcud səviyyənin sadəcə təsdiqi deyil, əməkdaşlığın daha kompleks modelə keçidinin nümayişidir. Əsas istiqamət olaraq enerji sahəsi qalmaqdadır. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, neft və qaz təchizatında aparıcı yerlərdən birini tutur. "Avropaya ixrac olunan qazın əhəmiyyətli hissəsinin məhz İtaliya istiqamətindən keçməsi Romanı strateji enerji qovşağına çevirir. Bu baxımdan, TAP layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kəmərin ötürmə qabiliyyətinin artırılması artıq yalnız iqtisadi məsələ deyil, Avropanın uzunmüddətli enerji arxitekturasının tərkib hissəsidir. İtaliya üçün Azərbaycan etibarlı təchizatçı, Azərbaycan üçün isə İtaliya Avropa bazarına əsas çıxış nöqtəsidir", - deyə o əlavə edib.

Deputat hesab edir ki, iki ölkə arasında münasibətlər yalnız enerji ilə məhdudlaşmır. Meloninin səfəri göstərdi ki, əməkdaşlıq sürətlə şaxələnir. Gündəliyə investisiyalar, infrastruktur, təhsil və yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq daxil edilir. Birgə layihələr və istehsal kooperasiyası ilə bağlı müzakirələr tərəflər arasında etimadın artdığını göstərir. Bu kontekstdə Qarabağ mövzusu münasibətlərin siyasi yetkinliyinin mühüm göstəricisinə çevrilib. İtaliya hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və sülh prosesinə üstünlük verib. Romanın real siyasəti daha praqmatikdir və faktlara əsaslanır. Məhz bu səbəbdən İtaliyanın Qarabağın bərpasında iştirakı xüsusi məna daşıyır. Bu gün İtaliya şirkətləri azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə aparıcı yerlərdən birini tutur. İnfrastrukturdan mühəndis həllərinə qədər onlarla layihə icra olunur. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı dediyi kimi, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Bu, artıq sadəcə iqtisadi iştirak deyil, yeni reallığın faktiki tanınmasıdır.

S.Fətəliyeva bildirib ki, xarici şirkətlər hər hansı ərazidə fəaliyyət göstərdikdə, bu, həmin ərazidə dövlətin yurisdiksiyasının qəbul edilməsi deməkdir. Bu halda isə söhbət Azərbaycanın suverenliyindən gedir. "İtaliya yüksək səslə bəyanatlar vermədən postmünaqişə reallığını qəbul etdiyini praktik addımlarla nümayiş etdirir. Eyni zamanda bu yanaşma Avropanın regiondakı yeni iştirak modelini əks etdirir. Rəsmi Roma siyasi bəyanatlardan çox iqtisadi diplomatiyaya üstünlük verir. İnvestisiyalar, texnologiyalar və bərpa layihələrində iştirak uzunmüddətli təsirin əsas alətlərinə çevrilir", - deyə o qeyd edib.

Deputat səfərin simvolik tərəfinin də diqqət çəkdiyini deyərək əlavə edib ki, xanım Meloninin Ermənistandan sonra Bakıya gəlməsi balans siyasətinin qorunduğunu göstərir. Lakin bu balans artıq tərəflər arasında məsafə deyil, regiondakı real güc nisbətinin nəzərə alınması deməkdir. Postmünaqişə mərhələsində isə əsas aktor məhz Azərbaycandır. Əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan Dövlət Neft Fondu İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu isə münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir. Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda Avropaya sərmayə qoyan tərəfdaşdır. Humanitar sahə də diqqətdən kənarda qalmır. Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması münasibətlərin gələcəyinə yönəlmiş strateji addımdır. Burada təhsil alan tələbələr gələcəkdə iki ölkə arasında təbii körpü rolunu oynayacaqlar.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev və Ciorcia Meloni səviyyəsində keçirilən görüşlər Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir: "Bu, enerji əməkdaşlığından çoxşaxəli strateji tərəfdaşlığa doğru gedən əlaqələrdir. Əsas nəticə ondan ibarətdir ki, İtaliyanın Qarabağda iştirakı ikinci dərəcəli məsələ deyil, baş verən dəyişikliklərin əsas indikatorudur. Roma iqtisadi vasitələrlə regionda siyasi mövcudluğunu möhkəmləndirir, yeni reallığı qəbul edir və Azərbaycanla tərəfdaşlığını daha da gücləndirir. Bu gün məhz belə bəyanatlardan çox real addımlara əsaslanan yanaşma müasir geosiyasətin əsas xüsusiyyətinə çevrilir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!