26 Sentyabr 2014 12:09
456
Mədəniyyət
A- A+
Jurnalistika fakültəsinin ilk məzunları - 40 il

Jurnalistika fakültəsinin ilk məzunları - 40 il

 

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU - red.) 50 illik yubileyi keçirilirdi. Respublika rəhbərliyinə yenicə təyin edilən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev universitetin filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən jurnalistika şöbəsinin fakültə olmasına dəstək verdi. Beləliklə, o fakültənin ilk məzunları bizlər olduq.

1974-cü ildə jurnalistika fakültəsi ilk məzunlarını Azərbaycanın müxtəlif şəhərlərinə qəzet, jurnal, nəşriyyat və tərcümə sahəsində işləməyə göndərdi. O tarixi günlərdən nə az, nə çox, düz 40 il keçib. Jurnalistika fakültəsinin ilk məzunlarından olan mənə elə gəlir ki, sanki dünən tələbə adını qazanmışdıq. Nə tez ötdü o 40 il. Dünən idi 190 saylı məktəbin yanındakı birmərtəbəli qədim binada dərsə başlamağımız. Azərbaycanın müxtəlif bölgələrindən - rayon və kəndlərindən gəlmişdik, bəlkə də çoxumuz qatara ilk dəfə minmişdik, bəlkə də çoxumuz paytaxtımız Bakını ilk dəfə görürdük, çəkingən, utancaq yeniyetmələr idik. Məktəbi 1968-1969-cu tədris ilində bitirsəm də, dörd balım çatmadığı üçün 13 yaşımdan arzu etdiyim jurnalistika fakültəsinə qəbul olunmamışdım. İkinci dəfə qəbul imtahanlarında üç fəndən "beş", ingilis dilindən "dörd" almışdım, ən çox sevdiyim jurnalistika fakültəsinə qəbul olunmuşdum. On səkkiz yaşımda universitetə daxil olmuşdum, iyirmi üç yaşımda çox arzuladığım jurnalist diplomu vardı əlimdə.

Utancaq, çəkingən gənclər idik, diribaşlar da vardı içərimizdə. Əlli nəfər idik, on iki qız, otuz səkkiz oğlan. Qızlar az olduğu üçün daha çox bir-birləriylə qaynayıb qarışırdılar. Biz üç qız - Ermənistandan gələn Kəmalə Mansurova, Naxçıvandan Məlahət Allahverdiyeva və Aran Qarabağdan mən Tamilla Abbasxanova rəfiqə olduq. Universiteti bitirənə qədər kimsə bizi ayrı görmədi, bir partada oturduq, sevincimizi, kədərimizi, kitablarımızı, yeməyimizi paylaşdıq. Kəmalə aramızdan erkən ayrıldı, yandırdı bizi vaxtsız ölümüylə! Universitetdən məzun olmağımızın on ili münasibətiylə Bakıya toplandıq. O zaman Kəmalə 5 saylı şəhər  xəstəxanasında yatırdı, getdik, baş çəkdik, o da, biz də kövrəldik. Son görüşümüz oldu. Kəmalənin ardınca yarpaq tökümü başladı, Elmira Əmrahqızı, Əyyub Hüseynov, Fəxrəddin Rəsulov, Eldar Nəsibli, Sabir Rüstəmov... Hamısının məzarı nurla dolsun.

Qarşımda məzun vinetkası var. Bir tərəfdə 614-cü qrup, bir tərəfdə 616-cı qrup. Mən 614-cü qrupda idim. Dərslərin çoxunu bir yerdə keçərdik, tək-tək dərslərdə ayrılırdıq, xüsusilə 3-cü kursdan sonra ixtisas dərslərində. Mən radio-televiziya ixtisasını seçmişdim, I kursu bitirdiyimiz il Radio və Televiziya Verilişləri Komitəsində bir ay təcrübə keçdik. Fəridə Babayevanın baş redaktor olduğu "Gənclik" redaksiyasında idim, sonradan uzun illər radio ilə əlaqəni üzmədim,  tələbə olduğum 4 il ərzində radio mənə "çörək" verdi, oranın qonorarı ilə dolandım. Sadəcə "Gənclik" proqramında deyil, fəhlə-gənclər, məktəblilər proqramları üçün verilişlər yazaraq çörək pulu qazandım. Bəzi dərslərimizi də Radio və Televiziya Verilişləri Komitəsində keçərdik, məşhur diktor Ramiz Mustafayev bizə "Nitq mədəniyyəti" dərsini studiyada - mikrofon qarşısında keçərdi və o dərsin faydasını bu günə qədər görürəm. Elmi konfransda çıxış edərkən məndən soruşurlar: - Siz xüsusi nitq dərsi almısınız? - Bəli - deyirəm və Ramiz Mustafayevin dərs demək üsulunu izah edirəm. Diplom işimi də Azərbaycan radiosunun "Bulaq" verilişindən yazdım. Mövlud Süleymanlı, Mailə Muradxanlı, İbrahim Göyçaylı mənə kömək etdilər, ağıllı məsləhətlər verdilər. Elmi rəhbərim rəhmətlik Tofiq Rüstəmov, rəyçi Yalçın Əlizadə idi. Diplom işim ən yüksək qiymətə layiq görüldü. Müdafiə zamanı Tofiq müəllim diplom işini çox təriflədi, haqqımda gözəl fikirlər söylədi, onun sözlərini heç zaman unutmaram.

Ah, sevimli müəllimlərim, sizləri unutmaq mümkünmü? Bu gün həyatda nə əldə etmişiksə sizlərə görə nail olmuşuq. Öyrətdiyiniz elmlər, ağıllı məsləhətləriniz hər zaman əlimizdən tutdu. Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Famil Mehdi, Nüsrət Bağırov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Yalçın Əlizadə,  Ceyran xanım, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov... Bəlkə kiminsə adını unutmuşam, məni bağışlasınlar...

Bəzi müəllimlərimiz filologiya fakültəsindən gəlib bizə dərs deyirdilər: - Mir Cəlal Paşayev, Ziynət Əlizadə, Fəridə Vəzirova, Raifə Həsənova, Qulu Xəlilov, Vaqif Vəliyev,  Həsrət Həsənov, Aydın Əbilov, Hökümə Əliyeva. İngilis dilini Abdulla müəllim,  tarix dərsini dövrlərə görə Çimnaz Qafarova və Tamilla Babayeva deyirdi. Birdən-birə imtahan və zaçotlardan kəsildiyimiz günlər yadıma düşür. Bizə hamı üç bacı deyirdi: - Məlahət, Kəmalə və mən. Üç bacılar Həsrət Həsənovun dilçilik dərsindən kəsildik, əslində yaxşı oxuyurduq, amma mən dərsdə çox danışdığım üçün o qızlar da mənim oduma yandılar. "Siyasi iqtisad" fənnindən Qalib müəllimdən kəsildim, imtahanı sessiya müddətində verdiyim üçün təqaüddən qalmadım. Şirməmməd müəllimin "Xarici mətbuat tarixi" fənnindən imtahanım payıza qaldığı üçün bir semestr təqaüd almadım, amma çoxlu veriliş yazaraq təqaüd almadığımı kimsəyə hiss etdirmədim. Bir semestr təqaüd almamağım mənim üçün ən böyük "faciə" idi, bu gün o anları gülümsəyərək xatırlayıram, bir anlığa gəncləşirəm, qəlbim sevinclə dolur. Yenə xatirələr... Bəzi tələbə yoldaşlarım çox ciddi idilər. Onlara belə deyərdik: - Vallah, sən mütləq böyük vəzifə tutacaqsan. Məsələn, Bəxtiyar Sadıqov, Elmira Əmrahova, Solmaz Rüstəmova, Sədaqət Kərimova, Ayna Hüseynova və başqaları. Həyat sübut etdi ki, onlar haqqında fikirlərimiz boş deyilmiş. Bəxtiyar Sadıqov xalqımızın öndə gedən ziyalılarındandır. Neçə illərdir Milli Məclisin orqanı "Azərbaycan" qəzetinin baş redaktoru və Milli Məclisin deputatıdır. Sədaqət Kərimova tanınmış jurnalist-şairədir. Elmira Əmrahqızı qısa ömründə Azərbaycanı dünyaya tanıtdı, indi əbədiyyət dünyasındadır, məzarı nurla dolsun, Solmaz xanım Azərbaycanın tanınmış alimlərindən  biridir. Ayna xanım nəşriyyatda çalışır, nə qədər məşhur şair və yazarların kitablarının redaktoru olmuşdur, eyni zamanda mənim "Qoy anam ağlamasın" kitabımın redaktorudur.

Yuxarıda dediyim kimi, mən də jurnalistika fakültəsinin ilk məzunlarından biriyəm. Fakültəni bitirəndən sonra, 1975-ci ilin payızında müvəqqəti olaraq jurnalistika fakültəsində mətbuat tarixi kafedrasında laborant işləməyə başladım. Bir gün müəllimlərimə baş çəkməyə getmişdim, o vaxtlar dekanımız Şirməmməd Hüseynov idi, Yefim Saratov küçəsində yerləşən binanın dəhlizində ilk rastlaşdığım Şirməmməd müəllim oldu. Görüşdük, söhbət etdik. Dedi ki, iş tapdınmı? - Xeyr - dedim.

- Necə, iş tapa bilmirsən, sən bizim ən yaxşı yazan məzunlarımızdansan. Tələbəlik illərindən hər gün radiodan sənin səsini eşidirik.

- Doğrudur, amma heç yerə işə qəbul etmirlər.

Şirməmməd müəllim məni Seyfulla Əliyevin kafedrasına apardı, dedi ki, Seyfulla müəllim, laborantın analıq məzuniyyətindədir, Tamillanı onun yerinə işə  götürək. Sonra da dedi ki, burada işlədiyin müddətdə fakültəmizin keçirdiyi tədbirlər haqqında yazılar yazacaqsan, onu da "Elmi əsərlər" məcmuəsində çap edəcəyik. Belə də etdim.

Sonradan yenə işsiz qaldım, filologiya fakültəsinə, sonra da xarici ədəbiyyat kafedrasına keçdim. Aspiranturaya qəbul olundum, "Amerika-Azərbaycan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə etdim, Amerika ədəbiyyatı haqqında kitab yazaraq dosent adını aldım, 1996-cı ildə Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq konfransa getdim, Amerika hindularının kökünün Sibir türklərinə gedib çıxması haqqındakı elmi məruzəm konfrans iştirakçılarının diqqətini çəkdi, Əskişəhər Osman Qazi Universitetindən iş təklifi aldım, 1998-ci ildən o universitetdə çalışıram. 2013-cü ildə Osman Qazi Universitetində professor adını aldım, bu adı almaq üçün 250 bal toplamaq lazım idi, mən isə 3.000 bal topladım və o universitetdə ilk azərbaycanlı müəlliməm ki, belə yüksək balla professor adını qazanmışam. Hazırda Osman Qazi Universitetində Qarşılaşdırmalı ədəbiyyat kafedrasında Qərb dilləri və ədəbiyyatı şöbəsinin rəhbəriyəm. Ən maraqlısı budur ki, 1974-cü ildən bugünə qədər jurnalistikadan, yazmaqdan heç vaxt ayrılmamışam. Çox sayda məqaləm çıxıb, bunun bir səbəbi də "Azərbaycan"  qəzetinin Türkiyə təmsilçisi olmağımdır.  Bu məqalə vasitəsi ilə 1974-cü ildə jurnalistika fakültəsinin məzunu olan tələbə yoldaşlarıma cansağlıgı, iş avandlığı arzulayıram, bizi həyata hazırlayan,  bugünkü uğurlarımızda  böyük əməkləri olan müəllimlərimizə ürəkdən təşəkkür edirəm, əbədi dünyada olanlara - Nurəddin Babayev, Seyfulla Əliyev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Nəsir İmanquliyev, Famil Mehdi, Ceyran xanım - məzarınız cənnət olsun - deyirəm. Bugünkü qələbələrimizi doğma Bakı Dövlət Universitetinin və jurnalistika fakültəsinin adına yazıram.

Çox sağ olun, bizə çəkdiyiniz zəhmət üçün!

 

Tamilla ƏLİYEVA,

filologiya elmləri doktoru, Türkiyə, Əskişəhər Osman Qazi Universitetinin professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!