IV Azərbaycan-alman-türk tibb konqresi çərçivəsində III Bakı Beynəlxalq Tibbi Təlim günləri keçirilir
Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-alman-türk tibb konqresi öz işini davam edir.
AZƏRTAC xəbər verir ki, konqresə xarici ölkələrdən dəvət olunan 10 professor aprelin 27-də Milli Onkologiya Mərkəzinin qonağı olub. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev onları salamlayaraq həkimlərin ixtisaslaşması üçün göstərdikləri səylərə görə minnətdarlığını bildirib, Azərbaycanda tibbin bütün sahələrində və xüsusən də onkologiya sahəsində əldə edilən uğurlardan danışıb. Konqreslə eyni vaxtda III Bakı Beynəlxalq Tibbi Təlim günləri də keçirilir. Konqres öz işini treninqlərlə başlayıb və Azərbaycan, Almaniya, İsveçrə, Türkiyə və Rusiyadan olan professorların məruzələrini dinləməklə davam edib. Maraqlı müzakirə və diskussiyalar zamanı ölkəmizdən olan həkimlər xarici həmkarları ilə ondan artıq mövzu ətrafında elm və təcrübə mübadiləsi aparıb, müasir təbabətin aktual problemləri və onların qarşısının alınması üsullari ilə tanış olublar.
Bununla yanaşı, laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, ultrasəs diaqnostikası, endoskopiya, intensiv terapiya sahəsində yerli mütəxəssislər Avropadan və yaxın xarici ölkələrdən olan həmkarları ilə birlikdə 200-dən çox azərbaycanlı həkim öz sahəsində yeniliklərə yiyələnərək ən müasir modellər üzərində treninqlər icra edib, mürəkkəb prosedurların icra edilməsi texnikasını öyrəniblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!