01 İyun 2023 16:18
434
DÜNYA
A- A+
İsveç antiterror qanunlarını sərtləşdirir

İsveç antiterror qanunlarını sərtləşdirir


İsveçdə Cinayət Məcəlləsinin terrorizmlə mübarizə üçün daha sərt tədbirləri nəzərdə tutan yeni redaksiyası qüvvəyə minib.
Skandinaviya ölkəsinin qanunvericiliyində dəyişikliklər Türkiyənin NATO-ya üzvlük yolunda İsveçə qarşı irəli sürdüyü tələbləri siyahısına daxil idi.
İsveç parlamenti mayın 3-də yeni antiterror qanununu təsdiqləmişdi.
Bu dəyişikliklər İsveç hakimiyyətinə terror təşkilatlarını dəstəkləyən şəxslərin saxlanılması və mühakimə olunması üçün daha böyük səlahiyyətlər verəcək.
İsveçin xarici işlər naziri Tobias Bilström “Dagens Nyheter” qəzetinə açıqlamasında yeni qanunun iyunun 1-dən qüvvəyə mindiyini deyib.
Onun sözlərinə görə, yeni Cinayət Məcəlləsində Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınıb.
Billström İsveçdəki PKK/YPG terror təşkilatı tərəfdarlarının fəaliyyətinə də münasibət bildirib: “RKK-nın ölkəmizdə fəaliyyəti çox aktivdir. Onlar Türkiyəyə qarşı terror fəaliyyətini geniş şəkildə maliyyələşdirirlər. Terror ortaqları, həmçinin İsveç cəmiyyətinə zərər vuran narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər vasitəsilə vəsait toplamaq üçün ölkəmizdən baza kimi istifadə edirlər. Əgər onlar bu vəsaiti başqa ölkədə terror fəaliyyətini maliyyələşdirmək üçün istifadə edirlərsə, bu o demək deyil ki, biz vəziyyəti ciddiyə almamalıyıq”.
Terror təşkilatına üzv olmaq yeni cinayət məcəlləsinə görə cinayət sayılır. Terror fəaliyyətlərində iştirak edən və ya terror təşkilatları ilə əməkdaşlıq edən şəxslər 4 ilədək həbs cəzası alacaqlar.
Bundan əlavə, terror təşkilatını dəstəkləmək, gücləndirmək və ya təşviq etmək məqsədi daşıyan fəaliyyətlər də dörd ilə qədər həbslə cəzalandırılır.


Rizvan CƏFƏROV,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!