14 Dekabr 2025 16:05
692
Mədəniyyət
A- A+
İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  


Türkiyənin İstanbul şəhərində keçirilən 42-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr olunan kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən açılan sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 30-a yaxın nəşr Türkiyə ictimaiyyətinə təqdim edilib. Sərgidə həmçinin, Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva barədə kitablar da sərgilənir. Nəşrlər arasında Qarabağ Zəfəri, bu şanlı Qələbəyə gedən yol, Ulu Öndərin ərazi bütövlüyümüzün təmini istiqamətində uzun illər atdığı addımlardan bəhs edən kitablar da var.

AZƏRTAC-a açıqlama verən Azərbaycan Mədəniyyət Mərkəzinin direkroru Samir Abbasov sərginin Ulu Öndərin zəngin dövlərçilik ənənələrini, ölkəmiz, eləcə də Türk dünyasının birlik və həmrəyliyi ilə bağlı müstəsna xidmətlərini Türkiyədə daha yaxından tanıdılması məqsədi daşıdığını bildirib.

O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə də məlumat verib. Türkiyənin Iğdır şəhərində “Bir millət, iki dövlət” Türkiyə-Azərbaycan Gənclər Teatrının təsis edildiyi və mərkəzin layihəsi əsasında artıq fəaliyyətə başladığını bildirib.

Mərkəzin əsas fəaliyyətinin Azərbaycan milli mədəniyyətinin, ədəbiyyatının, tarixinin qardaş ölkədə təbliği olduğunu bildirən Samir Abbasov deyib: “Artıq bu istiqamətdə bir çox layihə həyata keçirilib və hazırda da davam etdirilir. Azərbaycan ədəbiyyatı ilə bağlı klassik irsimizə aid əsərlər Türkiyə türkcəsinə tərcümə edilərək işıq üzü görməkdədir. Ötən dövr ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən üç əsər artıq tərcümə edilərək çap olunub. Bu layihə bu gün də davam edir. 2026-cı ildə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin də eyni şəkildə tərcümə edilərək, yayımlanması nəzərdə tutulur. Erzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım bu əsəsrlərin türk dilinə tərcüməsini həyata keçirir. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən, eyni zamanda, klassik irsimizə dair digər dahi şəxsiyyətlərin də əsərləri tərcümə və çap edilir. Bu əsərlər bu kimi büynəlxalq tədbirlərdə fərqli təqdimatlarla ictimaiyyətə çatdırılır”.

Samir Abbasov Azərbaycan əsərlərinin Türkiyə Dövlət Teatrının səhnəsində qoyulması isriqamətində də fəaliyyətlərin davam etdiyini bildirib: “Bununla bağlı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsi ilə birgə fəaliyyətimiz var. Artıq Teatrlar Baş İdarəsinin Ədəbiyyat Şurası tərəfindən Hüseyn Cavidin “İblis”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və Elçin Əfəndiyevin “Qatil” əsərlərinin səhnələşsirilməsi ilə bağlı müsbət rəy verilib. Ümumiyyətlə, mədəniyyətin müxtəlif sahələri, eləcə də nəşrlərimizin kitabxanalarda təbliği istiqamətində fəaliyyətlərimiz davam edir”.

O, mərkəz təfərindən nəşrlərimizin Türkiyə kitabxanalarında hər iki dildə yerləşdirilməsi, bu məqsədlə qardaş ölkənin aparıcı kitabxanalara zəngin kitab kolleksiyalarının hədiyyə olunması, müzeylər və rəssamlar arasında əməkdaşlığın daha da artırılması, ortaq filmlərin istehsalı üzrə əlaqələrin yaradılması, eləcə də Azərbaycan dilinin Türkiyədə tədrisi istiqamətində fəaliyyətlərin də eyni şəkildə davam etdiyini deyib. Bildirilib ki, artıq Ankaranın Rəsm və Heykəllər Muzeyi ilə mərkəzin ortaq layihələri var. Bu layihələrin davamı olaraq türk rəssamların iştirakı ilə şanlı Qarabağ Zəfərinə həsr edilən rəsm müsabiqəsinin və sərginin keçirilməsi də nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan dilinin Türkiyədə təbliği ilə bağlı həyata keçirilən layihələr çərçivəsində Ankaranın Qazi Universitetinin nəzdində Azərbaycan dilinin tədrisi ocağı yaradılıb. Bu ocağın tərkibində Azərbaycan dili kursları fəaliyyət göstərir və artıq tədrisin başlanğıc mərhələsi uğurla başa çatdırılıb.


Qeyd edək ki, dekabrın 21-dək davam edəcək sərginin Beynəlxalq bölməsi Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə müxtəlif panel iclaslar, təqdimat və imza mərasimlərinin keçirilməsi nəzərdə tutulur.


Hər il təşkil olunan İstanbul Kitab Sərgisi kitabçılıq sahəsi üzrə dünyanın ən böyük tədbirlərindən biri hesab edilir və sərgini yüzminlərlə insan ziyarət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kir Starmer Trampın Sülh Şurası təşəbbüsündən uzaqlaşır  

00:24
21 Yanvar

Çempionlar Liqası: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib  

00:23
21 Yanvar

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

23:16
20 Yanvar

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür  

23:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb  

23:11
20 Yanvar

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək  

23:10
20 Yanvar

Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

23:09
20 Yanvar

Xorvatiyada 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib  

23:05
20 Yanvar

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik  

23:03
20 Yanvar

Bakıda qarlı hava şəraiti səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib  

23:02
20 Yanvar

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

22:51
20 Yanvar

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib  

22:37
20 Yanvar

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

22:34
20 Yanvar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir  

22:31
20 Yanvar

Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

22:25
20 Yanvar

Serbiya Prezidenti: İlham Əliyev böyük, dahi liderlərdən biridir

20:45
20 Yanvar

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb  

20:45
20 Yanvar

Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb  

20:44
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib YENİLƏNƏCƏK

20:43
20 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

20:42
20 Yanvar

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!