05 Dekabr 2025 17:47
380
SİYASƏT
A- A+
İordaniyalı professor: Azərbaycan-Ermənistan sülh sazişi mədəni irsin qorunması üçün tarixi imkan yaradacaq  

İordaniyalı professor: Azərbaycan-Ermənistan sülh sazişi mədəni irsin qorunması üçün tarixi imkan yaradacaq  


Ermənistandan didərgin salınmış azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası regionda sülhün, təhlükəsizliyin və gələcək nəsillər üçün dayanıqlı perspektivin formalaşması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Sülh sazişinin imzalanması bu prosesin institusional əsaslarla həyata keçirilməsi üçün yeni hüquqi və siyasi imkanlar açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İordaniya Haşimi Universitetinin Queen Rania adına Turizm fakültəsinin professoru Moh’d Wahib Hussein deyib.

Onun sözlərinə görə, bölgədə mədəni irsin qorunması yalnız Azərbaycan üçün deyil, bütövlükdə dünya mədəni irsi üçün vacib məsələdir: “Biz buraya müxtəlif ölkələri təmsil edən alimlərlə birgə Ermənistan ərazisində qorunmaqda olan Azərbaycan irsinin vəziyyəti ilə bağlı müzakirələr aparmaq üçün gəlmişik. Mədəni irs təkcə tikililərdən ibarət deyil, bu, həm də ləyaqətin, tarixə hörmətin və kimliyin qorunması deməkdir”.

Professor bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanmış saziş mədəni irsin mühafizəsi və bərpası sahəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün mühüm platforma rolunu oynaya bilər: “Bu sənəd gələcək nəsillər üçün sabitlik yaratmaq imkanı verir. Həm maddi, həm də qeyri-maddi irsin qorunması istiqamətində ortaq komissiyaların, birgə layihələrin yaradılması iki ölkə arasında etimadın bərpasına töhfə verə bilər”.

O qeyd edib ki, Ermənistanda hələ də mövcud olan azərbaycanlılara məxsus evlərin, məscidlərin, məzarlıqların və digər tarixi abidələrin bərpası və konservasiyası beynəlxalq standartlara uyğun şəkildə aparılmalıdır: “Əsas məsələ bu irsin məhv edilməsinin, laqeyd qalmasının və ya təhrif edilməsinin qarşısını almaqdır. Mədəni irs bütün bəşəriyyətə məxsus sərvətdir və onun qorunması qlobal öhdəlikdir”.

Professor əlavə edib ki, mədəni irsin bərpası prosesi yalnız fiziki tikililərin yenilənməsi ilə məhdudlaşmır: “Söhbət ləyaqətin, tarixi yaddaşın və mədəni kimliyin qorunmasından gedir. Bu irsin üzərində gedən hər iş həm mənəvi, həm siyasi, həm də humanitar məna daşıyır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!