31 İyul 2015 11:07
388
CƏMİYYƏT
A- A+
İlan sancmaları zamanı nə etmək lazımdır?

İlan sancmaları zamanı nə etmək lazımdır?

Azərbaycanda qızmar yay havası müşahidə olunur. Adətən belə havalarda ölkəmizdə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayı artır. Belə hallarda insanlara göstərilən ilkin tibbi yardım üsulları və digər məsələlər barədə Azərbaycan Tibb Universitetinin (ATU) II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev məlumat verir.

AZƏRTAC ATU-nun mətbuat xidmətinin yaydığı müsahibəni təqdim edir:

- Azərbaycanda əsasən hansı növ zəhərli heyvanlara rast gəlinir?

- Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onların arasında da ən zəhərlisi “Şahmar ilan” adlanan gürzədir. Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların zəhərinə qarşı işlədilən zərdab da bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa, demək olar ki, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.

- İlan sancmaları zamanı nəyi etmək olmaz?

- İlan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb. Çoxları düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır. Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm hallarının sayı daha çox olur. Bəzən belə də fikirlər səslənir ki, ilan sancan yeri kəsib oradan zəhərli qanı sormaq olar. Lakin araşdırmalar göstərir ki, nəinki ağızla, hətta xüsusi ekstraktla o zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub bədəndən çıxarmaq mümkün olub. Adətən ilanlar steril olmayan yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma zamanı siz həmin ətrafı kəsməklə əksinə yaraya infeksiya da sala bilərsiniz. Belə hallarda, həmçinin yaranı sıxmaq, yandırmaq kimi tədbirlər də qəti qadağandır.

- Onda ilk yardım necə göstərilməlidir?

- İlk növbədə, ilan sancan dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə zəhərin bədənə daha tez yayılmasına kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarğı qoymaq olar. İstənilən halda xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Bu zərdab xüsusi zülal – at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə bundan dünyasını dəyişir. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.

- Xəstə hansı müddətdə həkimə çatdırılsa, ona yardım etmək olar?

- Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Hazırda bütün mərkəzlərdə kifayət qədər zərdab ehtiyatı var və pulsuzdur. Buna görə də ilan sancmış şəxsi yaxınlıqdakı rayon xəstəxanasına aparmaq lazımdır. Artıq bir çox bölgələrdə – Gəncə, Naxçıvan və digər yerlərdə Səhiyyə Nazirliyinin “sanaviasiya” xidməti var ki, onların vasitəsilə də zərdab vurula bilər.

- İlan sancmaları ilə yanaşı, bəzən əqrəb sancmalarına da rast gəlinir. Belə hallarda hansı tədbirləri görməyi məsləhət bilərdiniz?

- Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdən ölkəmizdə qara əqrəblər deyil, sarı əqrəblər yayılıb. Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyədək Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında “qara qurd” adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzənin zəhərinindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!