08 Oktyabr 2026 16:44
189
SİYASƏT
A- A+
İki qardaş xalqın Xəzərdən keçən yolu  

İki qardaş xalqın Xəzərdən keçən yolu  


Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri bu yolda daha da möhkəmlənir


Xəzərin iki sahilində yerləşən Azərbaycan və Türkmənistanı bir çox  amillərlə bərabər, ortaq dənizin yaratdığı iqtisadi imkanlar da bir-birinə yaxınlaşdırır. Xəzər bir tərəfdən iki ölkəni ayıran təbii sərhəddirsə, digər tərəfdən onları  birləşdirən körpüdür. Azərbaycanın Şərqə, Türkmənistanın isə Qərbə açılan iqtisadi imkanları Xəzər dənizində kəsişir. 

Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir. Son vaxtlar  iki ölkə arasında bu sahədə əlaqələr genişlənir. Müxtəlif məhsulların qarşılıqlı ticarəti ilə yanaşı, yeni əməkdaşlıq imkanları da yaranır. Bu əlaqələrin miqyasını isə konkret rəqəmlər daha aydın göstərir. Fakt: 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon dollardan çox olub. Daha diqqətçəkən dinamika isə tranzit daşımalarında müşahidə edilir. Belə ki, ötən il iki ölkə arasında tranzit yükdaşımalarının həcmi 2,3 milyon tondan çox olub, 2026-cı ilin ilk səkkiz ayında isə artım tempi daha çox yüksəlib. Rəqəmlər də onu diktə edir ki, Xəzər iki ölkəni ayıran su hövzəsi deyil. Əksinə onları regional və beynəlxalq nəqliyyat marşrutlarında birləşdirən çox vacib iqtisadi platformadır. 

Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı 2021-ci ildə əldə olunan razılaşma iki ölkənin enerji potensialını bir müstəvidə birləşdirir. Azərbaycanın nəqliyyat və enerji infrastrukturu isə Türkmənistanın resurslarının daha geniş bazarlara çıxarılması üçün əlavə imkanlar yaradır. Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün inşa edilən “Dostluq” tankerinin bir neçə ay əvvəl - iyunun 22-də  təqdim olunması bu əməkdaşlığın yalnız sənədlərdə deyil, konkret layihələrdə özünü göstərdiyini nümayiş etdirir.

İki ölkə arasındakı münasibətlərin başqa bir mühüm tərəfi isə Qarabağın bərpası və humanitar əməkdaşlıqdır. Türkmənistanın Füzulidə məscid kompleksi inşa etməsi Azərbaycan - Türkmənistan münasibətlərinin iqtisadi çərçivəni aşaraq mənəvi və humanitar müstəvidə də dərinləşdiyini göstərən nümunələrdəndir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arxadağın qardaşlaşması, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və təhsil sahəsində əlaqələrin genişlənməsi xalqlar arasındakı münasibətlərin çoxşaxəli xarakterini ortaya qoyur. Xalqları yaxınlaşdıran bu doğmalıq  dövlətlərarası münasibətlərdəki siyasi dialoqla da tamamlanır. 

Yüksək səviyyəli görüşlərin intensivləşməsi də Azərbaycan - Türkmənistan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Prezident İlham Əliyev Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bu dinamikanı və Füzulidəki məscidin daşıdığı mənəvi mənanı xüsusi vurğulayaraq deyib: “Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”.

Elə buradaca qeyd edək ki, Xəzər sahillərindən başlayan əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən daha böyük iqtisadi və nəqliyyat məkanının formalaşmasına töhfə verir. Ticarət yolları genişləndikcə, enerji və logistika imkanları artdıqca, mədəni və humanitar əlaqələr dərinləşdikcə iki ölkənin əməkdaşlığı yeni məzmun qazanır. 

Bu münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoq mühüm rol oynayır.  Hər qarşılıqlı səfər iki ölkəni bir-birinə bir qədər də yaxınlaşdırır, dostluq yollarını yeni əməkdaşlıq üfüqlərinə doğru uzadır. Bu deyilənləri Prezident İlham Əliyev  bəhs etdiyimiz çıxışında təsdiqləyib: “Son illər Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”.

Dəniz üzərində formalaşan nəqliyyat bağlantıları iki ölkəni daha geniş regional və beynəlxalq marşrutların iştirakçısı olaraq dünyanın diqqətini çəkir. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri Türkmənistan üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir, Azərbaycan üçün isə Mərkəzi Asiya ilə əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar yaradır. Bu baxımdan Orta dəhlizin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut region ölkələrinin nəqliyyat və logistika imkanlarını bir-birinə daha sıx bağlayır. Türkmənistanın bu marşrutda iştirakı isə Xəzərin şərq sahilində yerləşən ölkələrlə Azərbaycanın tranzit imkanları arasında əlaqəni gücləndirir.

Xəzər üzərindən yükdaşımaların inkişafı bu əməkdaşlığın əməli tərəfini daha aydın göstərir. Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Azərbaycanın Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında formalaşan əlaqələr iki ölkənin nəqliyyat potensialını birləşdirir. Beləliklə, dəniz nəqliyyatı yükün bir sahildən digərinə daşınmasına və  daha böyük bir marşrutun fasiləsiz işləməsinə xidmət edir.

Göründüyü kimi, Azərbaycan və Türkmənistan arasında iqtisadi münasibətlər bir neçə istiqamətin kəsişdiyi geniş əməkdaşlıq platformasını əhatə edir. Ticarət əlaqələri iqtisadi münasibətlərin təməlini möhkəmləndirir, nəqliyyat və logistika bağlantıları bu münasibətlərə regional ölçü qazandırır, enerji əməkdaşlığı isə onları daha geniş bazarlara çıxarmaq üçün əlavə imkanlar yaradır.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

İki qardaş xalqın Xəzərdən keçən yolu  

16:44
08 Oktyabr

Azərbaycanın bərqərar etdiyi sabitlik  

16:34
08 Oktyabr

İtkin talelər, gecikən beynəlxalq ədalət   

16:13
08 Oktyabr

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər  

16:10
08 Oktyabr

“ChatGPT” daha vizual olur: “OpenAI” yeni funksiyanı təqdim edib  

16:04
08 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

15:51
08 Oktyabr

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!