08 Oktyabr 2026 14:42
150
SİYASƏT
A- A+
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb


Oktyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi nəzəri və siyasi orqanı olan “Kommunist İcmalı” jurnalının Baş redaktorunun müavini Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu qeyd edilərək xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iki ölkə arasında əməkdaşlığı xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunub.

Bildirilib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra diplomatik əlaqələrin yaradılması və dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafı üçün geniş imkanlar formalaşdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ildə ölkəmizə rəsmi səfərləri dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə işbirliyinin dərinləşməsinə etibarlı zəmin yaradıb, 2025-ci ilin mayın 7-də Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması isə Azərbaycan-Vyetnam münasibətlərini yeni inkişaf mərhələsinə yüksəldib.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq daimi təmasların və qarşılıqlı səfərlərin önəmi qeyd olunub. 2023-cü ildə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin icrasının istər partiyalar, istərsə də ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.

Strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyü, bu kontekstdə media subyektləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb. Davamlı informasiya mübadiləsinin həyata keçirilməsi, beynəlxalq müstəvidə hər iki ölkənin milli maraqlarının müdafiəsinə ideoloji dəstəyin verilməsi, müxtəlif dillərdə sistemli təbliğatın aparılması və dezinformasiyalara qarşı birgə mübarizənin təşkili üçün məqsədyönlü tədbirlərin reallaşdırılmasının son dərəcədə önəmli olduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada

13:45
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

13:39
08 Oktyabr

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib  

13:39
08 Oktyabr

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır  

13:37
08 Oktyabr

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

13:37
08 Oktyabr

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

13:35
08 Oktyabr

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

13:35
08 Oktyabr

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!