02 İyul 2026 18:16
163
DÜNYA
A- A+
Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

Hörmüz boğazında gəmilərin hərəkəti tədricən canlanır. 

“CNN” xəbər verir ki, ötən gün boğazdan 34 keçid qeydə alınıb. Lakin bu göstərici hələ də müharibədən əvvəlki gündəlik orta hesabla 100 keçid səviyyəsindən olduqca uzaqdır. Münaqişə zamanı Tehran tərəfindən bağlanan boğazın yenidən açılması ABŞ və İran arasında iyunun 17-də imzalanmış Anlaşma Memorandumunun və davam edən sülh danışıqlarının ən mühüm bəndlərindən biridir.

Birgə Dəniz İnformasiya Mərkəzi boğazda dəniz təhlükəsizliyi təhdidinin “əhəmiyyətli” səviyyəsinə qaldırıldığını elan edib. Ərazidə mina təhlükəsi hələ də qalır və təmizləmə əməliyyatları davam edir. Hazırda kommersiya gəmiləri boğazdan həm Omanın nəzarətindəki cənub koridoru, həm də İranın nəzarətindəki şimal marşrutu vasitəsilə keçir. Memoranduma əsasən, ABŞ-nin İrandakı limanlara tətbiq etdiyi dəniz blokadasını tamamilə qaldırmaq üçün iyulun 19-na qədər vaxtı var. İranın isə eyni müddət ərzində boğazdakı trafiki müharibədən əvvəlki səviyyəyə çatdırmaq üçün “maksimum səy” göstərəcəyi gözlənilir.

“TankerTrackers”ın analizinə görə, ABŞ blokadası götürüldükdən sonrakı iki həftə ərzində İran təxminən 50 milyon barel xam neft ixrac edib, digər körfəz ölkələri isə öz ixracatını bərpa etməkdə çətinlik çəkir. Müharibədən əvvəl qlobal neft hasilatının təxminən 20 faizi məhz bu su yolundan keçirdi.

Razılaşmada boğaza gələcəkdə kimin nəzarət edəcəyi məsələsi hələlik açıq qalıb. Gəmilər boğazdan yalnız 60 gün ərzində pulsuz keçə biləcəklər. Bu müddət ərzində İran və onun Körfəzdəki qonşuları su yolu üçün yeni tənzimləmə sistemi hazırlamalıdırlar. Bu isə o deməkdir ki, gələcəkdə İranın boğazdan keçid üçün rüsum tətbiq etməsinə icazə verilə bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib  

19:06
02 İyul

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faizi tamamlanıb

18:41
02 İyul

Azərbaycanın sədrliyi ilə Gəncədə Regional Məsləhət Qrupunun iclası keçirilib

18:32
02 İyul

İrlandiyada tapılan 3 min illik qədim şəhər arxeoloqları heyrətə gətirib  

18:28
02 İyul

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

18:16
02 İyul

BMT Baş katibi ölkələri süni intellektlə bağlı ortaq qaydaları gecikdirməməyə çağırıb  

18:11
02 İyul

Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

18:01
02 İyul

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

17:56
02 İyul

Venesuelada 7 günlük matəm elan edilib

17:41
02 İyul

KOBİA sədri: KOB-lar üçün maliyyəyə çıxış əsas çağırışlardan biridir

17:34
02 İyul

İşğaldan azad edilmiş ərazilərə 249 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

17:21
02 İyul

Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

17:13
02 İyul

SOCAR Trading Özbəkistan naftasının beynəlxalq bazarlara tədarükünə başlayıb

16:57
02 İyul

QDTİB-in “SOCAR Trading”ə maliyyələşməsi 70 milyon dollara çatdı

16:52
02 İyul

“Bank of Baku” Bilgəh sahilində növbəti ekoloji təmizlik aksiyası keçirib

16:43
02 İyul

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

16:39
02 İyul

Kiyevdə matəm günü elan olunub

16:31
02 İyul

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

16:26
02 İyul

Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

16:19
02 İyul

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib 

16:11
02 İyul

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər 

16:09
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!