02 İyul 2026 17:13
169
DÜNYA
A- A+
Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

ABŞ-də fəaliyyət göstərən tədqiqatçılar cansız kimyəvi komponentlərdən qidalana, böyüyə və bölünə bilən sintetik hüceyrə prototipi hazırlayıblar. “SpudCell” adlanan bu quruluş həyatın mənşəyinin öyrənilməsi və sintetik biologiyanın inkişafı baxımından mühüm addım hesab olunur. Minnesota Universitetinin sintetik biologiya üzrə professoru Keyt Adamala və rəhbərlik etdiyi tədqiqat qrupu hüceyrəni mövcud canlı orqanizmdən dəyişdirmək əvəzinə, onu hissə-hissə cansız kimyəvi komponentlərdən qurub. Alimlərin sözlərinə görə, bu yanaşma həyatın necə yarandığına dair fundamental sualların cavablandırılmasına, həmçinin gələcəkdə konkret məqsədlər üçün hazırlanmış bioloji sistemlərin yaradılmasına töhfə verə bilər.

“SpudCell” nə bitki, nə də heyvan hüceyrəsinə bənzəyir. Tədqiqatçılar bildirirlər ki, o, quruluş baxımından daha çox sadə bakteriyanı xatırladır. Bununla belə, təbii hüceyrələrlə müqayisədə daha məhdud imkanlara malikdir və olduqca kövrək quruluşdadır. Prototip cəmi 150–200 molekuldan ibarətdir. Müqayisə üçün qeyd edək ki, təbii bioloji hüceyrələr milyonlarla, hətta milyardlarla molekul ehtiva edir. Bu səbəbdən alimlər “SpudCell”i “tam mənada həyat yaradan sistem” deyil, həyatın bəzi xüsusiyyətlərini nümayiş etdirə bilən sintetik hüceyrə modeli kimi qiymətləndirirlər.

Tədqiqatçılar bildirirlər ki, “SpudCell” xaricdən təmin olunan komponentlərlə qidalana, təxminən hər 12 saatdan bir böyüyə və bölünə bilir. Laboratoriya şəraitində Lakin bu proses təbii hüceyrələrdəki bölünmə mexanizmindən fərqlənir. Təbii hüceyrələr bölünərkən sitoskelet adlanan daxili strukturdan istifadə etdiyi halda, “SpudCell”də belə bir sistem yoxdur. Əvəzində o, membrana təsir göstərən xüsusi zülallar vasitəsilə bölünür.

“SpudCell”in əsas məhdudiyyətlərindən biri ribosomları, yəni zülal sintezinə cavabdeh olan hüceyrə strukturlarını özü istehsal edə bilməməsidir. Buna görə də prototip fəaliyyətini davam etdirmək üçün laboratoriyada xaricdən verilən E.coli bakteriyasının ribosomlarından istifadə edir.

Professor Keyt Adamala hazırkı vəziyyətdə SpudCell-i “son dərəcə zəif orqanizm” kimi xarakterizə edir. Onun sözlərinə görə, prototip hələlik yalnız qidalana və bəzən yeni hüceyrələr əmələ gətirə bilir. Mütəxəssislər vurğulayırlar ki, bu nailiyyət “laboratoriyada həyat yaradılıb” anlamına gəlmir. Stanford Universitetinin biomühəndisi Dryu Endinin fikrincə, Adamalanın komandası yeni hüceyrə quruluşu hazırlasa da, bunu həyatın yaradılması kimi qiymətləndirmək doğru olmaz.

Tədqiqatçılar bildirirlər ki, “SpudCell” hazırkı formada laboratoriyadan kənarda yaşaya və ya çoxala bilmir. Çünki onun bölünməsi üçün zəruri komponentlər, xüsusilə ribosomlar, yalnız laboratoriya şəraitində xaricdən təmin edilir. Bu səbəbdən hazırda onun insanlar və ətraf mühit üçün təhlükə yaratmadığı vurğulanır. Bununla belə, mütəxəssislər sintetik biologiyanın gələcək inkişafı ilə təhlükəsizlik və etik məsələlərin daha da aktuallaşacağını qeyd edirlər. Xüsusilə, təbiətdəki molekulyar strukturların güzgü formasında yaradılması ilə əldə edilə biləcək “güzgü bakteriyaları”nın gələcəkdə insanlar, heyvanlar və bitkilər üçün təhlükəli patogenlərə çevrilə biləcəyi ilə bağlı elmi ictimaiyyətdə narahatlıqlar mövcuddur.

Alimlərin fikrincə, sintetik hüceyrələr gələcəkdə xərçəng müalicəsi, karbonun tutulması, kimyəvi maddələrin istehsalı və ətraf mühit problemlərinin həlli kimi müxtəlif sahələrdə tətbiq oluna bilər. Lakin “SpudCell”in bu səviyyəyə çatması üçün hələ uzun tədqiqatlara ehtiyac var. Keyt Adamalanın sözləri ilə desək, “SpudCell” hazırda “üzərində yeni texnologiyaların qurula biləcəyi bir şassidir”. Tədqiqat qrupu bu platformanı açıq və əlçatan sistemə çevirməyi, beləliklə də dünyanın müxtəlif ölkələrində çalışan alimlərin sintetik hüceyrələrin inkişafını daha sürətləndirməsini hədəfləyir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib  

19:06
02 İyul

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faizi tamamlanıb

18:41
02 İyul

Azərbaycanın sədrliyi ilə Gəncədə Regional Məsləhət Qrupunun iclası keçirilib

18:32
02 İyul

İrlandiyada tapılan 3 min illik qədim şəhər arxeoloqları heyrətə gətirib  

18:28
02 İyul

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

18:16
02 İyul

BMT Baş katibi ölkələri süni intellektlə bağlı ortaq qaydaları gecikdirməməyə çağırıb  

18:11
02 İyul

Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

18:01
02 İyul

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

17:56
02 İyul

Venesuelada 7 günlük matəm elan edilib

17:41
02 İyul

KOBİA sədri: KOB-lar üçün maliyyəyə çıxış əsas çağırışlardan biridir

17:34
02 İyul

İşğaldan azad edilmiş ərazilərə 249 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

17:21
02 İyul

Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

17:13
02 İyul

SOCAR Trading Özbəkistan naftasının beynəlxalq bazarlara tədarükünə başlayıb

16:57
02 İyul

QDTİB-in “SOCAR Trading”ə maliyyələşməsi 70 milyon dollara çatdı

16:52
02 İyul

“Bank of Baku” Bilgəh sahilində növbəti ekoloji təmizlik aksiyası keçirib

16:43
02 İyul

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

16:39
02 İyul

Kiyevdə matəm günü elan olunub

16:31
02 İyul

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

16:26
02 İyul

Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

16:19
02 İyul

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib 

16:11
02 İyul

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər 

16:09
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!