02 İyul 2026 18:01
165
DÜNYA
A- A+
Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

Çin Elmlər Akademiyasının alimləri günəş enerjisindən istifadə edərək dəniz suyunu şirinləşdirən unikal bir texnologiya nümayiş etdiriblər. 

“The İndependent” nəşrinin məlumatına görə, yeni ixtira sayəsində dəniz suyundan içməli suyun istehsalı qablaşdırılmış sulardan daha ucuz başa gələ bilər. 

Qlobal şirin su qıtlığı səbəbindən  suyun təmizlənməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin hazırda mövcud olan su şirinləşdirmə sistemləri böyük ölçüdə fosil yanacaqlara əsaslanır və bu da maliyyə cəhətdən əlverişsizdir. Çinli mütəxəssislər isə bu problemi aradan qaldırmaq üçün günəş işığını maksimum səviyyədə udan və içi boş qabıqlı strukturlardan ibarət xüsusi üçölçülü (3D) polimer zənciri hazırlayıblar.

Yeni struktur geniş diapazonlu günəş işığının 90.2 faizini udur. Bu isə buxarlanma səmərəliliyini əvvəlki analoji texnologiyalarla müqayisədə 8.5 dəfə artırır və enerji istehlakını təxminən 45.7 faiz azaldır. Alimlər bu materialdan istifadə edərək açıq havada sınaq cihazı qurublar. Sahəsi cəmi 0.75 kvadratmetr olan kiçik bir qurğu təbii günəş işığı altında gündə 20 litr təmiz su istehsal edib. Bu həcm təxminən 10 nəfərin günlük içməli su ehtiyacını qarşılamağa bəs edir. Əldə edilən suyun keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) içməli su standartlarına tam cavab verir.

Tədqiqat çərçivəsində əldə olunan su 5 kvadratmetrlik sınaq sahəsində ispanaq, qarğıdalı və Çin kələminin yetişdirilməsində uğurla sınaqdan keçirilib. Bu da yeni texnologiyanın su qıtlığından əziyyət çəkən bölgələrdə kənd təsərrüfatının suvarılmasında da istifadə oluna biləcəyini göstərir.

Layihənin müəlliflərindən olan Van Dan bildirib ki, material uzunmüddətli istifadədə yüksək davamlılıq nümayiş etdirib. Alimlərin hesablamalarına görə, cəmi iki illik istifadədən sonra bu qurğu vasitəsilə istehsal olunan suyun maya dəyəri kommersiya məqsədilə satılan qablaşdırılmış sulardan xeyli ucuz olacaq. Texnologiyanın quraqlıq bölgələrdə davamlı şirin su təminatı üçün unikal xilas yoluna çevriləcəyi gözlənilir.

Bununla bağlı araşdırma “Advanced Materials” akademik jurnalında dərc olunub.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib  

19:06
02 İyul

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faizi tamamlanıb

18:41
02 İyul

Azərbaycanın sədrliyi ilə Gəncədə Regional Məsləhət Qrupunun iclası keçirilib

18:32
02 İyul

İrlandiyada tapılan 3 min illik qədim şəhər arxeoloqları heyrətə gətirib  

18:28
02 İyul

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

18:16
02 İyul

BMT Baş katibi ölkələri süni intellektlə bağlı ortaq qaydaları gecikdirməməyə çağırıb  

18:11
02 İyul

Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

18:01
02 İyul

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

17:56
02 İyul

Venesuelada 7 günlük matəm elan edilib

17:41
02 İyul

KOBİA sədri: KOB-lar üçün maliyyəyə çıxış əsas çağırışlardan biridir

17:34
02 İyul

İşğaldan azad edilmiş ərazilərə 249 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

17:21
02 İyul

Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

17:13
02 İyul

SOCAR Trading Özbəkistan naftasının beynəlxalq bazarlara tədarükünə başlayıb

16:57
02 İyul

QDTİB-in “SOCAR Trading”ə maliyyələşməsi 70 milyon dollara çatdı

16:52
02 İyul

“Bank of Baku” Bilgəh sahilində növbəti ekoloji təmizlik aksiyası keçirib

16:43
02 İyul

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

16:39
02 İyul

Kiyevdə matəm günü elan olunub

16:31
02 İyul

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

16:26
02 İyul

Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

16:19
02 İyul

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib 

16:11
02 İyul

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər 

16:09
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!