26 Avqust 2022 01:29
1565
SİYASƏT
A- A+
Heydər Əliyev Fondunun humanizm və xeyriyyəçilik ənənələri

Heydər Əliyev Fondunun humanizm və xeyriyyəçilik ənənələri

 

Bir neçə gün öncə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və ictimaiyyət nümayəndələrinin coşqusu ilə Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı və  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə unudulmaz sənətkara həsr edilmiş xatirə gecəsinin keçirilməsi insanlar tərəfindən rəğbətlə qarşılandı. Dünyanın hansı ölkəsində, hansı şəhərində yaşamasından asılı olmayaraq, mədəniyyət və incəsənət xadimləri, musiqişünaslar, xüsusən də dünyaca məşhur müğənninin pərəstişkarları bu dəyərdən çox məmnun oldular. 
Digər bir nümunə: ötən ilin əvvəllərində Heydər Əliyev Fondunun layihələri sırasında böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin paytaxtın görməli yerində heykəlinin ucaldılması milli kimliyimizə verilən ali dəyər kimi insanlarda xoş duyğular oyatdı. Heykəlin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı dedi: "Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir."
Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən Fonda 10 may 2004-cü ildən Mehriban xanım Əliyeva rəhbərlik edir. Ötən illər ərzində məhz Mehriban xanımın tövsiyə və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxil edilməklə  təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirilib.
Humanizm, mərhəmət, vətənpərvərlik və xeyirxahlıq missiyası ilə ictimaiyyətdə  böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun layihələri sırasında ölkəmizdə təhsil sisteminin inkişafı əsas yerlərdən birini tutur. Fondun rəhbərliyi altında neçə illər bundan öncə ölkəmizdə "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsi öz uğurlu bəhrəsini vermişdir. Xatırladaq ki, respublikamızdakı uşaq evləri və internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən bu layihə fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. İlkin mərhələdə aparılmış monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn 4 mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir.
Heydər Əliyev Fondunun layihələri sırasında əsas istiqamətlərdən biri də gənc nəslin maariflənməsi və dünyada yüksək yerə layiq olmasıdır. Məhz bu məqsədlə fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır. Neçə illərdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı tədris prosesinin günün tələbləri səviyyəsində  qurulmasına imkan verən yeni məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib, neçə-neçə məktəb cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.
"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi çanta və dərs ləvazimatı ilə sevindirir. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı da bu qəbildəndir.
Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olub. Azərbaycanla UNESCO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulub. Əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Butün bunların həyata keçirilməsində əsas məqsəd Heydər Əliyev ideyalarına layiqli xidmət, ölkəmizdə gələcək nəslin təlim-tərbiyəsinin lazımı səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi və mlli ruha söykənən vətənpərvərlik hissinin güclənməsidir.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində əks-səda doğuran layihələrindən biri "Diabetli uşaqlara ən yüksək qayğı"dır. Layihə çərçivəsində ölkəmizdə diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
"Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda rəğbətlə qarşılanıb. Bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, bu istiqamətdə əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir.
Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində fəal çalışaraq Qələbə üçün öz töhfəsini verdi. Həm daxili, həm beynəlxalq arenada həqiqətləri çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək qazanmaq üçün mümkün olan hər şeyi etdi. Fondun əməkdaşları erməni işğalından azad olunmuş bölgələrdə səfərdə oldular. Fondun prezidenti kimi Mehriban xanım Əliyeva azad olunmuş ərazilərdə çəkilişlər edib öz sosial şəbəkə səhifəsində yaymaqla əsgər və zabitlərimizə, könüllü döyüşçülərimizə və bu yerlərə qayıtmaq həsrəti ilə yaşayan insanlara dəstək nümayiş etdirdi. 
Heydər Əliyev Fondunun layihələri insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə də öz töhfəsini verir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 2007-ci ilin may ayında parlamentə təqdim edilən və reallaşan amnistiya aktı layihəsi buna bariz nümunədir. Amnistiya aktı nəticəsində azadlıqdan məhrumetmə qismində cəza çəkən məhkumlardan təqribən 1500 nəfər cəzaçəkmə müəssisələrindən azad edildi, habelə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 nəfər şəxs cəzasından azad edildi.
Ümummilli Liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən Heydər Əliyev Fondu  daha sonra milli bayramımız olan Novruz bayramı münasibətilə növbəti amnistiya aktının layihəsini Milli Məclisə təqdim etdi. Nəticədə parlament və Prezident İlham Əliyev tərəfindən təsdiq edilən amnistiya aktına əsasən təqribən 9 min nəfər onun təsiri altına düşdü, 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edildi.
Heydər Əliyev Fondunun ötən dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində də xidmətləri diqqətəlayiqdir. Fond xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə həssaslıqla yanaşaraq onun dünya arenasında təbliğində fəal iştirak edir.
Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması oldu. UNESCO xətti ilə hazırlanmış alboma bu adın seçilməsi bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirildi.
Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilir. 44 günlük Vətən müharibəsindən sonra Şuşada Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu kimi mədəni-kütləvi tədbirlərin sayı aydan-aya artmaqdadır.
Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir. Məsələn, dost və qardaş Pakistanda təhsil, səhiyyə və humanitar sahələrdə Heydər Əliyev Fondunun  gerçəkləşdirdiyi layihələri bölgə xalqı yüksək qiymətləndirir. Qeyd edək ki, Pakistanda bir neçə məktəb tikintisi, talassemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması, xeyriyyə tədbirlərinin keçirilməsi  fondun adıyla bağlıdır və bu günədək yüzlərlə bu cür aksiyalar həyata keçirilib.
Fondun dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. Zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi inşa olunmuş, "Edhi Home" kimsəsizlər evlərində, "Akbar Care" Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar "Kulsum İnternational" klinikalarında "Hepatit B" virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılmış, Saif Fonduna maddi yardımlar edilmişdir. Həmzə Xeyriyyə Fonduna  xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir.
Xayber Göz Klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilmişdir. Bundan əlavə, Dera İsmail Xan bölgəsində "Heydər Əliyev su təchizatı", Qucarxanda "20 Yanvar şəhidləri su təchizatı" layihələri icra olunmuş və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və müxtəlif əyalətlərdə əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunmuş, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır. Həmçinin Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən "Al-Farabi" Əlillər Evinə 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilmişdir. 
Heydər Əliyev Fondu bir-birindən dəyərli layihələri ilə bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfəsini verəcəkdir.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!